Sumqayıtda gecələr qaz niyə gur gəlir? – Mütəxəssisdən ciddi xəbərdarlıq
Sumqayıtda bəzi sakinlər gecə saatlarında qazın əvvəlki saatlarla müqayisədə daha gur və yüksək təzyiqlə gəlməsindən narahatdırlar. Xüsusilə gecə vaxtı qaz cihazlarından istifadə azaldığı halda təzyiqin kəskin dəyişməsi sual yaradır: qazın gecə saatlarında daha güclü gəlməsinin səbəbi nədir və bu hal mənzillərdəki qaz avadanlıqları üçün təhlükə yarada bilərmi?
Məsələnin yalnız komfort məsələsi olmadığı, təzyiq dəyişikliklərinin qaz cihazlarının işləməsinə və təhlükəsizliyə təsir edib-etmədiyi də araşdırılmalıdır. Bəs normal qaz təzyiqi necə müəyyənləşdirilir və abonent qazın həddindən artıq gur gəldiyini hiss etdikdə nə etməlidir?
Məsələ ilə bağlı Median.Az-ın suallarını cavablandıran təhlükəsizlik üzrə mütəxəssis-ekspert Samir Nəbiyev bildirib:
"Bunun mümkün səbəblərindən biri şəbəkədə qaz istehlakının azalmasıdır. Müəyyən ərazidə eyni vaxtda işləyən qaz cihazlarının sayı və ümumi qaz sərfi azaldıqda borularda axınla əlaqəli təzyiq itkiləri də azalır. Şəbəkənin girişindəki rejim dəyişməz qalarsa, abonentə çatan təzyiq əvvəlki saatlarla müqayisədə yüksələ bilər. Yəni istehlakın azalması ilə abonentin daha yüksək təzyiq hiss etməsi bir-birinə zidd deyil".
Mütəxəssis vacim məqama toxunaraq deyib:
"İstehlakın azalması təzyiqin nəzarətsiz və təhlükəli həddə yüksəlməsinə bəraət qazandırmır. Qaztənzimləyici qurğuların vəzifəsi məhz tələbat dəyişdikdə çıxış təzyiqini nəzərdə tutulan hədlərdə saxlamaqdır. Kəskin və təkrarlanan dəyişikliklər müşahidə olunursa, tənzimləyicinin sazlığı, düzgün seçilməsi və şəbəkənin iş rejimi yoxlanılmalıdır".
Samir Abıyev əlavə edib ki, Sumqayıtdakı konkret ünvanlar üzrə ölçmə nəticələri olmadan bunun adi istismar dəyişməsi, gündüz aşağı olan təzyiqin gecə bərpası, yoxsa nasazlıq olduğunu demək düzgün olmaz. Sakinlərin müşahidəsi araşdırma üçün əsasdır, amma təkbaşına texniki diaqnoz deyil.
Ekspert qeyd edib ki, bəli, təzyiq cihazın icazə verilən iş diapazonundan kənara çıxarsa, bu, yalnız komfort deyil, təhlükəsizlik məsələsidir. Cihazlar müəyyən qaz növünə və təzyiqə uyğun hazırlanır. Bu şərtlərin pozulması yanmanın qeyri-sabitləşməsi, həddindən artıq istilik yükü və avadanlığın təhlükəsiz işləməməsi ilə nəticələnə bilər. Riskin dərəcəsi cihazın konstruksiyasından, texniki vəziyyətindən və mühafizə sistemlərindən asılıdır. Buna görə “cihazda avtomatika var, istənilən təzyiqdə təhlükəsizdir” yanaşması düzgün deyil.
Dəm qazından da bəhs edən S. Abıyev vurğulayıb:
"Dəm qazı məsələsini də düzgün izah etmək lazımdır. Təzyiqin yüksəlməsi avtomatik olaraq dəm qazı yaranması demək deyil. Dəm qazı yanacaq tam yanmadıqda əmələ gəlir. Yanma rejiminin pozulması, kifayət qədər havanın daxil olmaması və yanma məhsullarının düzgün xaric edilməməsi təhlükəni artırır. Üstəlik, dəm qazı iysizdir; mənzildə qaz iyinin olmaması dəm qazı riskini istisna etmir.
Deməli, təzyiqdə hər dəyişiklik qəza demək deyil, amma nəzərəçarpacaq dəyişiklik və cihazın qeyri-normal işləməsi yoxlanılmadan təhlükəsiz hesab edilə bilməz".
Normal qaz təzyiqinin nə qədər olmasını izah edən mütəxəssis bildirib:
"Burada yaşayış binasının qaz kəməri üçün müəyyən edilmiş yuxarı həddlə konkret cihazın nominal iş təzyiqini fərqləndirmək lazımdır.
Azərbaycanın AzDTN 2.13-1 “Qaz təchizatı. Layihələndirmə normaları” sənədinin 4.4–4.5-ci bəndləri və 1-ci cədvəlinə əsasən, yaşayış binalarının daxili qaz kəmərlərində təzyiq üçün yuxarı hədd 0,003 MPa, yəni 3 kPa və ya 30 mbar müəyyən edilir. Eyni zamanda, məişət qaz cihazının qarşısındakı təzyiq həmin həddi aşmamaqla cihazın pasport göstəricisinə uyğun olmalıdır.
Məsələn, istehsalçı təlimatında təbii qaz üçün nominal təzyiqi 20 mbar — 2 kPa göstərilən cihazlar var. Buna görə “30 mbar-a qədər bütün cihazlar üçün normaldır” demək olmaz. Konkret cihazın tələb etdiyi nominal təzyiq və icazə verilən dəyişmə hədləri onun texniki sənədindən götürülməlidir".
Təzyiqin normaya uyğun olub-olmadığının yoxlamaq qaydalarını da söyləyən ekspert əlavə edib:
"Alovun hündürlüyü və ya qazın səsi dəqiq ölçü deyil. Qiymətləndirmənin əsası cihazın tələb etdiyi göstərici ilə faktiki təzyiqin müqayisəsi olmalıdır; istehsalçı təlimatları da cihazın yerli qaz təchizatı şərtlərinə uyğunluğunun mütəxəssis tərəfindən yoxlanılmasını tələb edir".
Samir Abıyev açıqlayıb ki, bu şikayətin araşdırılması üçün mənim tövsiyəm təzyiqin uyğun, yoxlanılmış manometrlə həm qaz sərfi olmadığı, həm də cihazlar işlədiyi şəraitdə ölçülməsidir. Ölçməni abonent özü deyil, səlahiyyətli mütəxəssis aparmalıdır. Gecə müşahidə edilən problemi yalnız gündüz aparılan bir ölçmə ilə bağlamaq əvəzinə, şikayətin baş verdiyi saatlarda təkrar ölçmə, mümkün olduqda isə sutkalıq təzyiq qeydiyyatı təşkil edilməlidir.
Nəticədə yalnız “təzyiq normaldır” ifadəsi deyil, harada, hansı saatda, hansı iş rejimində və neçə mbar ölçüldüyü göstərilməlidir.
Cihazın əvvəlkindən fərqli və qeyri-sabit işləməsi, alovun tez-tez sönməsi, davamlı sarı yanma və hislənmə diqqətsiz buraxılmamalıdır. Bunlar təkcə yüksək təzyiqdən yaranmaya bilər, lakin texniki yoxlama tələb edən əlamətlərdir. Cihazın təhlükəsizliyinə şübhə varsa, yoxlanılanadək ondan istifadə dayandırılmalıdır.
Abonent 104 nömrəsinə müraciət edərək ünvanı, dəyişikliklərin müşahidə olunduğu saatları və cihazın davranışını bildirməlidir. Təzyiq tənzimləyicisini özbaşına sazlamaq, qaz cihazının daxili hissələrinə müdaxilə etmək və ya qeyri-ixtisaslı şəxslə təmir aparmaq olmaz.
Samir Abıyevin sözlərinə görə, qaz iyi hiss edilirsə, vəziyyətə mümkün sızma kimi yanaşılmalıdır. Açıq alovdan istifadə edilməməli, siqaret çəkilməməli, işıq və elektrik açarlarına toxunulmamalı, cihazlar şəbəkəyə qoşulub-ayrılmamalıdır. Təhlükəsiz və dərhal mümkündürsə, qazın giriş kranı bağlanmalı, qapı-pəncərə açılmalıdır; bunlar mənzildən çıxışı gecikdirməməlidir. İnsanlar təhlükəli sahədən uzaqlaşmalı və 104-ə təhlükəsiz yerdən zəng etməlidirlər. Yanğın və ya digər bilavasitə təhlükə olduqda 112-yə də məlumat verilməlidir.
Baş ağrısı, başgicəllənmə və ürəkbulanma kimi əlamətlər dəm qazı ilə bağlı ola bilər. Belə şübhə olduqda dərhal təmiz havaya çıxmaq və təcili tibbi yardım almaq lazımdır.
Bu məsələdə qaz təchizatı qurumunun məsuliyyəti barədə də danışan mütəxəssis deyib:
"Şikayəti yalnız “gecə istehlak azalır, ona görə belədir” cavabı ilə yekunlaşdırmağı yetərli hesab etmirəm. Mənim tövsiyəm şikayət edilən saatlarda şəbəkənin və mənzil girişinin təzyiqinin müqayisə olunması, tənzimləyici və qoruyucu qurğuların yoxlanılması, nəticələrin abonentə yazılı təqdim edilməsidir. Belə yoxlama problemin şəbəkədən, binadaxili xətdən, yoxsa konkret cihazdan qaynaqlandığını ayırmağa kömək edər.
Hüquqi baxımdan da məsuliyyət yalnız abonentin üzərinə qoyula bilməz. Nazirlər Kabinetinin 9 iyul 2026-cı il tarixli 206 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.3-cü bəndinə əsasən, istehlakçılara verilən qazın təzyiq göstəricilərinin texniki normativ hüquqi aktlara uyğunluğunu qazpaylayıcı sistem operatoru təmin etməlidir".
O, sonda vurğulayıb ki, yekun olaraq, əsas meyar qazın nə qədər gur yanması deyil, cihazın tələb etdiyi təzyiqdə sabit və təhlükəsiz verilməsidir. Sakinlərin narahatlığını aradan qaldıran cavab ehtimal deyil, ölçmə və sənədləşdirilmiş texniki nəticə olmalıdır.
Dəniz Pənahova
Median.Az
Məsələnin yalnız komfort məsələsi olmadığı, təzyiq dəyişikliklərinin qaz cihazlarının işləməsinə və təhlükəsizliyə təsir edib-etmədiyi də araşdırılmalıdır. Bəs normal qaz təzyiqi necə müəyyənləşdirilir və abonent qazın həddindən artıq gur gəldiyini hiss etdikdə nə etməlidir?
Məsələ ilə bağlı Median.Az-ın suallarını cavablandıran təhlükəsizlik üzrə mütəxəssis-ekspert Samir Nəbiyev bildirib:
"Bunun mümkün səbəblərindən biri şəbəkədə qaz istehlakının azalmasıdır. Müəyyən ərazidə eyni vaxtda işləyən qaz cihazlarının sayı və ümumi qaz sərfi azaldıqda borularda axınla əlaqəli təzyiq itkiləri də azalır. Şəbəkənin girişindəki rejim dəyişməz qalarsa, abonentə çatan təzyiq əvvəlki saatlarla müqayisədə yüksələ bilər. Yəni istehlakın azalması ilə abonentin daha yüksək təzyiq hiss etməsi bir-birinə zidd deyil".
Mütəxəssis vacim məqama toxunaraq deyib:
"İstehlakın azalması təzyiqin nəzarətsiz və təhlükəli həddə yüksəlməsinə bəraət qazandırmır. Qaztənzimləyici qurğuların vəzifəsi məhz tələbat dəyişdikdə çıxış təzyiqini nəzərdə tutulan hədlərdə saxlamaqdır. Kəskin və təkrarlanan dəyişikliklər müşahidə olunursa, tənzimləyicinin sazlığı, düzgün seçilməsi və şəbəkənin iş rejimi yoxlanılmalıdır".
Samir Abıyev əlavə edib ki, Sumqayıtdakı konkret ünvanlar üzrə ölçmə nəticələri olmadan bunun adi istismar dəyişməsi, gündüz aşağı olan təzyiqin gecə bərpası, yoxsa nasazlıq olduğunu demək düzgün olmaz. Sakinlərin müşahidəsi araşdırma üçün əsasdır, amma təkbaşına texniki diaqnoz deyil.
Ekspert qeyd edib ki, bəli, təzyiq cihazın icazə verilən iş diapazonundan kənara çıxarsa, bu, yalnız komfort deyil, təhlükəsizlik məsələsidir. Cihazlar müəyyən qaz növünə və təzyiqə uyğun hazırlanır. Bu şərtlərin pozulması yanmanın qeyri-sabitləşməsi, həddindən artıq istilik yükü və avadanlığın təhlükəsiz işləməməsi ilə nəticələnə bilər. Riskin dərəcəsi cihazın konstruksiyasından, texniki vəziyyətindən və mühafizə sistemlərindən asılıdır. Buna görə “cihazda avtomatika var, istənilən təzyiqdə təhlükəsizdir” yanaşması düzgün deyil.
Dəm qazından da bəhs edən S. Abıyev vurğulayıb:
"Dəm qazı məsələsini də düzgün izah etmək lazımdır. Təzyiqin yüksəlməsi avtomatik olaraq dəm qazı yaranması demək deyil. Dəm qazı yanacaq tam yanmadıqda əmələ gəlir. Yanma rejiminin pozulması, kifayət qədər havanın daxil olmaması və yanma məhsullarının düzgün xaric edilməməsi təhlükəni artırır. Üstəlik, dəm qazı iysizdir; mənzildə qaz iyinin olmaması dəm qazı riskini istisna etmir.
Deməli, təzyiqdə hər dəyişiklik qəza demək deyil, amma nəzərəçarpacaq dəyişiklik və cihazın qeyri-normal işləməsi yoxlanılmadan təhlükəsiz hesab edilə bilməz".
Normal qaz təzyiqinin nə qədər olmasını izah edən mütəxəssis bildirib:
"Burada yaşayış binasının qaz kəməri üçün müəyyən edilmiş yuxarı həddlə konkret cihazın nominal iş təzyiqini fərqləndirmək lazımdır.
Azərbaycanın AzDTN 2.13-1 “Qaz təchizatı. Layihələndirmə normaları” sənədinin 4.4–4.5-ci bəndləri və 1-ci cədvəlinə əsasən, yaşayış binalarının daxili qaz kəmərlərində təzyiq üçün yuxarı hədd 0,003 MPa, yəni 3 kPa və ya 30 mbar müəyyən edilir. Eyni zamanda, məişət qaz cihazının qarşısındakı təzyiq həmin həddi aşmamaqla cihazın pasport göstəricisinə uyğun olmalıdır.
Məsələn, istehsalçı təlimatında təbii qaz üçün nominal təzyiqi 20 mbar — 2 kPa göstərilən cihazlar var. Buna görə “30 mbar-a qədər bütün cihazlar üçün normaldır” demək olmaz. Konkret cihazın tələb etdiyi nominal təzyiq və icazə verilən dəyişmə hədləri onun texniki sənədindən götürülməlidir".
Təzyiqin normaya uyğun olub-olmadığının yoxlamaq qaydalarını da söyləyən ekspert əlavə edib:
"Alovun hündürlüyü və ya qazın səsi dəqiq ölçü deyil. Qiymətləndirmənin əsası cihazın tələb etdiyi göstərici ilə faktiki təzyiqin müqayisəsi olmalıdır; istehsalçı təlimatları da cihazın yerli qaz təchizatı şərtlərinə uyğunluğunun mütəxəssis tərəfindən yoxlanılmasını tələb edir". Samir Abıyev açıqlayıb ki, bu şikayətin araşdırılması üçün mənim tövsiyəm təzyiqin uyğun, yoxlanılmış manometrlə həm qaz sərfi olmadığı, həm də cihazlar işlədiyi şəraitdə ölçülməsidir. Ölçməni abonent özü deyil, səlahiyyətli mütəxəssis aparmalıdır. Gecə müşahidə edilən problemi yalnız gündüz aparılan bir ölçmə ilə bağlamaq əvəzinə, şikayətin baş verdiyi saatlarda təkrar ölçmə, mümkün olduqda isə sutkalıq təzyiq qeydiyyatı təşkil edilməlidir.
Nəticədə yalnız “təzyiq normaldır” ifadəsi deyil, harada, hansı saatda, hansı iş rejimində və neçə mbar ölçüldüyü göstərilməlidir.
Cihazın əvvəlkindən fərqli və qeyri-sabit işləməsi, alovun tez-tez sönməsi, davamlı sarı yanma və hislənmə diqqətsiz buraxılmamalıdır. Bunlar təkcə yüksək təzyiqdən yaranmaya bilər, lakin texniki yoxlama tələb edən əlamətlərdir. Cihazın təhlükəsizliyinə şübhə varsa, yoxlanılanadək ondan istifadə dayandırılmalıdır.
Abonent 104 nömrəsinə müraciət edərək ünvanı, dəyişikliklərin müşahidə olunduğu saatları və cihazın davranışını bildirməlidir. Təzyiq tənzimləyicisini özbaşına sazlamaq, qaz cihazının daxili hissələrinə müdaxilə etmək və ya qeyri-ixtisaslı şəxslə təmir aparmaq olmaz.
Samir Abıyevin sözlərinə görə, qaz iyi hiss edilirsə, vəziyyətə mümkün sızma kimi yanaşılmalıdır. Açıq alovdan istifadə edilməməli, siqaret çəkilməməli, işıq və elektrik açarlarına toxunulmamalı, cihazlar şəbəkəyə qoşulub-ayrılmamalıdır. Təhlükəsiz və dərhal mümkündürsə, qazın giriş kranı bağlanmalı, qapı-pəncərə açılmalıdır; bunlar mənzildən çıxışı gecikdirməməlidir. İnsanlar təhlükəli sahədən uzaqlaşmalı və 104-ə təhlükəsiz yerdən zəng etməlidirlər. Yanğın və ya digər bilavasitə təhlükə olduqda 112-yə də məlumat verilməlidir.
Baş ağrısı, başgicəllənmə və ürəkbulanma kimi əlamətlər dəm qazı ilə bağlı ola bilər. Belə şübhə olduqda dərhal təmiz havaya çıxmaq və təcili tibbi yardım almaq lazımdır.
Bu məsələdə qaz təchizatı qurumunun məsuliyyəti barədə də danışan mütəxəssis deyib:
"Şikayəti yalnız “gecə istehlak azalır, ona görə belədir” cavabı ilə yekunlaşdırmağı yetərli hesab etmirəm. Mənim tövsiyəm şikayət edilən saatlarda şəbəkənin və mənzil girişinin təzyiqinin müqayisə olunması, tənzimləyici və qoruyucu qurğuların yoxlanılması, nəticələrin abonentə yazılı təqdim edilməsidir. Belə yoxlama problemin şəbəkədən, binadaxili xətdən, yoxsa konkret cihazdan qaynaqlandığını ayırmağa kömək edər.
Hüquqi baxımdan da məsuliyyət yalnız abonentin üzərinə qoyula bilməz. Nazirlər Kabinetinin 9 iyul 2026-cı il tarixli 206 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.3-cü bəndinə əsasən, istehlakçılara verilən qazın təzyiq göstəricilərinin texniki normativ hüquqi aktlara uyğunluğunu qazpaylayıcı sistem operatoru təmin etməlidir". O, sonda vurğulayıb ki, yekun olaraq, əsas meyar qazın nə qədər gur yanması deyil, cihazın tələb etdiyi təzyiqdə sabit və təhlükəsiz verilməsidir. Sakinlərin narahatlığını aradan qaldıran cavab ehtimal deyil, ölçmə və sənədləşdirilmiş texniki nəticə olmalıdır.
Dəniz Pənahova
Median.Az