Mojo.az Banner
13:58 Qonşusunu bıçaqla ürəyindən vuran şəxsə AĞIR CƏZA  |     13:52 İrandan Azərbaycana 111 kiloqram narkotiki keçirmək istədilər  |     13:45 Dövlət agentliyində YENİ TƏYİNATLAR  |     13:40 Suraxanıda ƏMƏLİYYAT: 32 kiloqram narkotik vasitə aşkarlandı - VİDEO  |     13:32 Bütün sosial ödənişlər nə vaxt yekunlaşacaq?  |     13:28 Bakıda mənzillər sürətlə bahalaşır: SON VƏZİYYƏT - VİDEO  |     13:22 Azərbaycan nefti KƏSKİN BAHALAŞDI  |     13:15 Mütəxəssis payız aylarında ağcaqanadların çoxalma səbəblərini izah etdi  |     13:10 Bakıda yarımçıq tikilidə yeddi ailənin təhlükəli HƏYATI - VİDEO  |     13:04 Beş il sonra nə baş verəcək? - Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ  |     12:59 İtaliya parlamenti 40 ildən sonra nüvə enerjisinə icazə verdi  |     12:53 İranda müəmmalı PARTLAYIŞLAR: Təkanlar hiss olundu  |     12:47 "Liverpul"un sabiq sahibi VƏFAT ETDİ  |     12:47 "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib  |     12:40 Şəmkirdə avtomobil qadını vuraraq öldürüb  |     12:36 Göyçayda 12 yaşlı uşağın hərəkəti hamı tərəfindən maraqla qarşılanır - VİDEO  |     12:31 Türkiyədə güclü zəlzələ oldu - FOTO  |     12:22 Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq  |     12:04 Bakı Metropolitenində İŞ SAATI dəyişdirilir  |     12:00 Yoxlamalara dair YENİ QADAĞA  |    
Mojo.az Avto
Mojo.az Avto

Dərs saatına görə rüşvət alan direktor məhkəmədən gizləndi, icraat dayandırıldı

02.08.2024 22:45 756
Dərs saatına görə rüşvət alan direktor məhkəmədən gizləndi, icraat dayandırıldı
Gəncə Apellyasiya Məhkəməsində Ağdam Musiqi Kollecinin rüşvət almada təqsirləndirilən direktoru Rafail Musayevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 
 
Qərara əsasən, təqsirləndirilən şəxs məhkəmədən gizləndiyi üçün cinayət işi üzrə icraat dayandırılıb.
 
Xatırlatma: Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. 

 
Qeyd: Rəsmi məlumata əsasən, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşlardan rüşvət alan Ağdam Musiqi Kollecinin direktoru Rafail Musayevin qanunsuz əməlləri ifşa edilib. Belə ki, kollec direktorunun 2019-2023-cü illərdə müəllimlərə dərs saatlarının ayrılması, işə qəbul, tələbələrə imtahanlarda qiymətlərin yazılması və digər qanunsuz məqsədlərlə külli miqdarda rüşvət almasına əsaslı şübhələr müəyyən edilib. Bununla bağlı, Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, toplanmış ilkin sübutlar əsasında ona həmin Məcəllənin 311.3.2 (təkrar rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib, barəsində məhkəmənin qərarı ilə vəzifədən kənarlaşdırılmaqla ev dustaqlığı qətimkan tədbiri seçilib. İttihama görə, o, 15 müəllimdən dərs saatlarını artırmaq üçün rüşvət götürüb. Rafail Musayev həmçinin kursdan kursa keçmək üçün bəzi tələbələrin yaxınlarından da pul tələb edərək alıb.скачать dle 11.3
Mojo.az Banner