Mojo.az Banner
14:10 Azərbaycan XİN Venesuelaya başsağlığı verdi  |     13:56 Gəncə aeroportunun direktoru vəzifəsindən azad olundu  |     13:49 Çimərliklərdə bu qaydaları pozanlar cərimələnə bilər  |     12:46 Fransada 10 yaşlı uşaq qadını öldürməyə cəhd göstərdi  |     12:19 Olimpiya çempionumuzdan sürpriz addım: Hidayət Heydərov Çində fərqli çəkidə tatamiyə çıxacaq  |     12:12 Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdiriləcək  |     12:11 Kirayə götürdüyü avtomobili psixotrop maddənin təsiri altında idarə edən sürücü saxlanılıb  |     12:10 Həştərxan vilayətinin vitse-qubernatoru Fəxri xiyabanı ziyarət edib - FOTO  |     12:01 Azərbaycan nefti ucuzlaşdı  |     11:59 Keyfiyyətsiz yanacağın gizli əlamətləri  |     11:58 Niyə bəzi dərmanları gecə, bəzilərini isə səhər içməliyik?  |     11:53 Gürcüstan parlamentinin sədri Bayden administrasiyasını ittiham etdi  |     11:37 Balıqçı gəmiləri və ov alətləri dövlət sistemində qeydiyyata alınacaq  |     11:31 Astarada sahibkar mağazasında ÖLDÜ  |     11:27 Toxumçuluq sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı elektronlaşdırılır  |     11:11 Məşhur general 10 il sonra AZADLIĞA ÇIXDI  |     10:47 Bakıda 4 gün əvvəl dənizdə batan oğlanın meyiti TAPILDI  |     23:06 50 gündən sonra Günəş tutulması: Harada və nə vaxt izləmək olacaq?  |     23:00 "Koroğlu" yaxınlığında hərəkət istiqamətləri dəyişdirildi (VİDEO)  |     22:53 Bu gün altı mindən çox müəllim sertifikasiya imtahanı verdi  |    
Left Banner
Right Banner

İranda qiymətlər bahalaşdı

20.02.2019 23:53 2 319
İranda qiymətlər bahalaşdı
İranda meyvə və tərəvəzin ixracının artması qiymətlərin bahalaşmasına səbəb olub.

Median.Az
AZƏRTAC-a istinadən bildirir ki, bu barədə İranın Meyvə və Tərəvəz Satıcıları Birliyinin sədri Əsədullah Kargar yerli mətbuata müsahibəsində deyib. Onun sözlərinə görə, ticarətçilər birbaşa kəndlərə gedərək istehsalçıdan tərəvəzi alır və ixrac edir. Bu daxili bazara çıxarılan məhsulun həcmini azaldır və nəticədə qiymətlər yüksəlir. Ə.Kargar deyib ki, İranın cənubu il boyu meyvə və tərəvəz yetişdirilən yeganə yerdir. Ötən il aramsız yağan yağışlar əkin sahələrinə ciddi ziyan vurub. Məhsuldarlıq aşağı düşüb ki, bu da bahalaşmada öz rolunu oynayıb.

Hazırda Tehran bazarlarında 1 kiloqram pomidorun qiyməti 50 min realdır (2 ABŞ dolları).

Xatırladaq ki, son dövrlər İranda yüksək inflyasiya və qiymətlərin bahalaşması müşahidə olunur. Müxtəlif ədviyyatların, xurmanın, püstə və digər çərəz növlərinin qiymətləri kəskin artıb. Ən çox bahalaşan isə ərzaq məhsullarıdır.

Artıq şəkər tozu, qənd, düyü və başqa ərzaq mallarının ixracına qadağa qoyulub.скачать dle 11.3
Mojo.az Banner