Mojo.az Banner
22:02 Bu şəxslər sürücülük vəsiqəsi ala bilməyəcək  |     21:57 Kərə yağı ucuzlaşır – İqtisadçı səbəbləri açıqladı  |     21:50 “ChatGPT”nin yeni modelində təhlükəsizlik problemi aşkarlandı  |     21:42 Narın içində qurd yoxdur, amma yenə də çürüyür  |     21:37 "215"dən şikayət: “Pilləkəndə sıxılıb qalırıq, qapılar zorla bağlanır” – VİDEO  |     21:30 İnternet olmadan işləyəcək - "WhatsApp"da yenilik  |     21:24 Ermənistan Kərkini qaytarır? - Qriqoryandan AÇIQLAMA  |     21:15 Azərbaycanda 3 gün ardıcıl iş olmayacaq: Tarixlər açıqlandı  |     21:10 "Sumqayıt" amerikalı basketbolçunu transfer etdi  |     20:56 Azərbaycanda kuryoz olay: Süni intellekt şöbəsinin əməkdaşlarının kompüteri yoxdur (VİDEO)  |     20:51 Kirayə yaşadıqları mənzili satdılar: 196 minlik dələduzluğun detalları  |     20:45 Bibiheybət məscidindən və "Dəniz Mall"ın namaz otağından oğurluq etdi - "Hacı" həbs edildi  |     20:37 Taksidə turistlərlə mübahisə edən 62 yaşlı sürücü 15 gün həbs edildi  |     20:32 Hansı rayonların icra başçısı yoxdur?  |     20:24 Azərbaycanda ən çox alınan avtomobillər (SİYAHI)  |     20:19 Qəhvə əslində enerji vermir: Kofein yorğunluq hissinə necə təsir edir?  |     20:11 "Gəzə bilmirəm" - Abid Şərifov  |     20:06 Azərbaycan çempionatında IX turun oyun cədvəli  |     19:58 Kiyev cəbhə şəhərinə çevrilir  |     19:53 Şagird məktəbdə müəllimini öldürdü - Slovakiyada  |    
Mojo.az Avto
Mojo.az Avto

İdmançı ərini öldürən qadın cəzadan azad edildi - FOTO

21.06.2024 13:24 1 506
İdmançı ərini öldürən qadın cəzadan azad edildi - FOTO
"Sərhədçi" idman kompleksinin kikboksinq üzrə məşqçisi Nurani Qalabəylinin qətlində ittiham olunan həyat yoldaşı Əfsanə Qalabəylinin məhkəmə araşdırması başa çatıb.

"Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda əvvəlcə prokuror çıxış edib.

Prokuror elan edib ki, keçirilmiş ekspertiza rəyləri ilə Ə.Qalabəylinin cinayəti anlaqsız vəziyyətdə törətdiyi və hadisədən sonra onda psixi pozuntu yarandığı təsdiq edilib.

Bu səbəbdən xanım müttəhim cəzadan azad edilməli, barəsində məcburi tibbi xarakterli tədbirlərin görülməsi üçün ixtisaslaşmış psixatriya stiasionarında müalicə tətbiq edilməlidir.

Siyavuş Hacıyevin sədrlik etdiyi məhkəmə heyəti müşavirədən sonra qərarı elan edib.

Qərara əsasən, Ə.Qalabəyli cinayəti anlaqsız vəziyyətdə törətdiyindən və hazırda psixi problemləri olduğundan cinayət məsuliyyətindən və cəzadan azad edilib.

Qərar qanuni qüvvəyə mindikdən sonra müttəhim barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə tətbiq ediləcək.

Qeyd edək ki, hadisə 2022-ci ilin sentyabr ayında Xətai rayonu ərazisində qeydə alınıb. Əfsanə Qalabəyli özündən 13 yaş böyük olan həyat yoldaşı Nurani Qalabəylini çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib. Ona qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib. Nurani Qalabəyli kikboksinq üzrə tanınmış məşqçi olub. O, ölümünə qədər "Sərhədçi" idman kompleksində çalışırmış.


скачать dle 11.3
Mojo.az Banner