Mojo.az Banner
13:19 Suda boğulanlarla bağlı SON STATİSTİKA - Neçə nəfərin cəsədi tapılıb?  |     12:59 Ağsuda meşədə yanğın törədən şəxs saxlanıldı  |     12:51 Hakerlər Pentaqonun üç milyon əməkdaşının məlumatlarını ƏLƏ KEÇİRİB  |     12:28 Növbəti dövrdə manatın məzənnəsi necə olacaq?  |     12:23 Bərdədə restoranda dava: Administrator müğənninin sevgilisini döydü  |     12:09 Yeyib-içəndən sonra dostlarını döyüb öldürdülər  |     12:06 Əmlak bazarında qiymətlər yenidən artacaq - PROQNOZ - VİDEO  |     12:02 Olimpiya çempionunun 1,1 milyon manatlıq helikopterini OĞURLADILAR  |     11:57 Azərbaycanda məşqçidən tələbə qızlara qarşı ŞANTAJ VƏ TƏCAVÜZ - İlginc TƏFƏRRÜAT  |     11:47 Kredit götürənlərin sayı artır: Qiymətlər də bahalaşacaq?  |     11:38 Azərbaycan nefti ucuzlaşdı  |     11:32 Bakıda DƏHŞƏT: Sevgilisinin oğlunu xüsusi amansızlıqla öldürmək istədi  |     11:31 Azərbaycanda cari ildə meyitdən neçə ürək transplantasiyası həyata keçirilib?  |     11:17 Aşpaz işləyən qazi faciəli şəkildə öldü  |     23:01 Bəzi ərazilərdə su olmayacaq  |     22:56 Şuşada minaya düşən şəxsin son vəziyyəti  |     22:48 Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər - SİYAHI  |     22:42 Türkiyədə yüzlərlə sayta GİRİŞ BLOKLANDI - SƏBƏB  |     22:34 Heyvan dişləyibsə, vaxt itirməyin: Həkimdən quduzluqla bağlı VACİB ÇAĞIRIŞ  |     22:29 Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

FHN rəsmisi: Yağış suları Yevlaxda ən çox mərkəzi xəstəxanaya ziyan vurub

12.06.2024 16:45 720
FHN rəsmisi: Yağış suları Yevlaxda ən çox mərkəzi xəstəxanaya ziyan vurub
Yağış suları Yevlaxda ən çox mərkəzi xəstəxanaya ziyan vurub.
 
Median.Az
 xəbər verir ki, bunu report-a açıqlamasında Fövqəladə Hallar Nazirliyi (FHN) Aran Regional Mərkəzinin rəisi Ramin Orucov deyib.
 
Onun sözlərinə görə, intensiv yağıntı Yevlax şəhərində və rayonun bəzi kəndlərində ciddi fəsadlar törədib:
 
"Ötən gecədən başlayaraq intensiv yağışlar nəticəsində Yevlax rayonu ərazisində bir sıra fərdi evlərə və təsərrüfat obyektlərinə ziyan dəymişdi. Yağış suları nəticəsində Yevlax rayonunun Nərimanabad kəndi ərazisindən keçən magistral yolda körpünü uçurmuşdu.
 
Eyni zamanda, şəhərin bəzi ərazilərində yağış sularının gölməçə yaratması müşahidə olunur. Bu da həm nəqliyyatın, həm də sakinlərin hərəkətini məhdudlaşdırıb”.
 
R. Orucov qeyd edib ki, yağış sularının rayon ərazisində ən çox ziyan vurduğu yer şəhər xəstəxanası olub.
 
"Yağış suları ən çox Yevlax mərkəzi xəstəxanasına ziyan vurub. Əhalinin təxliyəsi tam təmin edilib. Hadisə yerlərinə Rayon İcra Hakimiyyətinin, həmçinin FHN Aran regional mərkəzinin texnika və canlı qüvvəsi, o cümlədən, nazirliyin Gəncə regional mərkəzinin bir ədəd texnikası və beş nəfərlik şəxsi heyəti, beş ədəd su nasosu, yanğından mühafizə hissəsinin şəxsi heyəti və üç ədəd su nasosu cəlb edilib. Hazırda sel sularının çəkilməsi işləri davam etdirilir. Əlavə olaraq bildirim ki, tərəfimizdən Mingəçevir şəhərinə də su nasosları və canlı qüvvə göndərilib”, - R.Orucov bildirib.скачать dle 11.3
Mojo.az Banner