Mojo.az Banner
23:01 Bu, bizim üçün böyük bir siqnal oldu - Qurban Qurbanov  |     22:54 Biləcəri–Yalama xəttində böyük yenilik – 2031-ci ildə nəqliyyatda nə dəyişəcək?  |     22:49 Dumanlı havada obyektlər daha uzaqdakı kimi görünür - Ekspert  |     22:41 Vətəndaş "Xalq 11" lizinq şirkətindən şikayətçidir - Video  |     22:36 Bu ölkədə vətəndaş müharibəsi yenidən başlaya bilər - BMT-dən təcili çağırış  |     22:29 Pul verib ixtisas seçdirənlərə - Çağırış etdi  |     22:27 Bu 4 BÜRCÜ böyük dəyişiklik gözləyir  |     22:17 Sumqayıtda FACİƏ: gənc qız binadan düşüb ÖLDÜ  |     22:09 Güzdəkdə daş karxanasında FACİƏ: fəhlə öldü  |     22:04 Məleykə Abbaszadə pul verib ixtisas seçdirənlərə çağırış etdi  |     22:03 "Qarabağ"dan üç qollu qələbə  |     22:02 Türkiyədə istefada olan kontr-admiral həbs edildi  |     21:59 700 bal toplayanların bölgələri: Hansı şəhərlər daha çox yüksək nəticə verib?  |     21:51 Xırdalanda 8 marşrutun hərəkət istiqaməti dəyişdi  |     21:30 Ali Məhkəmə Trampın müraciətini ikinci dəfə rədd etdi  |     21:17 Baş Prokurorluq Azərbaycana qarşı terror çağırışları edən üç Rusiya vətəndaşını beynəlxalq axtarışa verib  |     21:16 Ağdaş sakinlərinin yol PROBLEMİ: Məktəblilər palçıqlı yollarda çətinlik çəkirlər - Video  |     21:13 Bakıda 28 yaşlı müəllimi elektrik cərəyanı vuraraq öldürüb  |     20:56 İlk elektrikli "Ferrari" rəsmi qiymətindən 62 dəfə baha satıldı  |     20:49 Karxanada ayağı qurğuda qalan kişi öldü  |    
Left Banner
Right Banner

Günəbaxan yağının faydaları

22.05.2021 22:59 2 016
Günəbaxan yağının faydaları
Günəbaxan yağı ən məşhur yağlardandır. O günəbaxan tumlarından əldə olunur. Günəbaxan tumunun vətəni Şimali Amerika ölkələri sayılır. Avropa ölkələrinə günəbaxan tumu ilk dəfə ispan döyüşçüləri tərəfindən gətirilmişdir. Günəbaxan yağının özünəməxsus xüsusi qoxusu və sarı rəngi olur. Günəbaxan yağı əldə edilərkən onun tərkibində olan fermentlər öz tərkibini dəyişmir.

Necə seçməli?

Günəbaxan yağı alarkən onun təzəliyinə diqqət yetirmək lazımdlır. Çünki, uzun müddət vitrinlərdə qalan günəbaxan yağı öz tərkibini və rəngini dəyişə bilir. Düz düşən günəş şüaları altında uzun müddət vitrinlərdə qalan günəbaxan yağında çöküntülər əmələ gələ bilir. Bu zaman onun qoxusu və dadı da dəyişmiş olur.

Günəbaxan yağının tərkibi linolin və lionolen doymamış yağ turşuları ilə zəngindir. Bu yağlar orqanizm sintez edə bilmir. Onların xaricdən orqanizmə daxil olması isə insan üçün çox faydalıdır. Orqanizmin esensial turşusuna və F vitamininə olan ehtiyacını günəbaxan yağından istifadə etməklə bərpa eləmək mümkündür. Günəbaxan yağının tərkibində olan yağ turşuları sinir liflərinin , hüceyrə membranının möhkəmlənməsinə səbəb olur. Günəbaxan yağının tərkibində A, E və D vitaminlkəri, aktiv maddələr var.

Müalicəvi məqsədlə rafinəedilməmiş günəbaxan yağından istifadə edilir. Bu yağın zərif özünəməxsus qoxusu və dadı olur. Əgər günəbaxan yağı alarkən onun içərisində çöküntülər olarsa, bu zaman o yağ keyfiyyətsiz yağ hesab edilir. Keyfiyyətli günəbaxan yağı orqanizm üçün çox faydalıdır. Ondan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə edilir. Günəbaxan yağından xroniki mədə-bağırsaq xəstəliklərinin, tromboflebitin, qaraciyər və ağciyərin, ürək-damar xəstəliklərinin qadın xəstəliklərinin, diş və baş ağrılarının, ensefalitin, artritin, revmatizmin, yara və iltihabi xəstəliklərin müalicəsində istifadə edilir. Günəbaxan yağından müxtəlif maz və müalicəvi plastrların hazırlanmasında istifadə edilir. Bir çox oynaq xəstəliklərin müalicəsində günəbaxan yağından geniş istifadə edilir. Onu qızdırıb pambıq parçada kompres şəklində oynaqlara qoyub bağlamaq ağrıların, oynaq iltihablarının aradan qalxmasına səbəb olur. Dərini günəbaxan yağına batırılmış pambıq tamponla silmək dəridəki iltihabi prosesləri, yanıqların, yaraların qısa bir zamanda sağalmasına səbəb olur.

Revmatizm xəstəliyi zamanı qızdırılmış günəbaxan yağına qırmızı istiot və gerosin qataraq isti yerdə 9 gün saxladıqdan sonra oynaqlara qoymaq xəstəlik əlamətlərinin aradan qalxmasına səbəb olur. Günəbaxan yağı ilə dərini silmək dəridəki infeksiya xəstəliklərinin sağalmasına səbəb olur.

Günəbaxan yağını zərərli xüsusiyyətləri

Günəbaxan yağıl qızdırlan zaman onun tərkibində kanserogen maddələr əmələ gələ bilir. Davamlı olaraq qaynadılan günəbaxan yağı orqanizm üçün təhlükəli hesab edilir. Bir dəfə günəbaxan yağı qaynadılan tavanı ikinci dəfə istifadə etmək tövsiyə edilmir. Yağ istifadə edilən tavanı mütləq yumaq lazımdır. Tavanın kənarlarında qalan yağ qalıqlarının tərkibində benzinin tərkibində olan qeksan qalıqlarına rast gəlmək mümkünddür. Qayadılmış günəbaxan yağını salatlarda istifadə etmək məsləhət görülmür.скачать dle 11.3
Mojo.az Banner