Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu | 16:45 Məktəblilərin jurnalistlərə hücumu: Psixoloq problemin kökünə diqqət çəkdi | 16:27 Bakıda idmançı məşq zamanı öldü | 16:19 İlham Əliyev Bakıda finalçıları mükafatlandıracaq, Bayramov Azərbaycanı TDT sammitində təmsil edəcək | 15:07 Rusiya ordusu Dneprdə elektrik qatarına zərbə endirdi - Ölənlər var | 15:06 İspaniyada qatar faciəsində itkin düşən 60-dan çox insan tapılmır | 14:55 Azərbaycana biri 757 manat olan 30 həşərat gətirilib | 14:31 Milli Məclisin deputatları Atatürkün Bakıdakı abidəsini ziyarət ediblər - Foto | 14:23 Azərbaycanın üç güləşçisi dünya çempionatında məğlub olub | 13:53 Jurnalistləri döyən yeniyetmələri bu qədər həbs cəzası gözləyir – AÇIQLAMA |
Mojo.az Avto
Mojo.az Avto

Məhkəmə dələduzluqda təqsirləndirilən müəllimlərlə bağlı qərar çıxardı

29.03.2024 13:02 1 101
Məhkəmə dələduzluqda təqsirləndirilən müəllimlərlə bağlı qərar çıxardı
Bakı Apellyasiya Məhkəməsində paytaxt ərazisində yerləşən 200 saylı orta məktəbdə ibtidai sinif müəllimi Billurə İsmayılova və Sabunçu rayonunda yerləşən 71 saylı orta məktəbdə ibtidai sinif müəllimi Zülfiyyə Qocayevanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

İttihama görə, Billurə İsmayılova tanışı Zülfiyyə Qocayevanı Elm və Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim edib, 200 saylı orta məktəbdə direktor müavini işləyən Arzu Nəzərovanı nazirlikdə guya vəzifədə işləyən tanışları vasitəsilə Bakı şəhərində məktəblərin birində direktor vəzifəsinə təyin etdirəcəyinə dair yalan vəd verib.

Billurə İsmayılova 19 noyabr 2016-cı ildə Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində Arzu Nəzərovanın yaşadığı evin qarşısında ondan 38 000 manat alıb.

Daha sonra Billurə İsmayılova və Zülfiyyə Qocayeva 2017-ci il iyunun əvvəlindən 2017-ci ilin sentyabr ayınadək müddət ərzində Arzu Nəzərovadan 73 000 manat, sonuncu dəfə M.Ə.Rəsulzadə qəsəbəsində 7 000 manat alıblar. Onlar Arzu Nəzərovaya 118 000 manat ziyan vurublar.

Bundan başqa, Billurə İsmayılova Zülfiyyə Qocayeva ilə birlikdə digər tanışı Gülşən Hüseynovanın Ukraynada aldığı magistr təhsilinə dair diplomu Elm və Təhsil Nazirliyində guya vəzifədə işləyən tanışları vasitəsilə təsdiq etdirəcəyinə və Bakı şəhərində olan məktəblərin birinə direktor vəzifəsinə təyin etdirəcəyinə dair yalan vəd verib.

Onlar Gülşən Hüseynovanı aldadaraq 2019-cu il sentyabrın əvvəlində Nərimanov rayonunda yerləşən restoranlardan birində ondan 5 000 manat, 2019-cu il sentyabrın sonunda isə uşaq bağçasının qarşısında 12 000 manat alıblar.

İstintaq orqanı tərəfindən Billurə İsmayılova və Zülfiyyə Qocayevanın barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Son xəbərlər