Mojo.az — elanlar
Son Xəbərlər
19:29 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib - Video  |     19:19 Prezident Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandumu təsdiqləyib  |     18:48 Repçi Navai Rusiyada cəzalandırılacaqmı? - Vəkildən açıqlama  |     18:33 Bakıda üç marşrut üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilir  |     18:03 Məktəbdə şagirdlər arasında dava düşdü, biri xəstəxanalıq oldu  |     18:01 Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq  |     17:16 Xidmət yerini özbaşına tərk edən hərbçilər üçün yeni cəzalar müəyyənləşir  |     16:12 Ölkədə leysan olacaq, dolu düşəcək, qar yağacaq - Xəbərdarlıq  |     16:10 Xarici vətəndaşlara uzunmüddətli yaşamaq icazəsi veriləcək  |     16:06 Zəngəzurda Azərbaycan əsgərinin ermənilər tərəfindən saxlanılma anı - Video  |     14:26 Azərbaycanda vəzifəli şəxs qəfil vəfat etdi  |     14:18 Ərinin qətlini sifariş edən Əzizə Seyidova barədə qərar verildi  |     13:58 Təbii kürü adı ilə plastik məhsul satılır? – Bu səhvləri etməyin — Əlamətlər  |     13:55 Bakıda uşaq bağçasında ciddi nöqsanlar aşkarlandı - Foto  |     13:42 Un və çörəyin qiyməti bu halda arta bilər – AÇIQLAMA  |     13:26 Bakı metrosu "Sabah"a görə xüsusi rejimdə işləyəcək  |     13:21 Bakıdakı psixiatriya xəstəxanasında ölüm  |     13:08 Bölgələrdə yeni iş yerləri açılacaq? — Deputatdan VACİB MESAJ  |     13:00 12 il həbs cəzası alan şəxs 5 il sonra zərərçəkmişlə barışdı: Hökm dəyişdimi?  |     12:51 Öldüyü deyilən Kim Çen Inın görüntüləri yayıldı - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

Sahibkarlara xəbərdarlıq edildi: Bunlara diqqət edin!

27.12.2019 14:45 2 891
Sahibkarlara xəbərdarlıq edildi: Bunlara diqqət edin!
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Yeni il üçün hədiyyə qutularının hazırlanması zamanı qüvvədə olan mövcud texniki normativ hüquqi aktların tələblərinə əməl edilməsi ilə bağlı sahibkarlara xəbərdarlıq edib.

Bununla bağlı AQTA-dan məlumat verilib.

Xəbərdarlıqda qeyd edilib ki, məqsəd əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsidir:

“Yeni il üçün hazırlanan hədiyyə qutularının üzərində qeyd olunan tarix qutunun qablaşdırılma tarixidir. Ona görə də istehlakçıların yeni il hədiyyə qutuları alarkən qutunun içərisindəki qida məhsulunun çeşidindən asılı olaraq onun istehsal tarixi, adı, əmtəə nişanı, istehsalçı müəssisənin adı, ünvanı, xalis çəkisi, qida dəyərliliyi və s. kimi məlumatlara diqqət yetirməsi tövsiyə olunur.

Əgər vətəndaşlarda hədiyyə qutularındakı qida məhsullarının tərkibi, istifadə müddəti, saxlanma şəraiti və s. ilə bağlı şübhələr yaransa, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin 1003 Çağrı Mərkəzinə məlumat vermələri xahiş olunur”.

Son xəbərlər