Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanlı tələbələr ən çox bu xarici universitetləri seçir

21.07.2026 16:59 420
Azərbaycanlı tələbələr ən çox bu xarici universitetləri seçir
Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alan azərbaycanlıların ən çox üz tutduğu ölkələr, universitetlər və ixtisas istiqamətləri açıqlanıb.

Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Proqramı İdarəetmə Qrupundan bildirilib ki, 2019–2023-cü illər üzrə Dövlət Proqramı çərçivəsində iştirakçıların ən çox təhsil aldığı ali təhsil müəssisələri İstanbul Üniversitesi, University of Strasbourg, Montpellier University, University of Glasgow, University of Aberdeen, University of Bologna, University of Bristol, University of Halle–Wittenberg, University of Birmingham və Swansea University-dir.

2022–2028-ci illər üzrə Dövlət Proqramında isə ilk onluqda UCL (University College London), Bilkent University, University of Edinburgh, Koç University, University of Sheffield, Imperial College London, University of Manchester, Columbia University, University of Glasgow və University of Hong Kong yer alır.

Məlumata görə, 2019–2023-cü illər üzrə Dövlət Proqramında namizədlər daha çox iqtisadiyyat və idarəetmə, təbiət elmləri, humanitar və sosial elmlər, səhiyyə və rifah, həmçinin texniki və texnoloji ixtisas istiqamətlərini seçiblər.

2022–2028-ci illər üzrə Dövlət Proqramında isə informasiya texnologiyaları, mühəndislik, maliyyə, dövlət idarəetməsi və iqtisadiyyat ən çox üstünlük verilən ixtisas istiqamətləri olub.

Bildirilib ki, 2019–2023-cü illər üzrə Dövlət Proqramı çərçivəsində təhsilini başa vuran 20 məzunun hamısı hazırda Azərbaycanın ali təhsil müəssisələrində fəaliyyət göstərir.

2022–2028-ci illər üzrə Dövlət Proqramı çərçivəsində isə bu günədək 634 nəfər rəsmi məzun statusu qazanıb. Onlardan 448 nəfəri hazırda əmək fəaliyyəti ilə məşğuldur.

Qurum sorğuda yer alan "Azərbaycana qayıdaraq əmək fəaliyyətinə başlayanların faizi" ilə bağlı ayrıca statistik göstəricinin təqdim edilmədiyini də qeyd edib.

Son xəbərlər