Mojo.az Banner
23:02 Bu şəhərdə yeniyetmələr üçün komendant saatı tətbiq olundu  |     22:54 Epşteyn ölümündən əvvəl məktub yazıbmış  |     22:49 Sabah Bakıda 20 dərəcə isti olacaq  |     22:42 İrandan Azərbaycana 55 kq narkotik keçirmək istədilər  |     22:37 Bakıda faciə: 5 yaşlı uşaq qonaq getdiyi evin eyvanından yıxılıb öldü  |     22:30 Azərbaycanda yeni virus yayılıb? - Nazirlikdən AÇIQLAMA  |     22:25 Məktəblərdə 6 şagirdə 1 kompüter düşür  |     22:16 Aktrisa ''Günəşli İnşaat'' şirkətinin onu aldatdığını iddia edir - Video  |     22:11 Göygöldə qanunsuz tikili söküldü  |     22:03 Məhkəmədə borc verdiyinizi necə sübut edə bilərsiniz? - Hakimdən açıqlama  |     21:55 Kəlbəcərdə qonur ayı görüntüləndi  |     21:50 Həyət evlərinin qarşısında gül əkib, maşın saxlayanlar cərimələnə bilər (Video)  |     21:46 Maştağadakı psixiatriya mərkəzindən xəstələr qaçıb? - DİN-dən açıqlama  |     21:40 "Qarabağ" azarkeşlərə görə 8000 manat cərimələndi  |     21:35 Azad olunmuş ərazilərdəki tarixi abidələrlə bağlı RƏSMİ AÇIQLAMA  |     21:26 Yeddi marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir  |     21:18 Rusiyanın Soçi hava limanında məhdudiyyətlər tətbiq edilib  |     21:16 Ağdamda ağır yol qəzası baş verib, 2 nəfər ölüb, 4 nəfər yaralanıb  |     20:21 Ağdamda ağır qəza: Ölənlər və xəsarət alanlar var  |     20:12 Bəzi mallar 5 illik müddətə idxal gömrük rüsumundan azad edildi  |    
Left Banner
Right Banner

Kikboksinq məşqçisinin qətlində təqsirləndirilən qadın barədə ekspertiza rəyi açıqlandı - FOTO

13.10.2023 17:36 1 038
Kikboksinq məşqçisinin qətlində təqsirləndirilən qadın barədə ekspertiza rəyi açıqlandı - FOTO
“Sərhədçi” idman kompleksinin kikboksinq üzrə məşqçisi Nurani Qalabəylinin qətlində ittiham olunan həyat yoldaşı Əfsanə Qalabəylinin cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda təqsirləndirilən şəxslə bağlı ekspert rəyi elan olunub.

Bir neçə ay əvvəl Ə.Qalabəylinin vəkili Zibeydə Sadıqova vəsatət qaldıraraq müvəkkilinin hadisə törədən vaxt anlaqlı vəziyyətdə olub-olmadığını müəyyən etmək üçün təkrar ekspertiza keçirilməsini istəmişdi. Məhkəmə vəsatəti təmin edib, yeni ekspertiza açıqlanana kimi prosesi təxirə salmışdı.

Ekspert rəyində qeyd olunub ki, təqsirləndirilən şəxs hadisə vaxtı anlaqlı vəziyyətdə olmayıb. Bu əsasla verilmiş rəy hökm qəbul olunarkən nəzərə alınmalıdır.

Onu da deyək ki, ibtidai istintaq dövründə keçirilən ekspertiza zamanı əks rəy verilmişdi. Növbəti iclasda məhkəmə istintaqının yekunlaşacağı gözlənilir.

Xatırladaq ki, hadisə ötən ilin sentyabrında olub. 36 yaşlı Əfsanə Qalabəyli özündən 13 yaş böyük həyat yoldaşını Əhmədli qəsəbəsində kirayə yaşadıqları evdə 13 bıçaq zərbəsi ilə qətlə yetirib. Ona qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Ə.Qalabəyli məhkəmədəki ifadəsində ərinin illərlə ona əziyyət verdiyini, döyüb təhqir etdiyini, özü və uşaqları evdə ola-ola başqa qadınlar gətirdiyini deyib. O, həmçinin hadisə baş verən vaxt anlaqlı vəziyyətdə olmadığını bildirib.

скачать dle 11.3
Mojo.az Banner