Mojo.az Banner
22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |     20:24 Samir Bağırov səhnəyə qayıtdı - YENİ KLİPİ (VİDEO)  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda kirayə evlərin sayı azalır: Qiymətlər daha da qalxacaq?

22.09.2026 16:25 570
Bakıda kirayə evlərin sayı azalır: Qiymətlər daha da qalxacaq?
Yeni tədris ilinin başlaması ilə tələbələrin mənzil axtarışları kirayə bazarında canlanmaya səbəb olur. Xüsusilə ali təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə və nəqliyyat baxımından əlverişli zonalarda kirayə mənzillərə tələbat artır. Tələbin yüksəlməsi bəzi ərazilərdə mənzil sahiblərinin qiymətlərə yenidən baxmasına və kirayə haqlarının artmasına səbəb ola bilər. Lakin tədris ilinin ilk aylarında yaranan yüksək tələbatın sonrakı dövrdə azalması bazarda qiymətlərin sabitləşməsinə və ya müəyyən ərazilərdə ucuzlaşmasına gətirib çıxara bilər. Bu baxımdan, hazırda kirayə mənzil bazarında qiymətlərin hansı istiqamətdə dəyişəcəyi və tələbə tələbatının bu prosesə təsirinin nə qədər davam edəcəyi maraq doğurur.

Mövzu ilə bağlı əmlak eksperti Anar Nəsirov Median.Az-a bildirib ki, dünyanın bir çox ölkəsində olduğu kimi, Azərbaycanda da əmlak bazarı tələb və təklif prinsipi ilə işləyir:
“Hər hansı əmlaka, istər satış, istərsə də kirayə bazarında tələb artdıqda qiymətlər yüksəlir. Əksinə, təklif çoxaldıqda əmlak sahibləri arasında rəqabət artır və qiymətlər aşağı düşür. 2019-cu ildən etibarən Bakı şəhərinin 2040-cı ilədək olan Baş Planına əsasən, istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan binaların və kvartalların sökülməsi prosesi başlayıb. Bu proses çərçivəsində tikinti şirkətləri sökülən binalarda yaşayan sakinləri yeni bina tikilənədək kirayə mənzillərlə təmin edirlər. Tikinti başa çatdıqdan sonra isə həmin sakinlər yeni binadakı mənzillərinə köçürülür və şirkətin ödədiyi kirayə haqqı dayandırılır. Bu proses nəticəsində kirayə mənzil bazarında müəyyən sayda mənzil uzun müddət dövriyyədən çıxır. Çünki bir binanın tikintisi ən azı iki il yarım, üç il davam edə bilər. Bu müddət ərzində həmin mənzillər kirayə bazarına qayıtmır. Nəticədə hər il kirayə mənzillərin təklifi azalır, tələb isə artır. Hazırda 2026-cı ildir və Bakının bir sıra ərazilərində söküntü və yenidənqurma işləri davam edir. Bu isə kirayə mənzillərin müəyyən hissəsinin yenidən uzun müddət bazardan çıxmasına səbəb olur. Digər tərəfdən, yeni dərs ilinin başlaması ilə tələbələrin kirayə mənzil bazarına qayıtması tələbi daha da artırır. Həm əvvəlki illərdə təhsil alan və yay tətilindən sonra Bakıya qayıdan tələbələr, həm də bu il universitetlərə qəbul olunan yeni tələbələr kirayə mənzil axtarışına başlayırlar. Adətən avqust-sentyabr aylarında kirayə mənzillərə tələbat artır. Lakin bu il tələb daha yüksək, təklif isə əvvəlki illərlə müqayisədə daha az olub”.

Ekspert qeyd edib ki, təklifin azalması qiymətlərin artmasına da təsir göstərib:
“Kirayə haqqının yüksəlməsi bəzi tələbələri bir mənzildə daha çox sayda yaşamağa məcbur edir. Əvvəllər bir otaqlı mənzildə iki tələbə yaşayırdısa, hazırda kirayə xərcini bölüşmək üçün üç-dörd tələbənin eyni evdə qalması hallarına rast gəlinir. Bu, yaşayış şəraitini çətinləşdirsə də, tələbələr yüksək kirayə xərclərini azaltmaq üçün bu variantdan istifadə edirlər. Qiymət artımı əsasən şəhərin mərkəzi hissəsində və universitetlərə yaxın ərazilərdə daha çox müşahidə olunur. Əvvəlki illərlə müqayisədə tələbələrin seçim imkanları da azalıb. Əvvəllər onlar bir neçə mənzilə baxaraq seçim edə bilirdilərsə, hazırda təklifin az olması səbəbindən qarşılarına çıxan uyğun mənzili qısa müddətdə kirayələməyə çalışırlar. Çünki mənzili götürmədikləri halda, başqa şəxsin həmin evi kirayələyə biləcəyini nəzərə alırlar. Bəzi əmlak sahibləri isə bazardakı təklifin azlığından istifadə edərək mənzilləri mövcud bazar qiymətindən daha yüksək məbləğə kirayəyə verirlər. Tələb və təklif arasındakı fərq səbəbindən vətəndaşlar, xüsusilə tələbələr, bəzi hallarda mənzilləri yüksək qiymətə götürməyə məcbur qalırlar. Digər problem tələbə oğlanların kirayə mənzil tapması ilə bağlıdır. Tələbə oğlanlara ev vermək istəyən əmlak sahiblərinin sayı nisbətən azdır. Bu səbəbdən həmin şəxslərin mənzil tapması daha çətin olur. Bəzi hallarda isə tələbə oğlanlara mənzillər bazar qiymətindən daha yüksək məbləğə təklif edilir. Bu tendensiya davam edərsə, kirayə mənzillərin qiymətlərində artımın davam etməsi mümkündür. Hazırda da qiymət artımı müşahidə olunur. Bunun əsas səbəblərindən biri əvvəlki illərlə müqayisədə bazara daha az kirayə mənzilin çıxarılması, digər tərəfdən isə kirayə mənzillərə tələbatın hər il artmasıdır”.

Aysel
скачать dle 11.3
Mojo.az Banner