Mojo.az Banner
15:06 Bakıda "IRONMAN 70.3" yarışı ilə əlaqədar bağlanan yollar vaxtından əvvəl açıldı  |     15:02 Pul üstündə tanışlıq elanı yazanlara cəza xəbərdarlığı — Açıqlama  |     14:48 Azərbaycandan Ermənistana 977 ton dizel ixrac olunur  |     14:40 Ombudsman: Erməniəsilli məhbuslarla bağlı iddialar əsassızdır  |     14:39 Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq? - VIDEO  |     14:33 Hövsanda qadın avtomobilə hücum etdi, zərbələr endirdi – VİDEO  |     14:24 Rusiya Silahlı Qüvvələri Ukraynada yaşayış məntəqəsinə nəzarəti ələ keçirdi  |     14:15 Biləsuvarda toydan gələn piyadanı vuraraq öldürən avtomobilin sürücüsü SAXLANILDI (Yenilənib)  |     14:14 Azərbaycan nefti ucuzlaşıb  |     14:10 BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı  |     14:04 Gənclərin də DİQQƏTİNƏ: "Səssiz qatil"in üç əlaməti  |     13:56 Bakıda eyni binada 60 min manatlıq FƏRQ: Səbəb nədir? - VİDEO  |     13:55 Naxçıvanda dəhşətli qəza: Üç nəfər həlak oldu, xəsarət alanlar arasında körpələr də var (Yenilənib)  |     13:43 Ermənistan məhsulları Azərbaycan bazarına girir – Deputat: “38 adda məhsul mümkündür”  |     13:38 Qisasını qardaşı arvadının maşınından aldı - Bakıda qəribə ailə münaqişəsi  |     13:18 Bakıda gənclərin təhlükəli ƏYLƏNCƏSİ ilə bağlı DİN hərəkətə keçdi - VİDEO (Yenilənib)  |     13:13 "Sabah" futbol klubundan inanılmaz QƏRAR - 10 milyon manatlıq layihə gəlir  |     22:59 Paytaxtdakı bu nişan sürücülərin cərimələnməsinə səbəb olur — VİDEO  |     22:52 Zaxarovadan Paşinyana: Siz kişisiniz, yoxsa qadın?  |     22:46 Dövlətə xəyanət: 4 nəfər barəsində qərar verildi  |    
Left Banner
Right Banner

Azərbaycanın meşə fındığı ixracından əldə etdiyi gəlir məlum olub

01.02.2025 18:07 816
Azərbaycanın meşə fındığı ixracından əldə etdiyi gəlir məlum olub
Ötən il Azərbaycan 128,9 milyon ABŞ dolları dəyərində 20,2 min ton meşə fındığı ixrac edib.

Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu, 2023-cü ildəki göstərici ilə müqayisədə dəyər baxımından 5,7 milyon ABŞ dolları (4,6%) çox, həcm baxımından isə 3,2 min ton (13,8%) azdır.

2024-cü ildə meşə fındığı ixracı ölkənin ümumi ixracının 0,49%-ni, qeyri-neft sektoru üzrə ixracının isə 3,84%-ni təşkil edib.

Qeyd edək ki, 2024-cü il ərzində Azərbaycandan 707,8 milyon ABŞ dolları dəyərində 686,2 min ton meyvvə və tərəvəz ixrac olunub. 2023-cü ildəki göstəricilərlə müqayisədə ixrac edilən meyvə və tərəvəzin dəyəri 18,1 milyon ABŞ dolları (2,5%), həcmi isə 35,8 min ton (5%) azalıb.

Hesabat dövründə meyvə və tərəvəzin ümumi ixracdakı payı 2,67%, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 21,09%-ə bərabər olub.

Həmçinin ötən il Azərbaycana ümumi dəyəri 281,8 milyon ABŞ dolları olan 375 min ton meyvə və tərəvəz idxal olunub. 2023-cü ildəki göstəricilərə nisbətən meyvə və tərəvəz idxalının dəyəri 51,9 milyon ABŞ dolları (22,6%), həcmi isə 22,2 min ton (6,3%) artıb.

Hesabat dövründə meyvə və tərəvəzin ümumi idxaldakı payı 1,34% təşkil edib.скачать dle 11.3
Mojo.az Banner