Mojo.az Banner
13:19 Suda boğulanlarla bağlı SON STATİSTİKA - Neçə nəfərin cəsədi tapılıb?  |     12:59 Ağsuda meşədə yanğın törədən şəxs saxlanıldı  |     12:51 Hakerlər Pentaqonun üç milyon əməkdaşının məlumatlarını ƏLƏ KEÇİRİB  |     12:28 Növbəti dövrdə manatın məzənnəsi necə olacaq?  |     12:23 Bərdədə restoranda dava: Administrator müğənninin sevgilisini döydü  |     12:09 Yeyib-içəndən sonra dostlarını döyüb öldürdülər  |     12:06 Əmlak bazarında qiymətlər yenidən artacaq - PROQNOZ - VİDEO  |     12:02 Olimpiya çempionunun 1,1 milyon manatlıq helikopterini OĞURLADILAR  |     11:57 Azərbaycanda məşqçidən tələbə qızlara qarşı ŞANTAJ VƏ TƏCAVÜZ - İlginc TƏFƏRRÜAT  |     11:47 Kredit götürənlərin sayı artır: Qiymətlər də bahalaşacaq?  |     11:38 Azərbaycan nefti ucuzlaşdı  |     11:32 Bakıda DƏHŞƏT: Sevgilisinin oğlunu xüsusi amansızlıqla öldürmək istədi  |     11:31 Azərbaycanda cari ildə meyitdən neçə ürək transplantasiyası həyata keçirilib?  |     11:17 Aşpaz işləyən qazi faciəli şəkildə öldü  |     23:01 Bəzi ərazilərdə su olmayacaq  |     22:56 Şuşada minaya düşən şəxsin son vəziyyəti  |     22:48 Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər - SİYAHI  |     22:42 Türkiyədə yüzlərlə sayta GİRİŞ BLOKLANDI - SƏBƏB  |     22:34 Heyvan dişləyibsə, vaxt itirməyin: Həkimdən quduzluqla bağlı VACİB ÇAĞIRIŞ  |     22:29 Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda "ölüm zonası": Burada yaşayanlar təhlükə qarşısındadırlar

24.06.2024 16:24 1 095
Bakıda
Azərbaycan palçıq vulkanlarının sayına görə dünyada ikinci sırada dayanır. Belə vulkanların böyük əksəriyyəti isə Abşeron yarımadası və Qobustan rayonu ərazisində yerləşir.

Hazırda Bakının bir sıra qəsəbələrində yerləşən vulkan ocaqlarının bir çoxunun üzərində yaşayış təyinatlı evlər tikilib. Hətta bu tip evlərin demək olar ki, hamısında kommunal xətlər də mövcuddur. İstənilən vaxt fəallaşabilən palçıq vulkanları isə həmin ərazidə yaşayan sakinlər üçün birbaşa həyati təhlükə yaradır.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan memar Faiq İsmayılov bildirib ki, vulkanik və sürüşmə zonalarında tikilən evlərin hamısı qanunsuzdur:

"Vulkanik ərazilərdə və yaxud sürüşmə zonalarında tikilən evlərin hamısı qeyri-qanunidir. Biri var ki, hansısa təbii fəlakət və ya yer sürüşməsi olsun. Lakin bilərəkdən gedib vulkan ərazisində ev tikmək birmənalı olaraq qanunsuzdur. Bu məsələyə münasibət bildirmək dövlətin öz işidir. Artıq burada tikintilərin hüquqi baxımdan müdafiə oluna biləcək tərəfi yoxdur. Çünki bu kimi ərazilərdə tikilən evlər kimlərinsə, hansısa məmurların mənafeyi baxımından müəyyən qədər vəsait alınmaqla tikilib".

"Belə evlər istənilən vaxt vulkan təhlükəsi ilə qarşı-qarşıyadır və onlar belə hallardan sığortalanmayıb. Bu baxımdan vulkanik ərazilərin yenidən baxışı keçirilməli və analizlər aparılmalıdır. Sabah vulkan püskürən zaman onun radiusu, yayılma istiqaməti dəqiq öyrənilməlidir. Bundan sonra orada yaşayan əhaliyə nisbətən hansısa köməklik etməyin meyarı müəyyən oluna bilər. Buna başqa cür əncam çəkmək mümkünsüzdür", - F.İsmayılov qeyd edib.скачать dle 11.3
Mojo.az Banner