Mojo.az Banner
21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |     17:58 Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi  |     17:48 Bakıda və rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq  |     17:24 Hicaba görə məktəbə getməyən uşağın valideyni 100 manat cərimələnə bilər – AÇIQLAMA  |     15:32 Bu gün Bakıda Azərbaycan-Kamboca biznes forumu keçirilir  |     15:30 Ermənistan İK Azərbaycan hərbçisi ilə bağlı insidentdə yaralanan qadın zərərçəkmiş qismində tanıdı - Foto  |     15:28 Azərbaycanda pensiya ödənişləri 10 faiz artıb  |     15:24 Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto  |     13:03 Vahid məktəbli forması uşaqların da xoşuna gəlir – Deputat  |    
Mojo.az Avto
Mojo.az Avto

Probasiya nəzarətində olan məhkumların narkotik vasitə istifadəsindən yayınmalarına diqqət edilir - RƏSMİ

23.07.2021 18:40 879
Probasiya nəzarətində olan məhkumların narkotik vasitə istifadəsindən yayınmalarına diqqət edilir - RƏSMİ
Prezident İlham Əliyevin cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il 10 fevral tarixli Sərəncamı ilə yaradılmış Ədliyyə Nazirliyinin Probasiya Xidməti tərəfindən azadlığın məhdudlaşdırılması və digər alternativ cəzaların icrasına effektiv nəzarətin həyata keçirilməsi təmin olunur, bu zaman müasir İKT-dən istifadə etməklə elektron nəzarət vasitələrinin tətbiqi genişləndirilir.

Üzərində həmin vasitələr tətbiq edilmiş məhkumların fasiləsiz izlənilməsi məqsədilə Probasiya Xidmətində Elektron Monitorinq Mərkəzi fəaliyyət göstərir.

Ötən dövrdə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, habelə şərti məhkum edilmiş və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuş 8700-dən çox şəxsə elektron qolbaq tətbiq edilib. Hazırda isə 4000-dən çox məhkum elektron qolbaq daşıyır.

Bundan əlavə, qanunvericiliyə dəyişikliklər edilərək ictimai işlər növündə cəzanın və inzibati tənbehin icrası prosesində elektron nəzarət vasitələrinin tətbiqi imkanları yaradılıb.

Belə ki, bu sahədə innovasiyaların tətbiqi ictimai işlər təyin edilmiş şəxslərin iş saatlarının elektron qaydada hesablanmasını, həmin işlərin görüldüyü yerlərə vaxtında gəlib-getmələrinə səmərəli nəzarətin həyata keçirilməsini təmin etməklə, bu prosesdə həmçinin sui-istifadə hallarının qarşısının alınmasına xidmət edir. Hazırda ictimai işlər növündə cəza çəkən 90-dək şəxsə elektron qaydada nəzarət həyata keçirilir.

Probasiya Xidməti tərəfindən probasiya qeydiyyatında olan məhkumların islahına, onların cəmiyyətə reinteqrasiyasına da xüsusi diqqət yetirilir. Həmin şəxslər tərəfindən törədilə biləcək yeni cinayətlərin qarşısının alınması, onların, xüsusilə yetkinlik yaşına çatmayan məhkumların narkotik vasitələrin istifadəsindən çəkindirilməsi ilə bağlı mühüm tərbiyəvi əhəmiyyət kəsb edən, maarifləndirici tədbirlər həyata keçirilir.

Narkomanlığın ailədə və cəmiyyətdə doğurduğu arzuolunmaz nəticələri ilə bağlı mütəxəssislər cəlb olunmaqla məhkumlar arasında təbliğat işi aparılır. Bu məqsədlə Bakı Şəhər Probasiya İdarəsinin qeydiyyatında olan yetkinlik yaşına çatmayan məhkumlar üçün Bakı şəhər Narkoloji Mərkəzinin həkim-narkoloqu dəvət edilməklə maarifləndirici görüş keçirilərək, məhkumlara narkotik vasitələrin qanunsuz dövriyyəsinin yaratdığı ciddi fəsadlar, narkomanlığın insan saglamlığına, xüsusilə gənc nəslin gələcəyinə vurduğu ziyan barədə ətraflı məlumat verilib, film nümayiş etdirilib.скачать dle 11.3
Mojo.az Banner