Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Hüseyn bütün əmlakını itirmək üzrədir

05.07.2024 20:35 1 227
Hüseyn bütün əmlakını itirmək üzrədir
Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənovun vergi idarəsi ilə qalmaqalı bitmək bilmir.

Rus mediası bununla bağlı daha bir məlumat yayıb. Yazıda qeyd edilib ki, Hüseyn bütün gəlir mənbələrini və əmlakını itirmək üzərədir.

"Hər şey bu ilin mayında, vergi orqanları onun 40 faiz paya sahib olduğu "Banda Foods” şirkətinin hesablarını blokladıqdan sonra başlayıb. Buna səbəb 153 milyon rubl borc olub. Lakin Həsənov sosial şəbəkələrdə borcunu ödədiyini deyib" deyə, məqalədə yazılıb.

Bununla belə, "Komsomolskaya pravda” nəşrinin məlumatına görə, şirkətin hesabları hələ də bloklanıb.

Üstəlik, vergi orqanları "Banda Foods” şirkətini ləğv edir. Hüseynin konsaltinq və informasiya xidmətləri göstərən "Banda” şirkətinin təsisçilərindən ayrıldığı da məlum olub. Vergi orqanları Həsənovdan əmlakı, yəni ilkin dəyəri 7 000 000 rubl olan "Chevrolet Tahoe” avtomobili, ilkin dəyəri 35 000 000 rubl olan "Rolls-Royce” avtomobili və Moskva şəhərində 123,8 kv.m sahəsi olan binalarını geri almaq istəyirlər. Evlərin ilkin dəyəri 70 000 000 rubldur. //Axşam.azскачать dle 11.3
Mojo.az Banner