Mojo.az Banner
15:50 Azərbaycandan Ermənistana ixracın həcmi AÇIQLANDI  |     15:32 Reper Navai yenidən məhkəməyə veridi  |     15:27 İnterneti kəsilənlərin NƏRƏZİNƏ - Pulunuzu geri ala bilərsiniz  |     15:16 Prokurorluq İlkini toyda öldürən şəxsə verilən cəzaya etiraz etdi  |     14:26 Məktəblər açıldı, taksi qiymətləri yüksəldi: Səhər saatlarında nə qədər bahalaşma oldu?  |     14:26 Məktəblər açıldı, taksi qiymətləri yüksəldi: Səhər saatlarında nə qədər bahalaşma oldu?  |     13:56 İşsiz qaldınızsa, bu qayda dəyişə bilər: Yeni TƏKLİF gündəmdə  |     13:40 Ali Məhkəmə yetkinlik yaşına çatmayan şəxsin cinayətə cəlb edilməsinin meyarlarını açıqladı  |     13:03 Hikmət Hacıyev: "Azərbaycan Cənubi Qafqazda ABŞ-nin etibarlı tərəfdaşıdır"  |     12:45 Ağdaşda qadın evdə təmizlik işləri görərkən zəhərləndi  |     12:45 Azərbaycan neftinin qiyməti 127 dolları keçib  |     12:13 Avtoxuliqanlıq edən sürücü həbs olundu  |     11:13 Hərbi çağırışdan boyun qaçıran iki nəfər barəsində cinayət işi başlanıb  |     22:59 Etna vulkanının püskürməsi: İtaliyanın Kataniya aeroportu yenidən uçuşları dayandırıb - FOTO - VİDEO  |     22:50 Azərbaycanda məktəblərdə qızların sırğa taxması qadağan edilir? - AÇIQLAMA  |     22:44 Pəhriz saxlayanlar diqqətli olsun  |     22:39 Netanyahu Nyu-Yorka səfər edəcək  |     22:32 Xalq artisti oğluna toy edir - VİDEO  |     22:21 İrandan paraplanla 65 kiloqram narkotik keçirilməsinin qarşısı alındı  |     22:13 Paytaxtın bu hissəsində təmir işləri tamamlandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan Prezidenti: "Ermənistan törətdiyi bütün cinayətlərə görə üzr istəməlidir"

02.10.2024 13:39 1 089
Azərbaycan Prezidenti:
"Ermənistan beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini pozaraq Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin taleyi və kütləvi məzarlıqların dəqiq yeri haqqında məlumatları təqdim etməkdən imtina edir. Ermənistan törətdiyi bütün cinayətlərə görə üzr istəməlidir".

AZƏRTAC xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin "İqlim dəyişikliyi və insan hüquqları: ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu" mövzusunda təşkil olunan Beynəlxalq Bakı Forumunun iştirakçılarına müraciətində yer alıb.

"Münaqişə bitsə də, əfsuslar olsun ki, Ermənistanın otuz illik hərbi təcavüzünün ağır fəsadları hələ də davam edərək insanların həyatına və ətraf mühitə böyük təhlükə yaradır. Ermənistan uzun müddət işğal altında saxladığı ərazilərimizdə ekosid, urbisid, kultursid törədərək torpaqlarımızı və çaylarımızı çirkləndirib və zəhərləyib, meşələrimizi məhv edib, şəhər və kəndlərimizi dağıdıb, habelə burada insanların yaşamaq hüququnu təhdid edən və ətraf mühitə ciddi ziyan vuran çoxsaylı minalar basdırıb. Eyni zamanda, xalqımızın bəşəri əhəmiyyətə malik mədəni irsi dağıdılmış, dini-mədəni abidələrimiz yerlə-yeksan edilib", - deyə dövlətimizin başçısı bildirib.

Azərbaycan Prezidenti qeyd edib ki, 30 ildən artıq müddət ərzində əsas hüquqları kobud şəkildə pozulmuş və yurd-yuvalarından qovulmuş soydaşlarımızın doğma torpaqlarına qayıtması üçün işğaldan azad olunmuş ərazilərimizdə hazırda genişmiqyaslı quruculuq işləri aparılır, işğal dövründə dağıdılmış infrastruktur və ekosistem bərpa olunur, "yaşıl enerji" zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda yeni şəhərlər və kəndlər inşa edilir.скачать dle 11.3
Mojo.az Banner