Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Britaniya Rusiyanın ən böyük 10 neft hasil edən şirkətinə sanksiyalar tətbiq edib | 22:54 Hörmüz boğazının şərqində 2 tanker alışıb | 22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər | 22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO | 22:35 Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat | 22:26 Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb | 22:20 Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb | 22:13 Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var | 22:08 Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto | 22:00 Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı | 21:53 Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - Açıqlama | 21:46 Lənkəranda şəhid anası vəfat etdi | 21:40 İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - FOTO | 21:34 Uşağa hər istədiyini almaq olmaz - Psixoloqdan valideynlərə xəbərdarlıq | 21:26 Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək | 21:21 6 min manatlıq vəd, yarımçıq qalan iş və amnistiya - Sabiq xidmət əməkdaşı azadlığa buraxıldı | 21:14 Azərbaycanda qadınlar kişilərdən daha çox yaşama səbəbi - Professordan cavab | 21:09 Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi | 21:02 Dəmir hasarı daşla əvəz etdi, Səbail İcra Hakimiyyəti cərimələdi - Məhkəmə qərarı ləğv etdi | 20:57 "Bloomberg": İran ayda 50 ballistik raket istehsal edə bilər |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda dizel bahalaşacaq? —MÜHÜM açıqlama

22.09.2026 12:19 984
Azərbaycanda dizel bahalaşacaq? —MÜHÜM açıqlama
Dünyada dizel yanacağı bazarında təchizatla bağlı narahatlıqlar artır. Geosiyasi gərginliklər, bəzi neft emalı zavodlarının fəaliyyətində yaranan problemlər və yanacaq ehtiyatlarının azalması fonunda dizel bazarında sıxlığın 2027-ci ilə qədər davam edə biləcəyi bildirilir. Bu vəziyyət artıq bir sıra ölkələrdə yanacağın bahalaşmasına səbəb olub.

Bəs qlobal dizel bazarında yaranan bu vəziyyət Azərbaycana da təsir göstərə bilərmi? Ölkədə dizelin qiymətinin artması ehtimalı varmı və dünya bazarındakı dəyişikliklər daxili yanacaq bazarına hansı kanallarla təsir edir?

Mövzu ilə bağlı Median.Az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib:

"Bəli, qlobal dizel bazarındakı vəziyyət Azərbaycana müəyyən kanallarla təsir göstərə bilər, amma dünya bazarında dizelin bahalaşması avtomatik olaraq Azərbaycanda pərakəndə qiymətin artacağı anlamına gəlmir".

İqtisadçının sözlərinə görə, hazırda qlobal bazarda əsas problem xam neftdən çox, hazır neft məhsullarının, xüsusilə dizelin təchizatındakı sıxlıqdır. IEA-nın sentyabr hesabatına görə, avqustda qlobal neft emalı güclərinin istifadəsi ötən illə müqayisədə 4,2 milyon barel/gün aşağı olub, dizel qiymətləri isə ABŞ-da kəskin yüksəlib.

"Körfəz ölkələri və Rusiyanın dizel ixracının azalması da bazardakı gərginliyi artırıb.
Bu vəziyyətin 2027-ci ilin ilk yarısına qədər davam edə biləcəyi barədə də proqnozlar var. ABŞ Enerji İnformasiya Administrasiyası Rusiya neft emalı zavodlarındakı fasilələrin qlobal bazara təsirinin 2027-ci ilin ilk yarısında da davam edə biləcəyini bildirir", — deyə Akif Nəsirli əlavə edib.

Azərbaycan üçün əsas məsələyə toxunan sədr deyib:

"Əsas məsələ daxili bazarın dünya bazarına hansı dərəcədə bağlı olmasıdır. SOCAR-ın məlumatına görə, A-92 və dizel yanacağı əsasən Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsal olunur. Bununla yanaşı, hökumət 2026-cı il mayın 1-dən 2027-ci il martın 31-dək SOCAR-a 201 min tona qədər dizel yanacağı idxal etməyə icazə verib və idxal olunan dizel üçün aksiz dərəcəsini müvəqqəti olaraq ton üçün 1 manata endirib. Bu qərarın məqsədlərindən biri daxili bazarın sabit və fasiləsiz təminatıdır.
Deməli, dünya bazarında dizelin bahalaşması Azərbaycana ilk növbədə idxal olunan dizelin maya dəyəri, neft emalı xərcləri, logistika və daşınma tarifləri vasitəsilə təsir göstərə bilər".

"Əgər daxili istehsal tələbatı tam qarşılamasa və idxalın həcmi artsa, dünya qiymətlərinin yüksəlməsi yerli bazarda xərc təzyiqini gücləndirə bilər. Digər tərəfdən, daxili istehsalın böyük paya malik olması və dövlətin idxal üzrə vergi mexanizmlərini tənzimləməsi qlobal qiymət artımının daxili bazara birbaşa və tam həcmdə ötürülməsini məhdudlaşdıra bilər", — deyə mütəxəssis vurğulayıb.


İqtisadçı sonda qeyd edib ki, ona görə də Azərbaycanda dizelin qiymətinin artması ehtimalını yalnız qlobal bazardakı vəziyyətə əsasən qiymətləndirmək olmaz. Burada neft emalı zavodunun istehsal imkanları, daxili tələbat, idxalın həcmi, dünya dizel qiyməti, logistika xərcləri və dövlətin qiymət siyasəti birlikdə rol oynayacaq.
Hazırkı qlobal mənzərədə əsas risk isə dizelin sadəcə bahalaşması deyil, təchizat zəncirində uzunmüddətli sıxlığın yaranmasıdır. Əgər Rusiya və Yaxın Şərqdən hazır neft məhsullarının ixracındakı məhdudiyyətlər davam edərsə, bu, Azərbaycanın idxal ehtiyacını və yanacaq bazarında xərc təzyiqini artıra bilər.

Dəniz Pənahova
Median.Az

Son xəbərlər