Mojo.az Banner
15:50 Ağdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı  |     15:46 58 yaşlı kişi sevdiyi qadını alan şəxsi armaturla döydü  |     15:25 Yeni virus Azərbaycana da gələ bilər – Həkimdən xəbərdarlıq  |     15:20 Qalmaqallı şirkətin əməkdaşı külli miqdarda narkotiklə tutulub  |     15:17 Bu tərəvəzin ixracı artdı: Qiymətlər bahalaşacaq  |     15:00 Ermənistanda saxlanılan Azərbaycan əsgəri ilə bağlı ikinci cinayət işi açıldı  |     14:56 “Müəllim belə addım atmamalıdır” – Deputatdan AÇIQLAMA  |     14:48 Azərbaycanda dövlət sərhəddini pozan 20 nəfər saxlanıldı  |     14:45 Rusiyada Azərbaycandan gətirilən qida məhsulları müsadirə olunaraq məhv edilib  |     14:43 Azərbaycan - Litva oyununun hakimləri açıqlandı  |     14:42 Bakıda qarajdan meyit tapıldı  |     14:41 Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar  |     14:23 Sabirabadda oğul anasını amansızlıqla döydü  |     13:09 Azərbaycan Mərkəzi Bankına yeni baş direktor təyin edilib  |     13:08 30 il sonra azad olmaq istəyir - Əvvəl ölüm cəzası, sonra ömürlük almışdı  |     13:02 Şəmkirdə məktəbdə nöqsanlar aşkarlanıb, direktor işdən çıxarılıb  |     12:35 Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı  |     12:29 Gürcüstanda 13 yaşlı Azərbaycan vətəndaşı əkiz uşaq doğdu: Araşdırma başladı  |     12:26 Cüdo üzrə Azərbaycan millisinə ukraynalı idmançı cəlb olunub  |     12:20 Kiyevdə dron hücumu nəticəsində həlak olan azərbaycanlı dəfn edilib  |    
Mojo.az Avto
Mojo.az Avto

Dövlət qurumu kartdan-karta köçürmələrə dair xəbərdarlıq ETDİ

07.06.2024 12:04 819
Dövlət qurumu kartdan-karta köçürmələrə dair xəbərdarlıq ETDİ
Son dövrlərdə pərakəndə ticarət və iaşə obyektlərində bəzi hallarda nağdsız ödənişlərin POS-terminal deyil, plastik kartlar vasitəsilə kartdan-karta köçürmə əməliyyatları tətbiq olunmaqla həyata keçirildiyi müşahidə edilməkdədir.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıqlamasında bildirilir.

Qurum bəyan edib ki, pərakəndə ticarət və iaşə obyektlərində ödənişlərin kartdan-karta köçürmə əməliyyatları ilə həyata keçirilməsi istehlakçıların hüquqlarının pozulmasıdır:

"Belə hallarda istehlakçılara POS-terminaldan çıxarış və nəzarət-kassa aparatı çeki təqdim olunmur ki, bu da gələcəkdə istehlakçıların öz hüquqlarını tələb etmək imkanını məhdudlaşdırır. Eyni zamanda, belə hallar mal, iş və xidmətlər əlavə dəyər vergisi ödəyicilərindən alınarkən istehlakçıların "ƏDV geri al" hüququndan məhrum olması ilə nəticələnir. Bu qanun pozuntusu vergidənyayınma məqsədi daşıyır və belə əməliyyatlara yol verən vergi ödəyicilərinə vergi orqanı tərəfindən əlavə vergilər, faizlər hesablana və maliyyə sanksiyaları tətbiq oluna bilər".

"Dövlət Vergi Xidməti vətəndaşları mal, iş və xidmətlər alarkən nağdsız ödənişləri kardan karta köçürmə əməliyyatları ilə deyil, yalnız POS-terminal tələb etməklə həyata keçirməyə çağırır. Sahibkarlara isə Vergi Məcəlləsində nəzərdə tutulan əlavə maliyyə sanksiyalarına məruz qalmamaq üçün nağdsız ödənişləri qanunvericiliyin tələblərinə əsasən, yalnız POS-terminal vasitəsilə qəbul etmək tövsiyə olunur", - deyə açıqlamada qeyd olunub.скачать dle 11.3
Mojo.az Banner