Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:33 Bakıda sürücülərə XƏBƏRDARLIQ - Bu yoldan keçmək təhlükəlidir (VİDEO) | 20:27 Əlövsət Polad vəfat etdi | 20:18 Ət niyə bahalaşır? (Açıqlama) | 20:11 Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları İlham Əliyevə müraciət ünvanlayıblar | 20:08 Göygöldə 37 yaşlı şəxs bıçaqlandı | 20:00 Əhaliyə ŞAD XƏBƏR: Bu ərazilərdə dəmiryolu xətləri bərpa olunur | 19:57 Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb | 19:56 Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin vətəndaşlara müraciəti | 19:50 Azərbaycanda əvvəlcədən qəbir yeri alanları CƏRİMƏ GÖZLƏYİR - MƏBLƏĞ | 19:43 Yəməndə bazara zərbə endirildi, onlarla ölü və yaralı var | 19:34 Bakıda məşhur masaj salonlarının sahibinə hədə-qorxu gəldi, həbs edildi | 19:27 Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü | 19:02 21 istiqamətdə tıxac var - SİYAHI | 18:54 Fransada etirazlar zamanı 600-dən çox şəxs saxlanılıb | 18:43 "Qarabağ"dan Yankoviç və Silva açıqlaması (Yenilənib) | 18:37 Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu | 18:30 Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq | 18:27 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər (Yenilənib) | 18:22 “Vətən müharibəsi Cənubi Qafqazda yeni reallıqlar yaratdı” | 18:13 Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi" |
Mojo.az Avto
Mojo.az Avto

İlham Əliyev və Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

14.02.2024 13:45 2 043
İlham Əliyev və Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Fevralın 14-də andiçmə mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Fəxri xiyabana gəlib müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsini ehtiramla yad ediblər.

Bu barədə President.az xəbər verir.

Qeyd olunur ki, dövlətimizin başçısı və Birinci vitse-prezident ulu öndərin məzarı önünə gül dəstələri qoyublar.

Sonra Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib, üzərinə gül dəstələri qoyublar.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarlarının üstünə də gül dəstələri düzülüb.

Son xəbərlər