Mojo.az Banner
22:18 DİM-dən beynəlxalq dil sertifikatları haqda iddialarla bağlı AÇIQLAMA  |     22:13 Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəlib  |     22:07 "Neftçi" son yoxlama oyununda "Osiyek"ə uduzdu  |     22:02 Kəlbəcərdə çaya düşən yeniyetmənin axtarışları aparılır - TƏFƏRRÜAT  |     21:54 Makron Fransa ordusunu müharibələrə hazırlaşmağa çağırdı  |     21:49 DÇ-2026-dan kənarlaşdırılan niderlandlı hakim 38 yaşında öldü  |     21:41 İran region ölkələrini təhdid etdi  |     21:36 Biznesmenin dörd milyonunu ələ keçirən şəxslərin cəzası bəlli oldu  |     21:28 Ən etibarlı avtopilot sistemləri olan avtomobillər açıqlandı  |     21:22 Qohumunun evindən 19 min 590 manatlıq qızıl oğurladı  |     21:14 Sabah deputatlar tətilə çıxacaq  |     21:09 Çin Ayda naqilsiz enerji ötürməyi təklif edir - Yeni texnologiya  |     21:02 Haluk Levent saxlanıldı - 60 milyon dollarlıq iddia  |     20:57 Zeynəb tarixə düşdü - Son 20 ilin ən yüksək nəticəsi  |     20:49 Kredit sığortası hansı hallarda borcu bağlayır?  |     20:43 Narkotiklə bağlı 2848 nəfər tutulub, 30-u əcnəbidir  |     20:35 Rafael Ağayevə ağır itki  |     20:30 Azad edilmiş ərazilərdə daha 114 mina aşkarlandı  |     20:22 Sürücülər ehtiyat hissələri alanda ilk növbədə qiymətə baxırlar  |     20:17 “Qəbələ” 5 yoxlama oyunu keçirəcək  |    
Left Banner
Right Banner

Bakıda qadınları görüntüləri ilə şantaj edən bloqer HƏBS EDİLDİ - FOTO

16.10.2024 17:04 822
Bakıda qadınları görüntüləri ilə şantaj edən bloqer HƏBS EDİLDİ - FOTO
Bakıda qadınlara hədə-qorxu gələrək pul tələb etmədə təqsirləndirilən bloqer Cəmil Quliyevə hökm oxunub.

"Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə C.Quliyev Cinayət Məcəlləsinin 182-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsinin 3 bəndi üzrə təqsirli bilinib.

Qeyd olunub ki, Cəmil Quliyev sosial şəbəkə və digər vasitələrlə tanış olduğu, eyni zamanda pul qarşılığında onunla münasibətdə olan qadınları şantaj edib. O, həmin qadınlarla görüşərək münasibətdə olub, həmçinin digər yollarla əldə etdiyi görüntüləri paylaşmaq, onları rüsvay etmək adı ilə hədə-qorxu gələrək pul tələb edib. Bu yolla o, zərərçəkmiş şəxslərdən birindən 6 800, digərindən 2 400 manat alıb.

Zərərçəkmiş qadınlardan biri model kimi tanınan şəxs olub.

Məhkəmənin 14 oktyabr tarixli hökmü ilə Cəmil Quliyevə 6 il həbs cəzası verilib.

Qeyd edək ki, C.Quliyev "Instagram" və "TikTok" sosial şəbəkə səhifələrində "jam_guliyev" adlı şəxsi hesabla tanınıb.

O, qeyd edilən cinayətdən əvvəl narkotik vasitədən istifadəyə görə 2 aylıq həbs də olunub.

скачать dle 11.3
Mojo.az Banner