Mojo.az — elanlar
Son Xəbərlər
18:43 Metropoliten rəisinə yeni müavin təyin olunub  |     18:37 Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist HƏBS EDİLDİ  |     18:28 Bakıda xəstəyə meyitdən ürək KÖÇÜRÜLDÜ  |     18:22 Dekorçu qadının “Rolex” qol saatını oğurlayaraq satdı, puluna “iPhone” aldı, restoranda xərclədi  |     18:20 Qubada avtomobili dövlət qeydiyyat nişansız idarə edən qazilər saxlanılıb.  |     18:18 Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu  |     18:16 Qızını döydüyü üçün kürəkənini öldürən şəxs məhkəmə zalından azad edildi - DETALLAR  |     18:12 Amnistiyaya düşən kişi arvadını döydü  |     14:29 Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı  |     14:23 Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?  |     14:18 Paşinyan: "Azaraq Ermənistana keçən azərbaycanlı çoban qaytarılacaq"  |     14:15 Bina evində qalanların nəzərinə: Yenilik olacaq  |     14:07 Azərbaycanda mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu  |     14:06 Tacikistandan Azərbaycana gələn sahibkar oğlu tərəfindən öldürüldü - Təfərrüat  |     13:44 Yardımlının yeni icra başçısı kimdir? - DOSYE  |     13:43 Azərbaycanda bəzi şəxslərə 20 illik vergi güzəşti - Prezident təsdiqlədi  |     13:43 "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə"də dəyişikliklər edildi  |     13:32 Gələn il ərzaq qiymətləri arta bilər – Açıqlama  |     13:10 Hər gün istifadə etdiyimiz duz nə qədər təmizdir? – AÇIQLAMA  |     13:09 Prezident yeni icra başçısı təyin etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

““McDonalds”ın tərkibində zərərli maddələr aşkarlanıb” - Həkim xəbərdarlığı

14.02.2018 13:24 2 668
““McDonalds”ın tərkibində zərərli maddələr aşkarlanıb” - Həkim xəbərdarlığı
Azərbaycan Tibb Universitetinin həkim-qastroenteroloqu Vüqar Rəsulov "fastfood” hazırlayan "McDonalds” və "KFC”məhsullarının orqanizm üçün zərərli olduğunu bildirib.

Median.Az
xəbər verir ki, həkim modern.az-a müsahibəsində deyib ki, "fastfood" yeməkləri konkret olaraq zəhərdir, hətta genetik silahdır:

"Hətta elə ailələr var ki, uşaqlarının şıltaqlığının ardınca gedərək, "McDonalds”da oturub çipsi yeməyi özlərinə istirahət sayırlar. Aydındır ki, o dəyərdə, özü də Amerikadan bura gətirilmiş qida heç yemək deyil. Hətta sintetik məlzəmələr belə, hansısa bir paltar ondan qat-qat baha başa gəlir. Bütün məhsullar Gigiyena və Epidemologiya Mərkəzindən sertifikat almalıdır. "McDonalds”dakı qidaların heç biri qida məhsulu kimi rəy ala bilməyib. Hətta onların bir çoxunun tərkibində zərərli maddələr aşkarlanıb.

"McDonalds” bir nümunədir, əslində bütün "KFC”lərdə vəziyyət bu cürdür. Biri bir az ucuzdur, digəri bir az bahadır, amma nəticə etibarilə hamısı orqanizm üçün zərərlidir. "KFC”lərdə insanları nə ilə isə cəlb etməyə çalışırlar. Yalnız toyuq qanadı, toyuq budu, toyuq döşü və s. təklif edilir. Amma onların hamısı broyler toyuqlarının dərmanlar toplanmış qanadları, budları və s.dir. Adi, evimizə aldığımız "doktorskaya kolbalas”ları götürək. Kiloqramı neçəyə düşür? 4-5 manata. Maraqlıdır, hansı ətdən istifadə edirlər ki, bu kolbasalar 4-5 manata satılır? Südlü kolbasalar, sosiskalar da onun kimi. Mən hələ demirəm ki, istifadə etdiyimiz yağlar sağlam yağlar deyil. Çoxusu deyir ki, yeməkləri qarğıdalı, günəbaxan yağında bişirir. Əslində mağazalarda satılan günəbaxan yağının ən keyfiyyətlisinin 1 litri 6 manatadır. Maksimum İtaliya istehsalı olan günəbaxan yağlarıdır ki, 9 manata satılır. Neçə kiloqram günəbaxan tumu sıxmaq lazımdır ki, 1 litr yağ alınsın? Əminliklə deyirəm ki, bitki yağlarının çoxunun tərkibi sintetik yağlardır. Əvvəl "Teksun”, "Sana”nın adı çəkilirdi. Bunlar da həmin şeylərdir. Əslində dədə-baba qaydasında hazırlanan kərə yağı hamısından ləzzətli və keyfiyyətlidir".

Son xəbərlər