Mojo.az Banner
11:15 Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - Yeni qaydalar  |     23:01 Azərbaycanın gələn il üzrə hərbi xərcləri açıqlandı  |     22:56 27 yaşlı qadın “103”ü boş yerə məşğul etdi: polis saxladı - Video  |     22:50 Gözlənilmədən zənginləşəcək üç BÜRC  |     22:43 Turistlərin səfərdə işini asanlaşdıran 7 mobil tətbiq  |     22:38 Sabah yola çıxanların NƏZƏRİNƏ  |     22:30 179 nəfər Avropadan Azərbaycana geri qaytarılıb  |     22:22 Tələbələri təhdid edən oğlan universitetdən qovuldu  |     22:17 Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI  |     22:05 Əli Nağıyev Qazaxıstana səfər edib  |     21:59 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     21:51 Moskva və Bakı münasibətləri müzakirə edildi  |     21:46 Dəyanət Liseyinin yaxınlığında nəqliyyat sıxlığı: Sakinlər şikayətçidirlər - VİDEO  |     21:40 Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq  |     21:34 Müəllimlərin vahid geyimi: Artıq 30-dan çox məktəb qoşulub  |     21:26 Tələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq  |     21:21 Köhnə metro qatarları niyə dəyişdirilmir? - Səbəb açıqlandı  |     21:14 Rəfdə başqa, kassada başqa qiymət – Marketlər müştərini aldadır?  |     21:07 Taksi sürücüləri sabah imtahan verəcəklər  |     21:02 Yolu park edilmiş avtomobillər bağlayır, sürücü qoşa xətti tapdalayır – 20 Yanvarda PROBLEM  |    
Mojo.az Avto
Mojo.az Avto

COP29 tədbir məkanında media-tur keçirilib - VİDEO

18.10.2024 21:55 1 011
COP29 tədbir məkanında media-tur keçirilib - VİDEO
Bu gün COP29 iqlim konfransına hazırlıq işləri ilə yerli media qurumlarını tanış etmək məqsədilə COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən konfrans məkanı olan Bakı Stadionuna media tur təşkil edilib. 
 
 Median.Az xəbər verir ki, 60-dan çox media nümayəndəsinin, o cümlədən teleradio şirkətlərinin, informasiya agentliklərinin və xəbər saytlarının rəhbərlərinin iştirak etdiyi media-turda COP29-a hazırlıq çərçivəsində görülən işlər barədə ətraflı məlumat verilib.
 
Media-turda Azərbaycan Prezidentinin köməkçisi, COP29 Təşkilat Komitəsinin üzvü Anar Ələkbərov, COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Çarçalova, eləcə də Əməliyyat Şirkətinin müvafiq departamentlərinin rəhbərləri iştirak ediblər.
 
Tanışlıq turu çərçivəsində media nümayəndələrinə tədbir məkanının konfransa hazırlıq vəziyyətinə gətirilməsi istiqamətində görülən işlər barədə geniş məlumat verilib, ərazidə icra edilən tikinti-quraşdırma işlərinin yekun tamamlanma mərhələsində olduğu və tədbir məkanının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına (UNFCCC) tələb olunan tarixdə təhvil veriləcəyi bildirilib.
 
Media qurumlarının rəhbərləri və jurnalistlər konfransın keçiriləcəyi Bakı Stadionunun həm Mavi, həm də Yaşıl zonalarına baş çəkməklə tədbir məkanında yaradılmış infrastruktur, təmin edilən texnologiyalar, müxtəlif təyinatlı zona və məkanlarla tanış olublar. Qonaqlar konfransın gedişində media nümayəndələrinin səmərəli işinin təşkili üçün tələb olunan şəraitin yaradıldığı Media Mərkəzinə də baxış keçiriblər.

Qeyd olunub ki, indiyədək konfransın işıqlandırılması üçün dünyanın ən nüfuzlu media qurumları da daxil olmaqla, 2700-ə qədər media nümayəndəsi akkreditasiyadan keçib və hazırda qeydiyyat prosesi davam edir. 6325 kvadratmetr sahəni əhatə edən Media Mərkəzində 1200 media nümayəndəsinin eyni anda işləyə bilməsi üçün hər cür şərait təşkil olunub. 
 
Media-tur çərçivəsində həmçinin qeyd edilib ki, cari tarixə olan məlumatlara əsasən, COP29-da iştirak üçün qeydiyyatdan keçən müxtəlif ölkə nümayəndələrinin ilkin sayı artıq 28 000 nəfər təşkil edir. COP tədbirlərinə xas olaraq əksər deleqasiyaların tədbirə daha yaxın tarixlərdə qeydiyyat üçün müraciət etmə tendensiyası nəzərə alınaraq, davam edən registrasiya prosesi ərzində bu rəqəmlərin yaxın həftələrdə dinamik artımının müşahidə ediləcəyi bildirilib. 
 
Xüsusilə vurğulanıb ki, COP29 konfransının təşkili zamanı inklüzivlik və müyəssərliyin təmin olunması əsas prioritetlərdən biri kimi nəzərə alınıb. Belə ki, tədbir məkanın hər kəsə əlçatan olması üçün tikinti və quraşdırma işlərinin bütün mərhələlərində müvafiq tələblər nəzərə alınıb. 
 
Sonda media nümayəndələrini maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb. 
скачать dle 11.3
Mojo.az Banner