Bu gündən ali məktəblərə qabiliyyət imtahanları başlayıb.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ali təhsil müəssisələrinin 21 xüsusi qabiliyyət tələb edən ixtisasına qəbul üçün qabiliyyət imtahanları Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir.
İmtahanlar Bakı və Naxçıvan şəhərlərində səkkiz binada keçiriləcək.
Xüsusi qabiliyyət imtahanları Təsviri sənət, Musiqi sənəti, Teatr, kino və xoreoqrafiya sənəti və Memarlıq istiqamətləri üzrə keçiriləcək.