Mojo.az Banner
16:28 Vüsal Şilderin qətli 1000 manata icra olunub?  |     16:15 Cəlilabadda itkin düşən qadınla bağlı İLGİNC DETAL: "Bizi görüb qaçdı" - VİDEO  |     16:14 Bəxtiyar İsmayılov vəzifəsindən azad olundu: Nazir müavini TƏYİN EDİLDİ  |     16:13 Pakistanda azərbaycanlı qadına qarşı DƏHŞƏT: Üç kişi tərəfindən zorlandı  |     15:51 Üç uşağı nəzərə alındı, həbsə getmədi - 117 min manatlıq iş üzrə hökm  |     15:50 Azərbaycanda yeni turizm məhsulları yaradılır  |     15:33 Rusiyada təhsil almaq istəyən azərbaycanlı tələbələrlə bağlı diqqətçəkən AÇIQLAMA  |     15:31 Manatın ucuzlaşması nələrə təsir edəcək? Dərmandan turizmə qədər...  |     15:28 Keçmiş sevgililər geri qayıda bilər, amma... – Astroloqdan XƏBƏRDARLIQ  |     15:25 Jurnalist Əvəz Zeynallı vəfat etdi  |     13:33 LEYSAN olacaq, bəzi ərazilərə qar yağacaq  |     13:20 Bakının bəzi mərkəzi küçələrində avtomobillərin hərəkəti hər gün məhdudlaşdırılacaq - FOTO  |     13:03 Ukraynada həlak olan Azərbaycan vətəndaşının nəşi ölkəyə gətiriləcək  |     12:47 24 yaşlı qadının ölümünə səbəb olan həkim bir il həbsxanada qalacaq  |     12:44 "5 milyon qazansa da, gözü əlavə 100 manatdadır" – SOSİOLOQ  |     12:34 Fermerlərin NƏZƏRİNƏ: Yeni güzəştlərlə bağlı QƏRAR İMZALANDI  |     12:14 Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində qaz olmayacaq  |     12:03 Kəndlərdə qızların erkən ərə verilməsinin səbəbləri AÇIQLANDI  |     12:01 Keçmiş yeznəsini qız adı ilə "TikTok"da aldadıb evə çağırdı  |     11:39 Prezidetin ali xüsusi rütbə verdiyi Sənan Paşayev kimdir? - DOSYE  |    
Mojo.az Avto
Mojo.az Avto

Qoz-fındıq BAHALAŞACAQ

31.08.2024 14:25 1 125
Qoz-fındıq BAHALAŞACAQ
Hazırda yeni mövsüm çərəzlər nübar formasında bazarda özünü göstərməkdədir. Kütləvi yığım hələ başlamayıb. Aran rayonlarında çərəz bağları kifayət qədər azdır.

Bu sözləri Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli deyib. O bildirib ki, əsasən, ölkənin Şimal rayonlarında daha çox çərəz yetişir:

"Şimal rayonları isə daha çox soyuq iqlim qurşaqlarına malik olduğu üçün çərəz məhsulları ən azı payız aylarında tam yetişməyə başlayır. Dediyim kimi, hazırda bazarda nübar şəklində satılır. Qiymətlər o qədər də baha deyil, orta qiymətlər nəzərdə tutulub. Onu da qeyd edim ki, Azərbaycanda çərəzə tələbat soyuq aylarda daha çox olur. Hələ ki bazarda çərəz qiymətləri necə performans göstərəcək indidən demək çətindir. Yəqin ki, builki qeyri-sabit və əlverişsiz hava şəraiti çərəz bağlarına da təsir edib. Hesab edirəm ki, bu il bazarda çərəz məhsulları qıt ola bilər. Halbuki Azərbaycanda çərəz məhsulları yerli tələbatdan 30 % artıq istehsal olunur. Ola bilər ki, qiymətlər bir az qalxsın və biz idxalı azaldaq".скачать dle 11.3
Mojo.az Banner