Mojo.az Banner
16:31 Sumqayıtda "Chevrolet" piyadanı vurub öldürdü  |     16:29 Dənizdə batan tələbələrin fotoları (Yenilənib)  |     16:25 Bakıda kirayə evlərin sayı azalır: Qiymətlər daha da qalxacaq?  |     16:12 Ev şəraitində və stansiyalarda şarj edilən avtomobillərin yürüşündə hansı fərqlər var? - Video  |     15:58 Bakının milyonçu qardaşlarının sərvətləri özlərinə qaldı: Gözlənilməz hökm  |     14:10 Neftimiz kəskin ucuzlaşıb  |     14:01 Sumqayıtda gecələr qaz niyə gur gəlir? – Mütəxəssisdən ciddi xəbərdarlıq  |     13:48 Bakıda bu məktəblərdə təhsil onlayn oldu - Siyahı  |     13:28 Sentyabrda dənizə girmək təhlükəlidir? - AÇIQLAMA  |     13:22 Evdə hazırlanaraq bazara çıxarılan qida məhsulları üçün sertifikat tələb olunacaq - Video  |     13:20 İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər (Video)  |     13:01 Ananı döyülən görən uşağın beynində nə baş verir? — Psixoloq danışdı  |     12:52 Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manat olur? - Video  |     12:46 Qaxda kafedə qan töküldü  |     12:27 Bakı Bulvarı bu gündən bağlanır - Səbəb  |     12:25 Məktəbli çantaları ilə bağlı XƏBƏRDARLIQ: “Uşaqlar bu yükdən azad olunmalıdır”  |     12:19 Azərbaycanda dizel bahalaşacaq? —MÜHÜM açıqlama  |     12:11 Polislərə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi  |     22:57 "Formula-1"lə bağlı mühüm dəyişikliklər  |     22:52 Bakını tərk edən deputat danışdı: “Artıq burada yaşayıram”  |    
Mojo.az Avto
Mojo.az Avto

Məktəb direktorunun müsadirə edilmiş əmlakı geri qaytarıldı

11.09.2024 17:03 900
Məktəb direktorunun müsadirə edilmiş əmlakı geri qaytarıldı
1 saylı cəzaçəkmə müəssisəsinin ərazisində fəaliyyət göstərən 2 saylı xüsusi əyani-qiyabi məktəbin direktoru Əmrah Səfərovun müsadirə edilmiş əmlakı geri qaytarılıb.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Hərbi Məhkəməsində Cavid Hüseynin sədrlik etdiyi hakim heyəti belə qərar qəbul edib.

Məlumat üçün bildirək ki, sözügedən məktəbdə direktor işləmiş Ə.Səfərov 63 min manat dövlət vəsaitini mənimsəməkdə ittiham olunur.

67 yaşlı müttəhim məhkəmədə etiraf edib ki, uzun illərdir onkoloji xəstəlikdən əziyyət çəkir. Elə bu səbəbdən cəzaçəkmə müəssisəsində işləyirmiş ki, 20 faiz artıq maaş alsın. Cinayət yolu ilə əldə etdiyi gəlirlərin da hamısını müalicəsinə xərcləyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş həkim diaqnozlarında təqsirləndirilən şəxsin xəstəliyinin son mərhələsində olduğu qeyd olunub. Hakimlər bunu xüsusi nəzərə alaraq onu həbsə göndərməyiblər (Hökm: şərti məhkum etmə). Amma müttəhim Səfərovun 68 min manat dəyərində mənzili və 12 min manatlıq "Mercedes" markalı avtomobili Bakı Şəhəri üzrə Təhsil İdarəsinə dəymiş ziyanın əvəzi olaraq müsadirə edilib.

Təqsirləndirilən şəxs hökmün əmlak müsadirəsi hissəsindən narazı qalaraq apellyasiya şikayəti verib. Müttəhim Səfərov əmlakının özünə qaytarılmasını xahiş edib. Yuxarı instansiya məhkəməsi şikayəti əsaslı hesab edib. Qərara əsasən, Ə.Səfərovun mənzili və avtomobili müsadirədən azad edilib.скачать dle 11.3
Mojo.az Banner