Mojo.az Banner
11:49 Sabirabadda toyda İNSİDENT: Ev sahibi gördüklərindən DƏHŞƏTƏ GƏLDİ (Video)  |     11:42 Qonşuların toyuq mübahisəsinin qanlı sonu - Ahıl qadını KƏRKİ İLƏ VURUB ÖLDÜRDÜ  |     11:41 Bakıda polkovnik vəfat edib - FOTO  |     11:39 "Qara polkovnik"in yaxın qohumu Rəşad Əliyevin öldüyü hadisə ilə bağlı YENİ TƏFƏRRÜAT  |     11:37 Azərbaycan Ukraynaya dəstəyini davam etdirir – Növbəti yardım çatdırıldı  |     11:32 Şəhid oğluna yüksək vəzifə VERİLDİ  |     11:30 Azərbaycan nefti ucuzlaşıb  |     11:29 Bakıdakı mebel sexində aşkarlanan pozuntular insanları dəhşətə gətirdi - Video  |     11:28 Şəki sakini xəstəxanada öldü  |     11:23 Azərbaycanda populyar olan ad Avropada da yeni doğulan uşaqlara verilir  |     11:21 "Anam rəhmətə getdi, dəfn etməli deyiləm?" - Sumqayıt qəbiristanlığında əlyandıran qiymətlər (Video)  |     11:16 Bakının bir rayonunda altı saat işıq olmayacaq  |     11:11 Azərbaycanda 38 yaşlı kişi balta ilə uşaqlara HÜCUM ÇƏKDİ  |     23:01 Bu şəxslərə ən azı 46 gün məzuniyyət verilməlidir - SİYAHI  |     22:55 Süni intellekt nəhənglərində nə baş verir? - "Dünya təhlükədə"  |     22:50 Maliyyə çöküşünə səbəb ola biləcək 5 pul vərdişi  |     22:44 "Kupça" almaq istəyənlərə şad xəbər - 15 günə veriləcək  |     22:35 ABŞ Ermənistana 13 milyard dollar verəcək - SƏBƏBİ  |     22:30 Bərdədə qəza oldu - Ölən və yaralanan var  |     22:22 Paşinyanın Tehran səfərinin detalları açıqlandı  |    
Left Banner
Right Banner

Yuxuda yeni işə girmək nəyə işarədir?

30.09.2024 18:35 693
Yuxuda yeni işə girmək nəyə işarədir?
Yuxu mücərrəd bir anlayışdır. Yuxu yozmaları və yuxu terminləri ilk yarandığı gündən bəri filosoflar və elm adamları bununla bağlı çox araşdırma edir. Yuxuların mənasını müxtəlif yollarla izah edirlər. Bir çoxları iddia edir ki, yuxu bizim ölümdən sonrakı həyatımızla da əlaqəlidir. Amma təbii ki, bununla bağlı dəqiq söz demək çətindir.

Yuxuda çox şey görürük. Bunlardan biri də yuxuda iş görməkdir. Bəs, yuxuda iş görmək hansı mənaya gəlir?

Median.Az lent.az-a istinadən yuxuda iş görməyin hansı mənaya gəldiyi ilə bağlı qısa xülasəni sizə təqdim edir:

Yuxuda işə girmək

Yuxu sahibinin bəzi gizli istedadlarını üzə çıxarmasına və istifadə etməsinə imkan verəcək bir mühit tapacağını göstərir. Bəzi yozuculara görə, bu yuxu yuxu sahibinin işindən məmnun olmadığı və şərtləri sevmədiyi anlamına gəlir.

Yuxuda iş tapmaq

Yuxuda iş tapmaq həm ictimai, həm də iş həyatında yeni sıçrayışlara imza atmağa yozulur. Həmçinin yuxu sahibinin yeni işlərlə uğur qazanacağına və bu uğurla yüksək qazanc əldə edəcəyinə işarə edir. Xoşbəxt və dinc bir həyat sürəcəyinizə, maddi probleminiz olmayacağınıza işarə edir.

Yuxuda iş təklifi almaq

Yuxu sahibinin iş həyatında uzun müddət reallaşdırmaq istədiyi bəzi düşüncələr adına yaxşı bir fürsət tapacağına işarədir. Bu fürsətdən yaxşı istifadə edərsə, yüksək vəzifə qazanacaq, maaşı artacaq və istədiyi qazancı əldə edəcək.

Yuxuda işə girmək

Yuxu sahibinin yeni bir başlanğıc edəcəyi və yaxın gələcəkdə həyatının dəyişəcəyi kimi yozulur. Verdiyi qərarlarla evini və ya işini dəyişdirə bilər. Ancaq belə qərar verərkən diqqətli olmalıdır.

Yuxuda işə başlamaq

Yuxuda işə başlamaq yuxu sahibinin tamamilə yeni həyata hazır olduğuna işarə edir. Bu həm də işə başlayacaq insanların həyatında cəlbedici və müsbət imkanların olacağına işarə edir.

Yuxuda iş görüşməsinə getmək

Yuxu sahibi üçün gələcəkdə bəzi müsbət hadisələrin olacağını göstərir. İş həyatına mövqe sahibi olacağı, sevgi və hörmət qazanacağı, yaxşı gəlir əldə edəcəyi kimi yozulur. Ailəsi ilə problem yaşamayacağına və xoşbəxt və dinc həyat sürəcəyinə dəlalət edir.

Yuxuda iş dəyişdirmək

Yuxu sahibinin yeni mühitlərə girəcəyini və yeni dostluqlar qazanacağını göstərir. Ümumi olaraq həyatında bəzi dəyişikliklərin yaşanacağından xəbər verir. Bu dəyişikliklərə diqqət yetirməsi vacibdir.

Yuxuda işdən qovulmaq

Əksinə, yuxuda işdən qovulmaq, yuxu sahibinin real həyatda təqdir ediləcəyi deməkdir. Bu həm də iş həyatının davam edəcəyinə, yaxşı mövqe tutacağına, maaşının artacağına işarə edir.скачать dle 11.3
Mojo.az Banner