Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:51 Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"  |     13:47 "Həzi Aslanov" - "İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olunub? (Yenilənib)  |     13:45 İlham Əliyev: "Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər"  |     13:44 Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışıb  |     13:31 Necə varlanmaq olar? Pulu banka qoyaq, qızıl alaq, yoxsa istiqraz?  |     13:20 Bakıda yeni park salınır - Foto  |     13:03 Azərbaycan neftinin qiyməti 127 dolları ötdü  |     13:02 "Ceyhun Sabunçu"nu qətlə yetirməkdə ittiham olunan şəxslər başqa cinayət də törədiblərmiş  |     12:31 Milyarder İbrahim Süleymanova Rusiyada yekun ittiham irəli sürüldü  |     12:28 Universitetlər əmək bazarının tələblərinə cavab verə bilmir – Açıqlama  |     12:17 Göygöldə qanlı dava: 36 yaşlı kişi bıçaqlandı  |     12:08 Nisyə pivə içən qəssab dostunu bıçaqladı - İmişlidəki cinayətin təfərrüatı  |     12:00 İlham Əliyev: "Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir"  |     11:59 Dubayda qızıldan piyada yolu salınacaq  |     11:57 Bakının ucuz mənzillər satılan əraziləri açıqlandı - Video  |     11:55 Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"  |     11:53 Bakıda böyük söküntü başlayır: Sakinlərə nə qədər kompensasiya veriləcək? - Video  |     11:34 İlham Əliyev: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"  |     11:29 Prezident: "Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini verib"  |     11:26 Deputat: “İran nazirinin bəyanatı Azərbaycanın daxili işlərinə müdaxilədir”  |    
Mojo.az Avto
Mojo.az Avto

Qiymətlər artacaq: Zəifləmiş dünya iqtisadiyyatını yeni bir qlobal şok gözləyir

21.07.2026 18:35 411
Qiymətlər artacaq: Zəifləmiş dünya iqtisadiyyatını yeni bir qlobal şok gözləyir
"Deutsche Bank”ın qiymətləndirməsinə görə, 2026-cı ildə müşahidə oluna biləcək güclü El-Nino iqlim hadisəsi dünya iqtisadiyyatında yeni inflyasiya dalğasına səbəb ola bilər.

Bu barədə "Business Insider” məlumat yayıb.

Bankın iyulun 20-də müştərilərinə göndərdiyi hesabatda bildirilir ki, bu il Sakit okeanda xüsusilə güclü istiləşmə ehtimalı var. Mövcud inflyasiya amilləri ilə birlikdə bu proses istehlak qiymətlərinin daha da artmasına səbəb ola bilər.

El-Nino Sakit okeanın şərq hissəsində baş verən dövri istiləşmə və soyuma proseslərinin bir hissəsidir və dünyada hava şəraitinə təsir göstərir. Tarixən bu hadisə daşqınlar, quraqlıqlar, temperatur dəyişiklikləri və müxtəlif xəstəliklərin yayılması riskinin artması ilə müşayiət olunub.

Nəticədə ərzaq istehsalı, su elektrik stansiyalarının fəaliyyəti və dəniz daşımaları çətinləşə bilər.

Məsələn, 2024-cü ildə El-Ninno Panama kanalında su səviyyəsinin azalmasına səbəb olub və bu da dəniz daşımaları tariflərinin artmasına gətirib çıxarıb. Əvvəlki illərdə isə daşqınlar və quraqlıqlar kənd təsərrüfatına və heyvandarlığa ciddi zərər vuraraq ərzaq qiymətlərinin yüksəlməsinə səbəb olub.

Enerji və ərzaq qiymətlərinə əlavə təzyiq


"Deutsche Bank” hesab edir ki, bu dəfə güclü El-Nino ABŞ ilə İran arasında davam edən müharibə fonunda neft qiymətlərinin kəskin bahalaşması ilə eyni vaxta təsadüf edə bilər.

Bankın fikrincə, dünya iqtisadiyyatı hazırda belə ikiqat təsirə məruz qalmaq üçün kifayət qədər dayanıqlı deyil. Ərzaq və enerji qiymətlərinin eyni vaxtda artması inflyasiyanı sürətləndirə bilər. Hörmüz boğazının bağlanması ehtimalı isə qlobal təchizat zəncirlərində əlavə problemlər yaradaraq qiymətlərə yeni təzyiq göstərə bilər.

Oxşar vəziyyət 1970-ci illərdə də müşahidə olunub. Həmin dövrdə neft böhranı və "El-Ninyo” hadisəsi inflyasiyanın sürətlənməsinə təsir göstərib. Analitiklər hesab edirlər ki, belə ssenari uzunmüddətli inflyasiya dövrünə və faiz dərəcələrinin yüksəlməsinə səbəb ola bilər.

ABŞ-nin İqlim Proqnozlaşdırma Mərkəzinin məlumatına görə, iyul–sentyabr aylarında "El-Ninyo”nun "güclü” səviyyəyə çatma ehtimalı 73 faiz, oktyabr–dekabr aylarında isə "çox güclü” olması ehtimalı 81 faiz təşkil edir.


Ərzaq bazarına təsir

Mütəxəssislər bildirirlər ki, bu il El-Ninonun qlobal ərzaq qiymətlərinə təsiri İran müharibəsinin təsirindən daha böyük ola bilər.

Proqnozlara görə, bu hadisə ançous balığının ehtiyatlarının azalmasına səbəb ola bilər ki, bu da balıq və dəniz məhsullarının bahalaşmasına gətirib çıxara bilər. Ançous dünya akvakultura sənayesi üçün əsas xammal mənbələrindən biri hesab olunur.

Bundan əlavə, El-Nino Braziliyada qəhvə istehsalına da mənfi təsir göstərə bilər. İstehsalçılar artıq qəhvə qiymətlərinin ən azı növbəti iki il ərzində yüksək səviyyədə qalacağını bildirirlər.
//qaynar.az

Son xəbərlər