Mojo.az Banner
13:02 Paşinyan: "İlk növbədə Azərbaycanla dəmir yolu əlaqəmiz yaranacaq"  |     13:01 Azərbaycan nefti bahalaşdı  |     12:53 Evdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB  |     12:43 Məmməd Musayevə qarşı cinayət işi açıldı - İLGİNC TƏFƏRRÜAT  |     12:39 Bakıda bir marşrutun hərəkət sxemi dəyişdirildi  |     12:38 Ceyhun Bayramov Donald Trampın təşkil etdiyi qəbulda olub  |     12:36 Azərbaycana payız gəldi  |     12:34 Bakıda xəstəxana pasiyentlərin yeməyini kəsir? - Video  |     12:28 Reper Ciqan işçilərini girov götürüb, mühafizəçisini güllələdi  |     12:26 Özbəkistan Naxçıvan-Türkiyə dəmir yolu layihəsinə qoşula bilər  |     12:09 Bakı aeroportunda pul tapdı, dilənçilərə 3 min manat payladı  |     12:06 "Gözlərim açıq qalır" - Estetik əməliyyatdan sonra qadının şok iddiası - Video  |     11:41 Əfv edilənlərin arasında Martin Ryan da var  |     11:39 Qızılın qiyməti düşür – Azərbaycanda nə qədər ucuzlaşa bilər?  |     11:36 Sürücülərin NƏZƏRİNƏ: Tıxaca düşməmək üçün bu yolları seçin  |     11:34 İnternetin qiyməti yenidən bahalaşdı, keyfiyyət isə dəyişmədi – AÇIQLAMA  |     23:01 Bu rayonun bəzi ərazilərində işıq olmayacaq  |     22:55 Ərdoğan BMT-də Azərbaycan və Ermənistan arasında daimi sülhdən danışdı  |     22:48 Payız Azərbaycana bu gecə daxil olacaq  |     22:43 Bu ərazilərdə yaşayanlar köçürüləcək  |    
Mojo.az Avto
Mojo.az Avto

70 yaşlı sabiq direktor məhkəmədən gizləndi: Axtarışa verildi

22.08.2024 13:09 876
70 yaşlı sabiq direktor məhkəmədən gizləndi: Axtarışa verildi
Ağdam Musiqi Kollecinin külli miqdarda rüşvətə görə şərti məhkum edilmiş sabiq direktoru Rafail Musayevin işi apellyasiya instansiyası mərhələsindədir. Müəllimlərdən və tələbələrin yaxınlarından rüşvət alaraq ağır cinayət törədən direktorun azadlıqda qalması prokuroru narazı salıb. Bu səbəbdən ittiham tərəfi hökmdən apellyasiya protesti verib.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, həbsi tələb olunan 70 yaşlı keçmiş direktor məhkəmədən gizlənir. Ahıl müttəhim əvvəlki bir neçə iclasda iştirak etsə də, sonradan məhkəməyə gəlməyib.

Belə olan halda Gəncə Apellyasiya Məhkəməsi istintaqı məcbur dayandırmaq qərarı qəbul edib. R.Musayev axtarışa verilib. Güman edilir ki, eks-direktor prokurorun həbs tələbinə görə məhkəmədən qaçır.

Qeyd edək ki, Rafail Musayev 5 ilə yaxın Ağdam Musiqi Kollecinin direktoru işləyib. O, korrupsiyaya görə cinayət məsuliyyətinə cəlb edilib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Musayev külli miqdarda rüşvət almaqda təqsirli bilinib. Lakin hakimlər ahıl müttəhimin cəzasını həbsdə çəkməsinə zərurət görməyiblər. Ona sınaq müddəti təyin edilməklə şərti cəza verilib.скачать dle 11.3
Mojo.az Banner