Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Məktəbli çantaları ilə bağlı XƏBƏRDARLIQ: “Uşaqlar bu yükdən azad olunmalıdır”

22.09.2026 12:25 744
Məktəbli çantaları ilə bağlı XƏBƏRDARLIQ: “Uşaqlar bu yükdən azad olunmalıdır”
Yeni dərs ilinin başlaması ilə məktəblilərin gündəlik daşıdığı çantaların çəkisi də yenidən gündəmə gəlir. Dərsliklər, dəftərlər, iş dəftərləri və digər ləvazimatlar bir araya gəldikdə çantanın çəkisi xüsusilə kiçik yaşlı uşaqlar üçün kifayət qədər ağır ola bilər. Valideynləri isə əsasən bu yükün uşaqların sağlamlığına hər hansı mənfi təsir göstərib-göstərmədiyi narahat edir.

Məktəbli çantasının çəkisi ilə bağlı hər hansı norma varmı? Uşaqların ağır çanta daşımasının qarşısını almaq üçün hansı qaydalara əməl edilməlidir?

Bu barədə təhsil eksperti Məzahir Məmmədli Median.Az-a açıqlamasında deyib ki, hər il dərs ilinin başlanması ərəfəsində məktəbli çantalarının ağırlığı məsələsi gündəmə gəlir:

“Təcrübə göstərir ki, yaxın vaxtlarda bu problemdən tamamilə xilas olmaq imkanımız o qədər də real görünmür. Çünki burada yalnız dərs vəsaitləri deyil, valideynlərin və bəzən də sinif müəllimlərinin çantalara əlavə etdiyi digər əşyalar da müəyyən rol oynayır. Məsələn, aşağı ibtidai siniflərdə oxuyan uşaqlar üçün valideynlər çantaya termos, əlavə qida və digər zəruri hesab etdikləri əşyalar yerləşdirirlər. Digər tərəfdən, dərsdənkənar əlavə vəsaitlər də məktəbli çantalarının daha da ağırlaşmasına səbəb olur. Ümumdünya Səhiyyə Təşkilatı da şagird çantalarının çəkisi ilə bağlı ciddi xəbərdarlıqlar edib. Çantaların normadan artıq ağır olması uşaqların sağlamlığına, xüsusilə də onurğa sütununa mənfi təsir göstərə və müxtəlif problemlərə səbəb ola bilər. Bu, təkcə Azərbaycana xas problem deyil. Dünyanın inkişaf etmiş ölkələrində də məktəbli çantalarının ağırlığı ilə bağlı oxşar hallar müşahidə olunur”.

O qeyd edib ki, Azərbaycanda isə dərs vəsaitlərinin elektron versiyalarının da mövcud olması bu problemin müəyyən qədər yüngülləşdirilməsinə imkan verir:

“Şagird hər gün bütün ağır kitabları evə aparıb-gətirmək əvəzinə, bəzi dərs vəsaitlərini məktəbdə, özünün əyləşdiyi yerdə saxlaya bilər. Lakin digər tərəfdən, valideynlər də uşağın evdə tapşırıqları yerinə yetirməsi üçün dərs vəsaitlərini mütləq özü ilə daşımasını istəyirlər. Buna görə də ümumi mənzərəyə baxdıqda, burada yalnız müəllim və şagird amili deyil, valideynlərin də müəyyən təsiri var. Bu məsələ yalnız müəllim, valideyn və şagirdin birgə əməkdaşlığı nəticəsində həll oluna bilər. Bu üç tərəf məsələyə eyni yanaşmanı nümayiş etdirməlidir ki, uşaqlar məktəbə gedərkən normadan artıq yük daşımaq məcburiyyətində qalmasınlar. Ümumi qəbul edilən normativlərə görə, şagirdin daşıdığı çantanın çəkisi onun bədən çəkisinin təxminən 10 faizindən çox olmamalıdır. Məsələn, 40 kiloqram çəkisi olan şagirdin çantası 4 kiloqramdan artıq olmamalıdır. Təəssüf ki, bizdə bu qaydalara hər zaman əməl olunmur. Bir tərəfdən valideynlər çantaya əlavə əşyalar yerləşdirərək onun çəkisini artırırlar, digər tərəfdən isə xüsusilə ibtidai sinif müəllimlərinin müxtəlif əlavə oxu və tədris vəsaitləri tələb etməsi çantanın daha da ağırlaşmasına gətirib çıxarır”.

Aysel

Son xəbərlər