Mojo.az Banner
22:48 Putini qoruyan 4 nəfər kimdir?  |     22:42 Lənkəranda kişi atasını qaynar su ilə yandırdı  |     22:37 Son 48 ilin rekordu: Xəzərin aqibəti necə olacaq? - Ekoloq  |     22:30 Bakıda mühasib sahibkarı aldatdı, "vergi pulu"nu mənimsədi  |     22:25 Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq  |     22:19 Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)  |     22:11 Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr  |     22:06 Naxçıvanda ağır qəza olub, xəsarət alanlar var  |     21:59 Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb  |     21:53 Azərbaycanda pensiyalar belə artırılacaq - Komitə sədri açıqladı  |     21:38 Futbol klubunun prezidenti başından güllələndi  |     21:30 Həbsdə olan 2 vəkil azadlığa buraxıldı  |     21:24 192 pivə çəlləyində aksiz pozuntusu aşkarlandı  |     21:15 Sökülüb yerində bina tikiləcəyi iddia edilən peşə məktəbi ilə bağlı AÇIQLAMA  |     21:10 Onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək - Sabahdan  |     21:02 Oktyabrın ilk günü hava necə olacaq?  |     20:57 Oğuzda əməliyyat - Həbs edilənlər var  |     20:49 Deputat sənədsiz evlərdən danışdı  |     20:43 Rusiyanın vurduğu evdən uşaq cəsədi çıxarıldı  |     20:35 ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Dərslik deyil, yük daşıyırlar: Məktəblilərin qorxulu problemi

16.12.2025 17:00 384
Dərslik deyil, yük daşıyırlar: Məktəblilərin qorxulu problemi
Elm və təhsil naziri Emin Əmrullayev məktəbli çantalarının ağırlıq probleminə toxunub. Nazir dərs vəsaitlərindən kənar əşyaların çantaya qoyulduğunu bildirib:

"Çantanın ağırlıq probleminin necə aradan qaldırılması ilə bağlı sual da yalnız Elm və Təhsil Nazirliyinə ünvanlanmalı deyil. Həmin çantanı yükləyən tərəf təkçə nazirlik deyil. İbtidai sinif səviyyəsində bir dərsliyin çəkisi 270-300 qram arasında dəyişir. Bu problem hər birimizin problemidirsə, hər birimiz həll etməliyik".

Təhsil eksperti Elçin Əfəndi Qaynarinfo-ya açıqlamasında bildirib ki, çanta ağırlığından qurtarmağın ən optimal üsulu dərsliklərin elektron formatda olmasıdr:

"Bu üsul artıq bir neçə ildir ki, xarici ölkələrdə tətbiq olunur. Şagird sadəcə planşet daşımalıdır. Planşetdə isə dərsliklər elektron formada öz əksini tapmalıdır. Bunu tətbiq edəriksə, çanta problemi aradan qalxacaq”.

Elçin Əfəndi problemə öz nümunəsində aydınlıq gətirib:

"Məsələn, bu gün öz övladımı məktəbə apararkən onun çantasını çəkdim, 6 kiloqram gəldi. Çantanın ağırlığı şagirdin çəkisinin 10-12% həcmində olmalıdır. Belə bir halda oğlumun bu çantanı daşıması mümkün deyil. Elm və təhsil naziri bildirir ki, burada problem onlardan qaynaqlanmır, valideynlər də diqqətli olmalıdır. Düşünürəm ki, bu məsələdə həm valideynlər, həm də müəllimlər məsələyə diqqətli yanaşmalıdırlar ki, çantalar ağır olmasın, şagirdlərdə skolioz xəstəliyi, fəqərə əyriliyinə və s.-ə səbəb olmamalıdır”.



Elçin Əfəndi bildirib ki, hazırda dərsliklər yarımil olaraq təqdim olunur:

"Əvvəllər dərsliklər bir illik təqdim olunurdu. Bu da dərsliyin çəkisinin azalması deməkdir. Şagirdlər günün müəyyən hissəsini təhsil müəssisəsində olur, onların qidalanma məsələsi var. Valideyn də müvafiq qidalarla övladını təmin etməlidir. Bu da çantada ağırlıq yaradır. O cümlədən əlavə fənn müəllimləri test tapşırıqları verir, iç dəftərləri, şagirdin inkişafı ilə bağlı digər vəsaitlər çantaya qoyulanda onun ağırlığı daha da artır. Belə vəsaitlər siniflərdə saxlanılmalıdır, şagird onu daşımamalıdır”.скачать dle 11.3
Mojo.az Banner