Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Qabiliyyət imtahanı: Ən yüksək və ən aşağı nəticə göstərən ixtisaslar

21.07.2026 15:54 600
Qabiliyyət imtahanı: Ən yüksək və ən aşağı nəticə göstərən ixtisaslar
Magistraturaya qəbul üzrə qabiliyyət imtahanlarının nəticələri ixtisaslar üzrə maraqlı statistikanı ortaya qoyub. Bəzi istiqamətlərdə bütün namizədlər məqbul nəticə göstərdiyi halda, bir sıra ixtisaslarda uğursuzluq faizi yüksək olub.

Median.Az
Modern.az-a istinadla xəbər verir ki, ən yüksək nəticə Xalq çalğı alətləri ifaçılığı (musiqi alətləri üzrə) ixtisaslaşmasında qeydə alınıb. Bu istiqamətdə imtahan verən 24 nəfərin 10-u maksimum - 10 bal, 11-i isə 9 bal toplayıb və bütün iştirakçılar məqbul nəticə əldə ediblər.

Tam uğur əldə olunan digər ixtisaslar sırasında instrumental ifaçılığın müxtəlif istiqamətləri, akademik vokal, aşıq sənəti, populyar musiqi və caz ifaçılığı, aktyor sənəti, kino rejissorluğu, dekorativ sənətin əksər istiqamətləri, rəngkarlıq və qrafika da yer alır. Bu proqramlarda imtahanda iştirak edənlərin hamısı məqbul nəticə göstərib.

Ən çox uğursuz nəticə isə Qrafik dizayn ixtisaslaşmasında qeydə alınıb. Bu istiqamətdə 15 nəfərdən cəmi 9-u məqbul qiymət alıb, 6 nəfər isə imtahandan keçə bilməyib. Beləliklə, uğursuz nəticələrin sayına görə ilk sırada bu proqram qərarlaşıb.

Bundan başqa, İnteryer və landşaft dizaynı üzrə 7 namizəddən 4-ü məqbul, 3-ü qeyri-məqbul nəticə göstərib. Xanəndə sənəti üzrə 19 iştirakçıdan 17-si keçid balı topladığı halda, 2 nəfər uğursuz olub. Milli vokal (6819) proqramında isə imtahana qatılan hər iki namizəd qeyri-məqbul qiymət alıb. Sənaye dizaynı istiqamətində də yeganə iştirakçı imtahandan keçə bilməyib.

Jurnalistika ixtisaslaşması üzrə isə 31 nəfərdən 30-u məqbul nəticə göstərib, yalnız 1 nəfər qeyri-məqbul qiymət alıb. Bu göstərici jurnalistika proqramının ən yüksək müvəffəqiyyət faizi olan ixtisaslardan biri olduğunu göstərir.

Son xəbərlər