Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi  |     16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu  |     16:45 Məktəblilərin jurnalistlərə hücumu: Psixoloq problemin kökünə diqqət çəkdi  |     16:27 Bakıda idmançı məşq zamanı öldü  |     16:19 İlham Əliyev Bakıda finalçıları mükafatlandıracaq, Bayramov Azərbaycanı TDT sammitində təmsil edəcək  |     15:07 Rusiya ordusu Dneprdə elektrik qatarına zərbə endirdi - Ölənlər var  |     15:06 İspaniyada qatar faciəsində itkin düşən 60-dan çox insan tapılmır  |     14:55 Azərbaycana biri 757 manat olan 30 həşərat gətirilib  |     14:31 Milli Məclisin deputatları Atatürkün Bakıdakı abidəsini ziyarət ediblər - Foto  |     14:23 Azərbaycanın üç güləşçisi dünya çempionatında məğlub olub  |     13:53 Jurnalistləri döyən yeniyetmələri bu qədər həbs cəzası gözləyir – AÇIQLAMA  |     13:29 Ceyhun Bayramov Türkiyəyə səfər edib  |     13:24 Son hadisələrdən sonra məktəblərdə kişi müəllimlərin sayı artırılmalıdır – AÇIQLAMA  |     13:14 Bəzi sahələrə ƏDV tətbiq olunmayacaq  |     13:09 Alyona Əliyeva uşaqlar üçün təşkil olunmuş "Halloween" şənliyindən paylaşım edib - Foto  |     13:07 Xidməti maşından şəxsi işlər üçün istifadə qadağan olunur  |     12:57 Leyla Əliyeva "Sülh kitabı"nın təqdimatı və ICESCO ilə sazişin imzalanması mərasimlərindən paylaşım etdi - Video  |     12:56 Tanınmış xanım professor vəfat etdi  |     12:56 Gələn il Azərbaycanda iqtisadi artım nə qədər olacaq?  |     12:41 Terrorçuluğu maliyyələşdirmədə təqsirləndirilən dəstə üzvlərinə hökm oxundu - Video  |    
Mojo.az Avto
Mojo.az Avto

Hörmüz boğazındakı gərginlik nefti bahalaşdırdı: Azərbaycan üçün nəticələr nə olacaq?

21.07.2026 14:21 507
Hörmüz boğazındakı gərginlik nefti bahalaşdırdı: Azərbaycan üçün nəticələr nə olacaq?
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiymətinin son sutkada 2,3 faiz artaraq 88,82 dollara yüksəlməsi ölkənin ixrac gəlirlərinin artacağı ilə bağlı gözləntiləri gücləndirib. Bununla yanaşı, bahalaşmanın daxili bazara və vətəndaşların gündəlik həyatına təsiri də müzakirə olunur.

Mövzu ilə bağlı Median.Az-a danışan Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli bildirib ki, qiymət artımının əsas səbəbi Yaxın Şərqdə, xüsusilə də Hörmüz boğazı ətrafında yaranan geosiyasi gərginlikdir.
Onun sözlərinə görə, bölgədə risklərin artması neft daşımalarına birbaşa təsir göstərir:
"Hörmüz boğazında gərginlik yaranan kimi dünya bazarında neft bahalaşır. Çünki risklər artdıqda yükdaşıma prosesi çətinləşir, iri neft tankerlərinin hərəkəti məhdudlaşır və alternativ marşrutlardan istifadə olunur. Bu isə daşınma xərclərini artıraraq qiymətlərə təsir edir."

Mütəxəssis xatırladıb ki, ABŞ və İsrailin İrana hücumları zamanı bölgədə gərginliyin pik həddə çatdığı dövrdə Azərbaycan neftinin bir barelinin qiyməti 105 dollara qədər yüksəlmişdi.

İlqar Hüseynlinin fikrincə, neftin bahalaşması ilk növbədə Azərbaycanın ixrac gəlirlərinə müsbət təsir göstərir. Lakin bu prosesin digər tərəfi də var.

"Azərbaycan xam neft ixrac edir. Dünya bazarında neft bahalaşdıqca, həmin xammaldan istehsal olunan benzin, dizel və digər neft məhsullarının da qiyməti artır. Bu isə son nəticədə istehsal və logistika xərclərinin yüksəlməsinə səbəb olur."

İqtisadçı qeyd edib ki, əgər xam neftin emalı və son məhsulların istehsalı tam şəkildə ölkə daxilində həyata keçirilsəydi, dünya bazarındakı qiymət dəyişikliklərinin daxili bazara təsiri daha məhdud ola bilərdi.

Onun sözlərinə görə, enerji daşıyıcılarının bahalaşması istehlak mallarının maya dəyərinə də təsir edir:

"Neft və enerji resursları istehsalın əsas komponentlərindən biridir. Buna görə də dünya bazarında neft bahalaşdıqca, istehlak mallarının qiymətində də artım baş verir. Azərbaycanın idxal etdiyi məhsulların qiymətinə də bu amil təsirsiz ötüşmür."

İlqar Hüseynli hesab edir ki, hazırkı qiymət artımını uzunmüddətli tendensiya kimi qiymətləndirmək hələ tezdir. Onun sözlərinə görə, bazardakı vəziyyət daha çox geosiyasi risklərdən asılıdır.

"ABŞ-İran qarşıdurmasının nə qədər davam edəcəyi, həmçinin Hörmüz boğazındakı vəziyyət hələ qeyri-müəyyəndir. Risklər davam etdikcə neft qiymətlərində dalğalanmalar da qalacaq. Buna görə də indiki bahalaşma daha çox geosiyasi amillərin yaratdığı vəziyyət kimi qiymətləndirilməlidir."

Beləliklə, ekspertin fikrincə, neftin bahalaşması bir tərəfdən Azərbaycanın ixrac gəlirlərini artırsa da, digər tərəfdən idxal olunan məhsulların bahalaşması və inflyasiya təzyiqi vasitəsilə iqtisadiyyata mənfi təsirlər də yarada bilər. Bu səbəbdən qiymət artımının ümumi iqtisadi effekti balanslı şəkildə qiymətləndirilməlidir.

Dəniz Pənahova
Median.Az

Son xəbərlər