Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:06 Qubada sərxoş kişi qəbiristanlıqda öldü | 12:04 Büdcədən Azərbaycan kinosuna milyonlarla manat ayrılır | 11:59 Azərbaycanda idmana 35 milyon manatdan çox pul xərclənəcək | 11:41 Zidan "Yuventus"da işləməyə razıdır | 11:33 Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - FOTO | 11:17 Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib - Foto | 11:13 Azərbaycanda sabiq vəzifəli şəxs restoranda dava saldı: Xəsarət alan var - Hadisənin detalları | 11:08 Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım edilib | 11:03 General Natiq Əliyevin qızı saxlanıldı | 22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi |
Mojo.az Avto
Mojo.az Avto

Evdə hazırlanaraq bazara çıxarılan qida məhsulları üçün sertifikat tələb olunacaq - Video

22.09.2026 13:22 426
Evdə hazırlanaraq bazara çıxarılan qida məhsulları üçün sertifikat tələb olunacaq - Video
Evdə hazırlanan konservləşdirilmiş qida məhsullarını satan şəxslərdən sertifikat tələb olunacaq.

Median.Az
"Xəzər" TV-yə istinadən xəbər verir ki, yeni yanaşma xüsusilə bazarlarda ev üsulu ilə hazırlanan konservləşdirilmiş məhsullara, mürəbbələrə və digər qida məhsullarına şamil ediləcək.

Belə məhsulların satışını həyata keçirən şəxslər isə yeni qaydalarla razılaşmırlar.

Satıcılar bildirirlər ki, ev şəraitində hazırladıqları məhsullar onların əsas gəlir mənbələrindən biridir. Onların sözlərinə görə, nəzarətin sərtləşdirilməsi satış imkanlarını məhdudlaşdıra bilər.

Bölgə bazarlarında aparılan sorğu zamanı məlum olub ki, satıcılara bununla bağlı artıq xəbərdarlıq da edilib.

Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, yeni mexanizm çərçivəsində ilk növbədə ev şəraitində və ailə təsərrüfatlarında hazırlanan, bazara çıxarıla bilən qida məhsullarının dairəsi dəqiqləşdiriləcək.

Həmin məhsulların hazırlanması, saxlanılması, daşınması və istehlakçılara təqdim edilməsi zamanı qida təhlükəsizliyinin təmin olunması məqsədilə müvafiq tələblər müəyyənləşdiriləcək.

Tənzimləmənin əsas məqsədi ev şəraitində və ailə təsərrüfatlarında hazırlanan qida məhsullarının qanuni şəkildə bazara çıxarılmasına imkan yaratmaqla yanaşı, onların istehlakçılar üçün təhlükəsizliyini təmin etmək və qida təhlükəsizliyi sahəsində vahid yanaşma formalaşdırmaqdır.

Son xəbərlər