Mojo.az Banner
23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |     22:42 Lənkəranda kişi atasını qaynar su ilə yandırdı  |     22:37 Son 48 ilin rekordu: Xəzərin aqibəti necə olacaq? - Ekoloq  |     22:30 Bakıda mühasib sahibkarı aldatdı, "vergi pulu"nu mənimsədi  |     22:25 Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq  |     22:19 Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)  |     22:11 Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr  |     22:06 Naxçıvanda ağır qəza olub, xəsarət alanlar var  |     21:59 Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb  |     21:53 Azərbaycanda pensiyalar belə artırılacaq - Komitə sədri açıqladı  |     21:38 Futbol klubunun prezidenti başından güllələndi  |     21:30 Həbsdə olan 2 vəkil azadlığa buraxıldı  |     21:24 192 pivə çəlləyində aksiz pozuntusu aşkarlandı  |     21:15 Sökülüb yerində bina tikiləcəyi iddia edilən peşə məktəbi ilə bağlı AÇIQLAMA  |     21:10 Onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək - Sabahdan  |     21:02 Oktyabrın ilk günü hava necə olacaq?  |     20:57 Oğuzda əməliyyat - Həbs edilənlər var  |     20:49 Deputat sənədsiz evlərdən danışdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Yeni Kaledoniyada iğtişaşlar: Ölənlərin sayı 8 nəfərə çatıb

08.06.2024 19:38 840
Yeni Kaledoniyada iğtişaşlar: Ölənlərin sayı 8 nəfərə çatıb
Yeni Kaledoniyada iğtişaşlar nəticəsində daha 1 nəfər iyunun 3-də Numea Beynəlxalq Hava Limanına gedən yolda jandarma ilə yerli sakinlərin atışmasından sonra xəstəxanada vəfat edib. Yerli prokurorun sözlərinə görə, arxipelaqdakı iğtişaşlar başlayandan bəri ölənlərin ümumi sayı səkkiz nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, hadisə Payta şəhərindəki Kol-de-la-Piroq rayonunda, arxipelaqın paytaxtı Numeadan etirazçılar tərəfindən bağlanan aeroporta gedən yolda baş verib. Jandarmların bildirdiyinə görə, onların avtomobili pikapla vurulduqdan sonra cavab atəşi açılıb.

Prokuror bildirib ki, cümə günü başından yaralanan 26 yaşlı kişi də vəfat edib.

Sakit okeanın cənubunda Fransanın dənizaşırı ərazisi olan yeni Kaledoniyada iğtişaşlar mayın ortalarında başlayıb. Bunun səbəbi Parisin yeni seçicilərə - 10 ildən çoxdur Yeni Kaledoniyada yaşayanlara yerli seçkilərdə səs vermək hüququ vermək qərarı ilə bağlıdır. Yerli əhali bu qərarın əleyhinə çıxıb.

Fransa parlamenti tərəfindən sözügedən islahata baxılması ərəfəsində yeni Kaledoniyada iğtişaşlar və jandarmların müstəqillik tərəfdarları ilə ilk toqquşmaları başlayıb. Səlahiyyətli orqanlar "misli görünməmiş zorakılıqlar" barədə məlumat veriblər. Arxipelaq ərazisində fövqəladə vəziyyət elan edilib, "TikTok" bloklanıb, Parisdən hərbi dəstək göndərilib.скачать dle 11.3
Mojo.az Banner