Mojo.az Banner
13:50 Şəkidəki hadisə Ermənistanda generalın istefasına səbəb oldu: Növbə MN-dədir  |     13:43 Ağsuda 40 yaşlı kişi qayınanasını döydü  |     13:24 Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırdı  |     13:24 Azərbaycanda inşa edilən ilk beynəlxalq yük hava limanının açılış tarixi məlum olub  |     13:23 Qubada 60 yaşlı kişi faciəli şəkildə öldü  |     13:22 Astarada maşın dərəyə aşdı: Ölən var  |     13:14 Borclunun yeganə evi satıla bilərmi? – Hüquqşünasdan AÇIQLAMA  |     13:00 14 yaşlı qızın videolarını yayan şəxs həbs edildi  |     12:52 "70 cür yemək yeyirlər, sonra zəhərlənirlər" – Mütəxəssis  |     12:45 Pendir istehsal edən sexin vəziyyəti təəccübləndirdi - Video  |     12:43 Rəsmi Bakıdan şəhidimizin adını daşıyan gəmiyə dron hücumu məsələsinə reaksiya  |     12:39 Əli Əsədovdan cərimə duracaqları və qarajlarla bağlı mühüm qərar  |     12:37 Sahibkarlara maliyyə yardımı ilə bağlı yeni qərar  |     12:33 Azərbaycan nefti bahalaşıb  |     12:22 UEFA Millətlər Liqasında günün oyunları: Xorvatiya İspaniyaya qarşı  |     12:21 Zəngilanda dəhşət: Fəhlələri daşıyan mikroavtobus qaynaqçını vuraraq öldürdü  |     11:55 Həccə gedəcək zəvvarların nəzərinə: Yeni tələblər olacaq - Video  |     11:53 Fransada məktəblilərin etirazları: 190-dan çox şagird yaralanıb  |     11:48 Tələbənin ölümünə səbəb olan sürücüyə cəza verildi - Təfərrüat  |     11:31 Azərbaycanda polkovnik həbs edildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Ögey atasını öldürmüş şəxsə cəza verilmədi - FOTO

08.05.2024 13:14 1 170
Ögey atasını öldürmüş şəxsə cəza verilmədi - FOTO
Ögey atasını xüsusi amansızlıqla öldürməkdə ittiham olunan Elgün Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində aparılan araşdırma zamanı müttəhimin hadisəni törədərkən anlaqsız vəziyyətdə olması sübut olunub.

Prokuror da ekspert rəyi ilə razılaşıb, şəxsin anlaqsız vəziyyətdə cinayət törətdiyini qəbul edib.

Səbinə Məmmədzadənin sədrlik etdiyi hakimlər heyətinin hökmü ilə 22 yaşlı E.Abbasov anlaqsız vəziyyətdə cinayət törətdiyinə görə cəzadan azad edilib. Hökm qanuni qüvvəyə mindikdən sonra müttəhim barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə tətbiq ediləcək.

Qeyd edək ki, hadisə Binəqədi rayonunda qeydə alınıb. E.Abbasov münaqişə zəminində ögey atası, 45 yaşlı Rahib Mehdiyevi bir neçə bıçaq zərbəsi ilə qətlə yetirib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə - xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddənin sanksiyasında 14 ildən 20 ilə və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.


скачать dle 11.3
Mojo.az Banner