Mojo.az Banner
18:22 Yol polisindən sürücülərə - XƏBƏRDARLIQ  |     18:13 Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ  |     18:11 Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - Rəsmi açıqlama  |     17:59 Azərbaycan hərbçisi Ermənistanda saxlanılıb  |     17:22 KMBİ-dən əməliyyat: 5 milyonluq onlayn kazino şəbəkəsinin üzvləri saxlanıldılar - Video  |     17:12 Azərbaycanda güclü zəlzələ oldu - Foto  |     13:54 Azərbaycanın axtarışa verdiyi şəxs tapıldı: Bakıya gətirildi  |     13:53 İstanbula uçan təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi  |     13:27 Ağstafada müəllimlər arasında dava: Xəsarət alan var - Araşdırma başladı (Yenilənib)  |     13:12 Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb  |     12:56 "Baykar"ın yeni PUA-sının ilk ixracı Azərbaycana edildi  |     12:52 İşçilərin nəzərinə: Ezamiyyə qaydaları dəyişdi  |     12:15 Azərbaycan nefti bahalaşdı - Son qiymət  |     12:11 Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yenilik  |     12:10 Azad olunmuş ərazilərdə ilk dəfə genişmiqyaslı birgə hərbi təlim keçirilir  |     12:07 Gecə saatlarında iki ölkədə güclü zəlzələ  |     11:46 Qonşusunun həyətinə girdi, sifətindən bıçaqlandı  |     11:44 Sükan arxasında ailə mübahisəsi ölümcül ola bilər  |     11:33 Həyət evinin qarşısında bunu edənlərin diqqətinə – 12 min manat cərimə oluna bilərsiniz  |     11:28 Astroloqdan xəbərdarlıq: Bu ay plastik əməliyyatlardan uzaq durun  |    
Mojo.az Avto
Mojo.az Avto

"WhatsApp" qrup çatları ilə bağlı yeni FUNKSİYA - FOTO

31.05.2024 11:43 1 839
"WhatsApp" qrup çatlarının iştirakçıları üçün maraqlı bir yeniliklə gəlir. Yeni funksiya vacib müzakirələri buraxan insanlara kömək edəcək.

Bu barədə "WaBetaInfo" portalı xəbər yayıb.

Bildirilib ki, söhbət "İctimai qruplar üçün xatırlatmalar" adlanan və haradasa zəngli saatı xatırladan yeni funksiyadan gedir.

Yenilik administratorlara qrup üzvləri üçün gələcək hadisələr haqqında avtomatik bildirişlər yaratmağa imkan verir. Məsələn, tələbə çatında müəllim gələcək imtahan haqqında xatırlatma qura bilər ki, bütün tələbələr bunu əvvəlcədən görsünlər.




"Beta" versiyada görünən yenilik çat iştirakçılarını hadisədən 30 dəqiqə, iki saat və ya bir gün əvvəl xəbərdar etməyə imkan verir.

Bununla bağlı yayılan skrinşotda coğrafi məkan ikonası da görünür ki, bu da ehtimal ki, hadisənin ünvanını xatırlatmaya əlavə etmək imkanını göstərir.

Yeni funksiyanın mesencerin növbəti sabit versiyalarından birində əlçatan olacağı gözlənilir.
скачать dle 11.3
Mojo.az Banner