Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Ədliyyə Nazirliyi “Elektron məhkəmə” sistemində yaranmış problemə aydınlıq gətirdi

27.02.2024 15:09 1 284
Ədliyyə Nazirliyi “Elektron məhkəmə” sistemində yaranmış problemə aydınlıq gətirdi
Son bir neçə gündə “Elektron məhkəmə” informasiya sisteminin işində problem yaranması ilə bağlı şikayətlərə rast gəlinir. Vəkillər sistemin işləmədiyini, lazımi sənədləri sistemə yükləyə bilmədiklərini deyirlər.

Ədliyyə Nazirliyinin informasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə e-huquq.az-a açıqlamasında məsələyə aydınlıq gətirib.

O bildirib ki, yalnız sistemə “Asan İmza” ilə daxil olan şəxslər sözügedən problemlə qarşılaşırlar.

“Elektron məhkəmə” sisteminin fəaliyyətində hər hansı problem yoxdur, sözügedən problem “Asan İmza” xidmətindən qaynaqlanır. Biz aidiyyəti qurumla əlaqəli şəkildə ötən gün axşam bu problemi aradan qaldırdıq. Lakin bu gün yenidən eyni problem yaranıb. Hazırda məsələ diqqətimizdədir, bununla bağlı iş gedir, problemi aradan qaldırmağa çalışırıq”, - deyə A.Səmədzadə qeyd edib.

Son xəbərlər