Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:32 Süni intellekt 2030-cu ilədək dünya iqtisadiyyatına 22,3 trilyon dollar qazandıracaq | 21:25 Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI | 21:20 Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir? | 21:11 Kirayə mənzil götürənlər evlərini başqalarına verə bilərlər? | 21:06 Kürün taleyi təhlükədədir: Yayda quraqlıq, qışda daşqın olacaq | 20:54 Pensiyaların nə qədər artacağı bəlli oldu | 20:48 Arıqlama iynələri sizi tez qocaldacaq | 20:41 Azərbaycanda bu internetin aylıq qiyməti 2 min manat olacaq | 20:36 Röyanın 90 yaşlı fanatının sevgisi - VİDEO | 20:27 Bakıda X5 klinikaya çırpıldı | 20:22 Sosial şəbəkələrdə diqqət yarışı: İnsanlar nəyə möhtacdır? | 20:14 Qonşusuna kömək edirdi, faciəvi şəkildə öldü | 20:09 Alimlərdən xəbərdarlıq: Bu qidalar xərçəng riskini artırır | 20:03 Bakıda 12 yaşlı uşağın taleyi ilə bağlı qərar – Ana aliment ödəyəcək | 19:55 Tələbin borclunun qiymətli kağızlarına yönəldilməsi mexanizmi müəyyənləşib | 19:50 Kirayə, ərzaq, kommunal: 1000 manat maaşla pul yığmağın yolları | 19:42 10 059 ədəd bioloji aktiv qida məhsulu məhv edilib | 19:37 Bayram günlərində avtovağzallar gücləndirilmiş rejimdə çalışacaq | 19:30 Birinci kurs tələbəsi vəfat etdi | 19:26 Yeni qaydalar kredit almağı çətinləşdirəcək: Ən çox kimlər təsirlənəcək? |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan və Almaniya XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb

26.09.2024 11:54 1 377
Azərbaycan və Almaniya XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb
Bakıda Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Azərbaycan Respublikasının nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Almaniya Federativ Respublikasının nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili Konrad Arz von Strausenburg rəhbərlik ediblər.

Məsləhətləşmələr zamanı iki ölkə arasında siyasi, iqtisadi, o cümlədən energetika və nəqliyyat, habelə humanitar, xüsusilə təhsil və səhiyyə sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri, eləcə də müqavilə-hüquq bazanın genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb.

Həmçinin, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirələrdə diqqət mərkəzində olub. Bu xüsusda 2024-cü ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının sessiyasına (COP29) hazırlıq və görüləcək işlərlə bağlı qarşı tərəf məlumatlandırılıb.

Görüşdə postmünaqişə dövründə bölgədəki vəziyyət, Azərbaycan tərəfindən bölgədə davamlı sülhün bərqərar olunması istiqamətində atılan addımlar, işğaldan azad edilmiş ərazilərimizdə mina problemi, orada həyata keçirilən geniş miqyaslı bərpa-quruculuq işləri barədə ətraflı məlumat verilib.

Siyasi məsləhətləşmələr zamanı birgə maraq kəsb edən digər mövzular da müzakirə olunub.

Son xəbərlər