Mojo.az Banner
13:46 Ucuzluq bizi aldadır? – Endirimlərin görünməyən tərəfi  |     13:36 "Roşka"ya cəza istənildi  |     13:19 Suda boğulanlarla bağlı SON STATİSTİKA - Neçə nəfərin cəsədi tapılıb?  |     12:59 Ağsuda meşədə yanğın törədən şəxs saxlanıldı  |     12:51 Hakerlər Pentaqonun üç milyon əməkdaşının məlumatlarını ƏLƏ KEÇİRİB  |     12:28 Növbəti dövrdə manatın məzənnəsi necə olacaq?  |     12:23 Bərdədə restoranda dava: Administrator müğənninin sevgilisini döydü  |     12:09 Yeyib-içəndən sonra dostlarını döyüb öldürdülər  |     12:06 Əmlak bazarında qiymətlər yenidən artacaq - PROQNOZ - VİDEO  |     12:02 Olimpiya çempionunun 1,1 milyon manatlıq helikopterini OĞURLADILAR  |     11:57 Azərbaycanda məşqçidən tələbə qızlara qarşı ŞANTAJ VƏ TƏCAVÜZ - İlginc TƏFƏRRÜAT  |     11:47 Kredit götürənlərin sayı artır: Qiymətlər də bahalaşacaq?  |     11:38 Azərbaycan nefti ucuzlaşdı  |     11:32 Bakıda DƏHŞƏT: Sevgilisinin oğlunu xüsusi amansızlıqla öldürmək istədi  |     11:31 Azərbaycanda cari ildə meyitdən neçə ürək transplantasiyası həyata keçirilib?  |     11:17 Aşpaz işləyən qazi faciəli şəkildə öldü  |     23:01 Bəzi ərazilərdə su olmayacaq  |     22:56 Şuşada minaya düşən şəxsin son vəziyyəti  |     22:48 Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər - SİYAHI  |     22:42 Türkiyədə yüzlərlə sayta GİRİŞ BLOKLANDI - SƏBƏB  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda məhkumların cəmiyyətdə xidmətinə yeni formada nəzarət ediləcək

19.06.2020 23:53 1 409
Azərbaycanda məhkumların cəmiyyətdə xidmətinə yeni formada nəzarət ediləcək
Azərbaycanda məhkumlara və inzibati qaydada cəzalandırılan şəxslərə elektron nəzarət vasitələrindən istifadə imkanları genişlənir.

Bununla əlaqədar, iyunun 19-da Milli Məclisdə hazırkı qanunvericiliyə müəyyən düzəlişlərin edilməsini nəzərdə tutan qanun layihəsi qəbul edilib.

Median.Az xəbər verir ki, bundan əvvəl Ədliyyə Nazirliyi Cəzaların İcrası, Cinayət və İnzibati Xətalar Məcəlləsinə elektron idarəetmənin tətbiq olunmasını nəzərdə tutan dəyişikliklər edilməsi barədə təkliflər verib.

Əlavələrə görə, inzibati cəza kimi icma xidməti tətbiq olunan şəxslərə, habelə bu növ cəzaya məhkum edilmiş şəxslərə peycerlər kimi elektron izləmə cihazları veriləcək.

Bu cihazlardan istifadə etməklə Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin işçiləri (PX) müəyyən olunmuş qrafikə uyğun olaraq məhkumların ictimai iş yerində olmasını izləyə biləcəklər.

Bundan əlavə, PX Monitorinq Mərkəzi məhkumların və inzibati cəza alanların işlədiyi saatların elektron hesablanmasını aparacaq.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cəza siyasətinin humanistləşdirilməsi barədə 10 fevral 2017-ci il tarixli sərəncamına əsasən Ədliyyə Nazirliyinin tərkibində Probasiya Xidməti yaradılıb. Bu qurumun vəzifəsi ictimai işlərdə, o cümlədən məhkumun cəmiyyətdən təcrid edilməsi ilə əlaqəli olmayan digər formalarda cəzaların effektiv icrasını təmin etməkdir.скачать dle 11.3
Mojo.az Banner