Mojo.az Banner
23:01 Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin  |     22:56 Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO  |     22:50 Ronaldonu belə geri qaytarmaq istəyirlər  |     22:43 Süd vəzi ağrısı nə zaman təhlükəlidir? – Mütəxəssisdən xəbərdarlıq  |     22:38 Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlanacaq  |     22:30 Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər  |     22:24 Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz  |     22:19 Torpağa basdırılan silah-sursat üzə çıxarıldı  |     22:11 Uşaqlar yatmazdan əvvəl niyə çox danışırlar?  |     22:06 Estoniya tranzit yolunu bağladı  |     21:59 Bakıda kişi pilləkənlərdən yıxılıb öldü  |     21:51 Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb  |     21:46 "Forsaj" serial olacaq  |     21:39 “Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib  |     21:34 "FlyDubai" təyyarəsini kim xilas etdi?  |     21:28 Antibiotikin yeni zərəri üzə çıxdı - XƏBƏRDARLIQ  |     21:20 Elektron tullantılar təhlükəlidir? - Ekoloqdan AÇIQLAMA  |     21:15 Qırğızıstan ilk milli peykini kosmosa göndərdi  |     21:06 Sevgi və pulla bağlı 2 BÜRCƏ şad xəbər  |     21:00 Problemli kreditlər artır - Ekspert səbəbləri açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Trampın 37 ölkəyə girişi qadağan edilə bilər

04.06.2024 15:10 867
Trampın 37 ölkəyə girişi qadağan edilə bilər
Manhetten məhkəməsinin keçmiş ABŞ prezidenti Donald Trampa qarşı çıxardığı yekun ittiham hökmü onu dünyanın 37 ölkəsində arzuolunmaz şəxs edəcək.

Bu barədə "Time" məlumat verir.

"Trampın digər ölkələrə səfərlər etməsi çətinləşə bilər. Kanada və Meksika da daxil olmaqla 37 ölkə cinayət keçmişi olan şəxslərin girişini qadağan edir", - deyə məlumat bildirilir.

Məqalənin müəllifləri qeyd edir ki, səfər məhdudiyyətləri Trampın seçkilərdə qalib gəldiyi halda onun prezidentliyini potensial olaraq çətinləşdirəcək.

Bəzi hökumətlər Trampın ziyarətə icazə istəyəcəyi təqdirdə səyahət qadağasından imtina edə bilər. Lakin hazırda hansı dövlətlərin bunu etməyə hazır olduğu barədə məlumat yoxdur.

Mayın 31-də Manhetten cinayət məhkəməsinin münsiflər heyəti Trampı porno aktrisa Stormi Danielsə ödənişləri gizlətməkdə təqsirli bilib. Tramp bütün 34 maddə üzrə təqsirli bilinib. Hökm müddəti iyulun 11-nə təyin edilib.скачать dle 11.3
Mojo.az Banner