Mojo.az Banner
22:42 Yeni tədris ilində bəzi dərsliklər dəyişəcək - SİYAHI  |     22:35 Səhər yorğun oyanırsınızsa, səbəbi bu ola bilər  |     22:30 Zəlimxan Yusupov həbs edildi  |     22:22 10 ilə yaxın ekologiya sistemi qurdu - Bakıda kafedə noutbuku oğurlandı  |     22:16 Müğənni qardaşını öldürən şəxsə ağır cəza istənildi  |     22:10 Avtobuslarda sərnişinlərin telefonlarını oğurlayırdı - 5 il 3 ay həbs  |     22:02 8 ayda Azərbaycan büdcəsinə nə qədər pul yığılıb?  |     21:57 Azərbaycan Gürcüstana 22 mindən çox dərslik göndərdi  |     21:50 Lionel Messi 17-ci dəfə "Qızıl top"a namizəd oldu  |     21:39 Leyla Əhmədova ev dustaqlığına buraxıldı  |     21:28 Çimərliyə getmək istəyənlərin nəzərinə  |     21:20 Şəkidə məşhur əyləncə mərkəzindəki faciə ilə bağlı YENİ DETALLAR - FOTO / VİDEO (Yenilənib)  |     21:13 Moskvada qəza törətmiş azərbaycanlı reper təzminat ödədi  |     21:05 Yağışdan sonra bu qoxunu niyə sevirik?  |     20:58 Üç plastik cərrah cəzalandırıldı - 22 klinika cərimələndi  |     20:52 Bakıda 31 yaşlı narkotik aludəçisi küçədə öldü  |     20:47 Bu ölkələrdə vahid turistik viza rejimi tətbiq olunacaq  |     20:40 Avstriyada məktəbli qızlara hicab qadağan olundu  |     20:34 Tanınmış aktrisa vəfat etdi  |     20:25 Qışda isinmək üçün 83 min manatlıq ziyan - 39 ağacı kəsib odun etdi  |    
Left Banner
Right Banner

İranda çərəz qiymətləri kəskin artıb

23.02.2019 22:43 2 933
İranda çərəz qiymətləri kəskin artıb
İranda meyvə və tərəvəzin ixracının artması qiymətlərin bahalaşmasına səbəb olub.

Bu barədə İranın Meyvə və Tərəvəz Satıcıları Birliyinin sədri Əsədullah Kargar yerli mətbuata müsahibəsində deyib. Onun sözlərinə görə, ticarətçilər birbaşa kəndlərə gedərək istehsalçıdan tərəvəzi alır və ixrac edir. Bu daxili bazara çıxarılan məhsulun həcmini azaldır və nəticədə qiymətlər yüksəlir. Ə.Kargar deyib ki, İranın cənubu il boyu meyvə və tərəvəz yetişdirilən yeganə yerdir. Ötən il aramsız yağan yağışlar əkin sahələrinə ciddi ziyan vurub. Məhsuldarlıq aşağı düşüb ki, bu da bahalaşmada öz rolunu oynayıb.

Hazırda Tehran bazarlarında 1 kiloqram pomidorun qiyməti 50 min realdır (2 ABŞ dolları).

Xatırladaq ki, son dövrlər İranda yüksək inflyasiya və qiymətlərin bahalaşması müşahidə olunur. Müxtəlif ədviyyatların, xurmanın, püstə və digər çərəz növlərinin qiymətləri kəskin artıb. Ən çox bahalaşan isə ərzaq məhsullarıdır.

Artıq şəkər tozu, qənd, düyü və başqa ərzaq mallarının ixracına qadağa qoyulub.скачать dle 11.3
Mojo.az Banner