23:02 Bazar günü 23 dərəcə isti olacaq  |     22:46 Azərbaycan bayrağı Nyu-York səmasına qaldırılıb  |     22:31 Arazdəyən-Naxçıvan dəmir yolu xəttinin bərpa edilib-edilməyəcəyinə aydınlıq gətirilib  |     22:21 Avropanın yeni sanksiya paketi Lukaşenkonu hədəfə ala bilər  |     22:13 Hidayət Heydərov çempion oldu  |     21:52 Gürcüstan mətbuatı Azərbaycanın Zəfər bayramından yazdı - FOTO  |     21:47 Ukraynada daha bir azərbaycanlı həlak oldu  |     21:35 Rusiyadan İrana yola düşən ilk yük qatarı limana çatdı  |     21:22 Hərbi paradda bir sıra ölkələrin ordu rəhbərliyi iştirak edib  |     21:00 Xankəndidə Zəfər atəşfəşanlığı  |     20:59 "Formula-1": Braziliyada sprint yarışının qalibi bəlli oldu  |     20:40 Qalmaqallı direktorun yerinə yeni təyinat  |     20:33 Vətən müharibəsində ermənilərin vurduğu PUA-mız necə geriyə QAYITDI?  |     20:26 Xocavənddə evlərin təmirinə 2,3 milyon xərclənəcək  |     20:24 Azərbaycanlı atıcıdan yeni dünya rekordu  |     19:45 Paradda nümayiş etdirilən Azərbaycan Ordusunun arsenalındakı müasir texnika (SİYAHI)  |     19:42 Bu gün Bakı Metropoliteni iş rejimini 1 saat uzadacaq  |     19:36 Romada Azərbaycan vətəndaşı itkin düşüb  |     19:12 Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri başa çatıb  |     19:03 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başa çatıb  |    

Bəzi ixtisaslara qabiliyyət imtahanları keçirilməyəcək - RƏSMİ

V ixtisas qrupuna aid olan xüsusi qabiliyyət tələb edən bəzi ixtisaslara qəbul olmaq üçün qabiliyyət imtahanları keçirilməyəcək. Müsabiqə yalnız qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) abituriyentin topladığı yekun balı əsasında aparılacaq.

Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, bununla yanaşı, COVID-19 infeksiyası ilə əlaqədar 2020/2021-ci tədris ili üçün keçirilən qabiliyyət imtahanlarında müvəqqəti şərtlər tətbiq ediləcək.

2020/2021-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə aid xüsusi qabiliyyət tələb edən Musiqi müəllimliyi, Təsviri incəsənət müəllimliyi, Fiziki tərbiyə və çağırışaqədər hazırlıq müəllimliyi və Məşqçilik ixtisaslarına qəbul olmaq üçün qabiliyyət imtahanları keçirilməyəcək. Bildirilir ki, müsabiqə yalnız qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) toplanılan yekun bal əsasında aparılacaq.

Dövlət Rəssamlıq Akademiyası, Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Memarlıq və İnşaat Universitetinin Dizayn ixtisasına qəbul olmaq istəyən abituriyentlər yalnız Rəsm fənnindən qabiliyyət imtahanı verəcəklər. Digər ali təhsil müəssisələrinin Dizayn ixtisasına qəbul olmaq istəyən abituriyentlər xüsusi qabiliyyət imtahanları verməyəcək. Həmin abituriyentlər Dizayn ixtisası üzrə müsabiqəyə yalnız qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) topladıqları yekun bal əsasında qatılacaqlar.

Digər xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə keçirilən qabiliyyət imtahanları fənnlərinin də sayı azaldılacaq. Ali təhsil müəssisələrinə qəbul imtahanının qabiliyyət imtahanları mərhələsi üçün qəbul imtahanı proqramlarının tam mətni ilə Abituriyent jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci nömrəsində tanış ola biləcəksiniz.

Ali təhsil müəssislərinin magistratura səviyyəsinin 70-ci proqrama aid xüsusi qabiliyyət tələb edən ixtisaslaşmaları üçün qabiliyyət imtahanı Dövlət Rəssamlıq Akademiyasında (ADRA) yalnız ADRA-nın ixtisaslaşmaları üçün təşkil ediləcək. 70-ci proqrama aid digər ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslaşmaları üzrə, həmçinin 68 və 69-cu proqrama aid olan xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalar üzrə Qabiliyyət İmtahanı Komissiyaları fəaliyyət göstərməyəcək, qabiliyyət imtahanları keçirilməyəcək. Müsabiqə bakalavrın magistraturaya qəbul imtahanında topladığı bal və orta müvəffəqiyyət göstəricisi əsasında aparılacaq.

Orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üçün qabiliyyət imtahanları Xanəndəlik, Vokal sənəti, Aşıq sənəti və Xoreoqrafiya sənəti ixtisasları üzrə, eləcə də, Dövlət Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kolleci, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci və Naxçıvan Musiqi Kollecinin (sonuncu ikisində Musiqi nəzəriyyəsi və Xor dirijorluğu ixtisasları istisna olmaqla) bütün ixtisasları üzrə keçiriləcək.

Orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanının qabiliyyət imtahanları mərhələsi üçün qəbul imtahanı proqramlarının tam mətni ilə Abituriyent jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyyət imtahanları” jurnalının 2-ci nömrəsində tanış ola bilcəksiniz.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 182 28.05.20 11:28