Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Günəbaxan tumunun çiy formada qəbulu məsləhət görülür

31.07.2021 22:05 975
Günəbaxan tumunun çiy formada qəbulu məsləhət görülür
Günəbaxan toxumlarında 40-50 faizə qədər əla keyfiyyətli piyli yağ var. Həmin yağı bitkinin toxumları xüsusi press altında sıxılmaqla alınır. Bitkinin meyvələri yetişdikdən sonra onun tumu çərəz kimi istifadə edilir.

Günəbaxan tumunun orqanizmə olan faydaları tərkibində olan antioksidant və digər vitaminlərlə zəngin olmasıdır. Lakin bu faydalı çərəz bəzən asılılıq da yarada bilir.

Median.Az AZƏRTAC-a istinadən bildirir ki, həkim-diyetoloq Ləman Süleymanova deyib: "Onun tərkibində olan E vitamini sayəsində alınan antioksidant orqanizmi xərçəng hüceyrələrin yaranmasından qorumaqla yanaşı iltihab əleyhinə də təsir göstərir. Onun sümük-oynaq sisteminə və ürəyin fəaliyyətinə böyük faydası var. Tərkibindəki maqnezium sümük və oynaqlara, orqanizmdə kalsiumun daha yaxşı mənimsənilməsinə kömək edir".

Lakin faydalı xüsusiyyətləri ilə yanaşı günəbaxan tumunun həddindən artıq qəbulu diyetoloqlar tərəfindən qəbulolunmaz hesab edilir: "Günəbaxan tumu ilə çox qidalananda gün ərzində daha çox kalori qəbul edilir və artıq çəkinin yaranmasına aparıb çıxarır. Xüsusilə duzlanmış və qovurulmuş günəbaxan tumlarını qəbul etmək düzgün deyil. Orta çəkisi olan hər kəsin gün ərzində iki ovuc, maksimum bir stəkana qədər duz vurulmayan günəbaxan tumu qəbul etməsi çox faydalıdır", - deyə mütəxəssis əlavə edib.

Digər çərəzləri, məsələn, badam, fındıq və qozun çiy formada qəbulu məqsədəuyğun olduğu kimi günəbaxan tumunun da çiy formada qəbulu məsləhət görülür.

Lakin onun qədərində və günün müəyyən hissəsində qəbul edilməsini də unutmaq olmaz.скачать dle 11.3

Son xəbərlər