Mojo.az Banner
Son Xəbərlər
23:50 Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq  |     23:01 Parisdə komendant saatı elan edildi  |     22:50 "Barbarların səviyyəsinə enmədik" - Prezident (VİDEO)  |     22:47 Vəkili Nəvainin həbsdəki həyatından danışdı  |     22:40 Sankt-Peterburqda 5 nəfərdə meymunçiçəyi təsdiqləndi  |     22:35 Sərnişin qatarlarına 26 dəfə daş atılıb  |     22:28 4 mindən çox insan Eboladan öldü  |     22:23 Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar  |     22:14 Xəzər dənizinin Azərbaycana aid hissəsində qaçaqmal aşkarlandı  |     22:09 Azad edilmiş ərazilərdə daha 256 mina aşkarlandı  |     22:01 Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu  |     21:34 Moskvada "Qeyri-leqal-2026" əməliyyatı: 6000-dən çox miqrant Rusiyadan çıxarılacaq  |     21:18 Bakı Təşəbbüs Qrupu: "Parisdə polis kaledoniyamənşəli gənci amansızcasına döyüb"  |     21:00 İsveçrədən Çinə uçan təyyarə Bakıda məcburi eniş etdi  |     20:25 Epilepsiyalı övladını əməliyyat etdimək istədi, 22 min manatlıq dələduzluğun qurbanı oldu - Video  |     19:54 Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var  |     19:39 Evlərə girib oğurluq edən qaraçılara hökm oxundu  |     19:26 "Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanılıb  |     19:14 Dövlət əleyhinə açıq çağırışlar yayan yeddi nəfər beynəlxalq axtarışa verildi  |     18:14 "Sabah"ın oyunu ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir  |    
Mojo.az Avto
Mojo.az Avto

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqənin ŞƏRTLƏRİ açıqlandı

19.04.2019 20:18 2 125
Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqənin ŞƏRTLƏRİ açıqlandı
Dövlət İmtahan Mərkəzi (DİM) ilk dəfə olaraq xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyənlər üçün "Xüsusi qabiliyyət imtahanları" jurnalının 2019-cu il 1 ci nömrəsini çap edib.

DİM-dən verilən məlumata görə, "Abituriyent" jurnalının xüsusi buraxılışı olan bu jurnalda ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarının yığcam xarakteristikası, ixtisaslar üzrə kadr hazırlığı aparan təhsil müəssisələri haqqında məlumatlar, bu ixtisaslar üzrə müsabiqə şərtləri, qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyə və məs­lə­hətlər, tapşırıq nümunələri, çalışmalar, əyani vəsaitlərdən reproduksiyalar, şəkillər, cədvəllər, norma­tivlər, bir sözlə, burada xüsusi qabiliyyət tələb edən ixtisasları seçənlərin marağına uyğun olan, sorğularına aydınlıq gətirən, imta­hana hazırlaşmalarına fayda verə bilən ən zəruri ma­teriallar əksini tapıb.

Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları 7 istiqamətə bölünür:

1. Təsviri sənət

2. Musiqi sənəti

3. Memarlıq

4. Teatr, kino və xoreoqrafiya sənəti

5. Bədən tərbiyəsi və idman

6. İlahiyyat

7. Jurnalistika

"Xüsusi qabiliyyət imtahanları" jurnalı həmçinin bu sahələr üzrə tədris aparan təhisil müəssisələri və professor-müəllim heyəti üçün böyük əhəmiyyəti olan bir nəşrdir. Yeni nəşr xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə mütəxəssislərin bu sahəyə yeni gələn abituriyentlərə bələdçi olmaları, bu sahə üzrə formalaşmış uzun illərin zəngin bilik və bacarıqlar toplusunun peşəkar nəsildən gənc nəslə ötürülməsinin və bununla da daha hazırlıqlı abituriyent axınını yaratmaq üçün bir fürsətdir.

Jurnalı DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı "Abituriyent" satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya http://www.abiturient.az/ saytından sifariş etmək olar.//milli.azскачать dle 11.3

Son xəbərlər