Mojo.az Banner
18:03 “Son 1 ədəd qalıb”: Onlayn mağazalar alıcını necə tələsdirir?  |     17:34 Formula 1 üzrə Azərbaycan Qran-prisində sıralama turuna yekun vurulub  |     17:28 Fəyyaz Xankişiyevin 500 minlik dələduzluqda təqsirləndirilən oğlunun işində YENİLİK  |     16:29 Azərbaycanda tanınmış idmançı HƏBS EDİLDİ  |     16:09 Bakıda sürücülər arasında DAVA: Biri hava limanında saxlanıldı  |     16:06 Azərbaycanda sabiq məmur vəfat etdi - FOTO  |     15:42 Vətəndaşların milyonlarını mənimsəyən şirkət rəhbərinə HÖKM OXUNDU  |     15:39 Deputat “iPhone 18” alanlardan DANIŞDI: Telefon üçün gecəni küçədə keçirdilər  |     15:20 Kompensasiya davası edən Kamran Seyidov 50 yaşlı qadını tamah üstündə ÖLDÜRÜBMÜŞ  |     13:25 Paytaxtda iki marşrutun HƏRƏKƏT SXEMİ DƏYİŞDİRİLDİ  |     13:23 Təhsil sistemindəki bu problem 5 ilə aradan qalxacaq – Valideynlərə şad xəbər  |     13:20 Ovuc içi məlumatları oğurlana bilər? — GİZLİ RİSK  |     13:18 Azərbaycanda ətin qiyməti ucuzlaşacaq? - Nazir açıqladı  |     12:59 ŞAD XƏBƏR: bu tarixdə maaş və pensiyalar ARTACAQ  |     12:50 Yay bitdi, maşın bazarı canlandı: Qiymətlər isə...  |     12:31 Dövlət qulluğu sertifikatının qüvvədəolma müddəti AZALDILDI  |     12:29 Azərbaycanda altı qanun LƏĞV EDİLƏCƏK - SİYAHI  |     12:16 Bank kartlarına məhdudiyyətin əsl səbəbi nədir? — SƏRT AÇIQLAMA  |     21:59 Türkiyə-Ermənistan sərhədi açılır? - İrəvandan YENİ AÇIQLAMA  |     21:53 Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib  |    
Mojo.az Avto
Mojo.az Avto

ABŞ-li UFC döyüşçüsü dörd il müddətinə döyüşlərdən kənarlaşdırılıb

22.03.2024 12:35 2 007
ABŞ-li UFC döyüşçüsü dörd il müddətinə döyüşlərdən kənarlaşdırılıb
ABŞ-li UFC döyüşçüsü Uolt Harris antidopinq qaydalarını pozduğuna görə dörd il müddətinə döyüşlərdən kənarlaşdırılıb.

Bu barədə promosyonun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, döyüşçü tərəfindən ümumilikdə iki qayda pozuntusu faktı qeydə alınıb.

Onun qanında “drostanolon” maddəsi və ekzogen testosteron ilk dəfə keçən ilin 23 iyun və 12 iyulunda aşkar edilib. 6 avqust 2023-cü ildə xoşagəlməz nəticələr barədə xəbərdar edildikdən sonra o, yenidən analiz verib və nəticədə onun qanında “anastrozol” və “drostanolon” maddələri aşkar edilib.

Harrisin 48 aylıq cəza müddəti 2023-cü il iyulun 11-də, onun oyunlardan kənarlaşdırıldığı barədə xəbər verildiyi gün başlayıb.

Qeyd edək ki, Uoltun hesabında 13 qələbə və 10 məğlubiyyəti var.

Mənbə: championat.comскачать dle 11.3
Mojo.az Banner