Mojo.az Banner
16:14 Pensiya kapitallarında dəyişikliklə bağlı - Rəsmi açıqlama  |     16:00 Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib  |     15:59 Ermənistanda hərbçi güllələnərək öldürülüb  |     15:53 Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəldi  |     15:50 Bu ərazidə yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO  |     14:25 Masazırda 4 maşın yandı  |     14:13 Bəzi rayonlara qar yağıb - FAKTİKİ HAVA  |     14:12 Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqləndi  |     14:11 Azərbaycan nefti ucuzlaşdı  |     14:09 Bakıda it sahibi tərəfindən döyüldü - Video  |     14:01 Ov mövsümü başladı  |     13:51 Naxçıvanda məşhur kafedə dava: Barmen pivə bakalını müştərinin başına çırpdı  |     13:48 Elektromobillər su maneələrini niyə ənənəvi avtomobillərdən daha yaxşı keçir? - Ekspert rəyi  |     13:47 İstanbulda 150 milyon lirəlik mərc şəbəkəsi ifşa olundu  |     13:43 Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib  |     13:18 Azərbaycanda LGBT-nin fəaliyyəti qadağan edilir  |     13:08 Qadını şantaj edən gənc həbs olundu  |     12:34 Mingəçevirdə bədbəxt hadisə: 52 yaşlı kişi öldü  |     23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |    
Mojo.az Avto
Mojo.az Avto

Belarusda prezidentə qarşı təhdidlərə görə cəza tətbiq edilə bilər

12.08.2024 22:33 2 223
Belarusda prezidentə qarşı təhdidlərə görə cəza tətbiq edilə bilər
Belarusun Cinayət Məcəlləsinə indiki və ya keçmiş prezidentə qarşı təhdid və zorakılıq haqqında maddə daxil edilə bilər.

Median.Az
xəbər verir ki, bununla bağlı milli hüquq portalında qanun layihəsi dərc edilib.

Cəza kimi 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetmə nəzərdə tutulur.

Sənədin mətninə əsasən, cəza Belarus prezidentinə qarşı zorakılıq və ya zorakılıqla hədələmək, onun əmlakının məhv edilməsi və ya zədələnməsinə görə veriləcək. Qanun səlahiyyət müddətinin başa çatması, istefaya getməsi və ya səhhətinə görə vəzifələrini yerinə yetirə bilməməsi ilə əlaqədar səlahiyyətlərinin icrasını dayandıran dövlət başçısına qarşı hədə və zorakılığa da şamil ediləcək. Bundan əlavə, qanun layihəsində ölkə prezidentinin ailəsinə qarşı təhdidlərə görə də cəza nəzərdə tutulur.

Sənəddə həmçinin prezidentin ünvanına böhtan atılması və prezidentin təhqir edilməsi ilə bağlı qanunlara dəyişikliklər də var. Orada dövlət başçısının ailəsinə böhtan atmağa, onları təhqir etməyə görə cəzanın əlavə edilməsi də təklif olunur.скачать dle 11.3
Mojo.az Banner