Mojo.az Banner
12:40 Azərbaycanda tanınmış kosmetoloq barəsində yeni hökm çıxarıldı - FOTO  |     12:26 Dövlət vəsaitini mənimsəməkdə ittiham olunan bağça müdiri və müavininə BƏRAƏT VERİLDİ  |     12:13 Azərbaycanda yeddi dövlət qurumu ləğv olundu  |     11:44 Malayziya kralı Azərbaycan Prezidentini təbrik etdi  |     11:39 Azərbaycanda rəisi işdən çıxarılan qurumda KORRUPSİYA ARAŞDIRMASI başladı  |     11:33 Arutyunyan və digərlərinin məhkəməsi başlayır  |     11:16 Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq  |     22:58 Cəlilabadda bir neçə yaşayış məntəqəsi qazsız qalıb  |     22:51 Tbilisi qatarının ilk sərnişinləri arasında Cavid Qurbanov da var - FOTO  |     22:41 Həştərxan vilayətinin qubernatoru Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi  |     22:34 Qanunsuz heyvan kəsimi və satışına yol verilməyəcək - XƏBƏRDARLIQ - VİDEO  |     22:28 Zibil kimi atdığımız bu əşyalar əslində bizə pul qazandıra bilər — AÇIQLAMA  |     22:20 İranın yeni şərti ortaya çıxdı: ABŞ ilə razılaşma üçün Pekin zəmanəti  |     21:53 May ayından sonra... həyatı heç vaxt əvvəlki kimi olmayacaq BÜRCLƏR  |     21:45 Ayıların ailəlikcə toy mərasiminə qatılması viral oldu  |     21:35 Türkiyənin pilotsuz avtobusu İsveçdə ilk iş günündə qəzaya düşdü  |     21:25 İmişlidə ağır qəza - ölənlər və yaralananlar var - YENİLƏNİB  |     21:10 Bəzi şəxslərə pulsuz mənzillər veriləcək  |     21:01 Kamran Əsədov ifadə verdi - Aldığı pulların hamısını...  |     20:52 Babək Niftəliyevə vəzifə verildi  |    
Left Banner
Right Banner

Almaniyadakı Göy məscid niyə bağlandı?

27.07.2024 21:28 1 071
Almaniyadakı Göy məscid niyə bağlandı?
Bu həftə Almaniya hökuməti, axır ki, İran rejiminə birbaşa bağlı olan Hamburq İslam Mərkəzinin və onun tabeliyindəki qurumların fəaliyyətini qadağan etdi.

Median.Az
"Azad İran" "YouTube" kanalına istinadən xəbər verir ki, mərkəzin yerləşdiyi və Göy məscid adı ilə məşhur olan məscid də bağlanaraq müsadirə olunub. Uzun müzakirə və araşdırmaların nəticəsi olaraq atılan bu addım beynəlxalq aləmdə geniş diqqət çəkib və təbii ki, İran hakimiyyəti tərəfindən kəskin etirazla qarşılanıb.

İyulun 24-də səhər Almaniyanın daxili işlər naziri Nensi Fezer xüsusi bəyanatla çıxış edərək deyib:

"Bu gün biz Almaniyada totalitar islamçı ideologiyanı təbliğ edən Hamburq İslam Mərkəzinin fəaliyyətinə qadağa qoyduq. Hamburq İslam Mərkəzi və onun bölmələri, həmçinin "Hizbullah" terrorçularını dəstəkləyir və aqressiv antisemitizmi yayırlar. Bizim böyük zəhmət bahasına apardığımız araşdırmalar ciddi şübhələrimizi təsdiqlədi və biz bu islamçıların fəaliyyətinə son qoyduq. Bu, islamçı ekstremizmə qarşı daha bir addımdır".

Xanım nazir daha sonra mühüm bir məqama da toxunaraq əlavə edib:

"Mən önəmli bir fərqi də qeyd etməliyəm: biz dinə qarşı hərəkət etmirik. Biz əleyhinə sərt tədbirlər gördüyümüz islamçılarla ölkəmizdə yaşayan və öz inancına bağlı olan çoxsaylı müsəlmanlar arasında aydın fərq qoyuruq. Bizim qadağamız heç bir halda şiə məzhəbinin dinc praktikasına şamil olunmur".

Nazirin bu bəyanatı səsləndirdiyi ərəfədə alman polisinin yüzlərlə əməkdaşı xüsusi vasitələrlə Hamburqdakı "İmam Əli məscidi" kimi də tanınan Göy məscidin ərazisinə daxil olaraq axtarış aparıb və binanı plomblayıb. Verilən məlumata görə, axtarış zamanı Hamburq İslam Mərkəzinin siyasi və casusluq fəaliyyətini sübut edən çoxsaylı sənədlə yanaşı, xeyli elektron cihaz, iki nəqliyyat vasitəsi, 100 min avro nağd pul, Almaniyada fəaliyyəti qadağan olunmuş "Hizbullah" və HƏMAS terror təşkilatlarına aid yazılar və sənədlər ələ keçirilib. Eyni zamanda sözügedən mərkəzin Hamburqda və ölkənin digər əyalətlərində olan qurumlarında da axtarışlar aparılıb. Bunların içərisində Hamburqdakı "Almaniya İslam Akademiyası" və "İran-islam məscidləri tərəfdarlarının birliyi", Frankfurtdakı "İslam Mədəniyyəti Mərkəzi", Münhendəki "Bavariya İslam Cəmiyyəti" və Berlindəki "İslam Mərkəzi" də daxil olmaqla bütövlükdə ölkənin 8 əyalətində yerləşən 53 məkanda axtarışlar həyata keçirilib. Təkcə bu fakt İranın idarə etdiyi Hamburq İslam Mərkəzinin Almaniyada necə geniş şəbəkə qurduğunu aydın şəkildə nümayiş etdirir.скачать dle 11.3
Mojo.az Banner