Mojo.az Banner
17:39 Polad Həşimov Aprel döyüşlərində: Xanımı həmin fotonu paylaşdı  |     17:29 Azərbaycanda veteran futbolçu vəfat etdi  |     17:26 Əhaliyə VACİB XƏBƏRDARLIQ - Bu tarixdən hava KƏSKİN PİSLƏŞİR  |     16:58 Güclü küləklə bağlı xəbərdarlıq edildi  |     16:38 Bakı metrosuna YENİ qatarlar alınacaq  |     16:33 Bağça müəllimlərinin yerdəyişməsi müsabiqəsi başlayır  |     15:59 Sumqayıtda altı uşağını huşsuz vəziyyətdə tapan anadan AÇIQLAMA - Video  |     15:53 Azərbaycanda maaş və pensiyalar artırıla bilər  |     15:40 Ermənistanda Metsamorun işi dayandırıldı  |     15:29 Sürücülərin NƏZƏRİNƏ: Üzeyir Hacıbəyov küçəsində HƏRƏKƏTİN TƏŞKİLİ DƏYİŞDİ - FOTO  |     15:16 Azərbaycanda dörd hotelin ulduz dərəcəsi ləğv edildi  |     15:13 Gələn ay Türküstanda TDT-nin qeyri-rəsmi görüşü keçiriləcək  |     15:07 Paşinyan Rusiya səfəri barədə təəssüratını açıqladı  |     13:34 İşdən çıxan 57 yaşlı prokuror vəfat etdi  |     13:22 Məhkəmə Tofiq Yaqublu barəsində qərar verib  |     13:16 Vardanyan onu istefa verməyə qoymurmuş - Şahramanyan açıqladı  |     12:46 Sevgilisi ilə birlikdə ərini öldürdü - Prokuror ağır cəza istədi (FOTO)  |     12:45 Kəlbəcərə daha 27 ailə yola salındı  |     12:43 Qərbi Kaspi Universitetində tələbələrdən pul istənilir? - Video  |     12:42 Aprel qələbəsindən 10 il ötür  |    
Left Banner
Right Banner

İlham Əliyev və Mehriban Əliyeva Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər - FOTO

10.05.2024 11:48 1 545
İlham Əliyev və Mehriban Əliyeva Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər - FOTO
Müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü günüdür.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ulu öndərin Fəxri xiyabanda məzarını ziyarət ediblər.

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, ulu öndərin xatirəsini ehtiramla anıb.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra birinci xanım Mehriban Əliyeva ümummilli liderin xatirəsini dərin hörmətlə yad edib.

Dövlətimizin başçısı və birinci xanım ulu öndər Heydər Əliyevin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini yad edərək məzarı üzərinə gül dəstələri qoyublar.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad olunub.













скачать dle 11.3
Mojo.az Banner