Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:23 Ramiz Mehdiyevin oğlu və kürəkəni Əli Kərimlinin məhkəməsində ifadə verdilər | 16:59 Bakıda tanınmış iş adamı vəfat etdi | 16:51 Dövlət sərhədini pozan Əfqanıstan vətəndaşlarına hökm oxundu | 16:51 Azərbaycan daha bir beynəlxalq konvensiyaya qoşulacaq | 16:36 Tanınmış türkiyəli müğənni faciəli şəkildə öldü | 16:34 Temperatur 5 dərəcə enəcək, intensiv yağış yağacaq - Xəbərdarlıq | 14:34 Sabiq nazirə məxsus olduğu deyilən milyonluq şirkətin əmlakı satışa çıxarılır | 14:23 Metronun iş vaxtı dəyişdirilir | 13:53 Azərbaycanda vəzifəli şəxslərə yeni məhdudiyyətlər qoyulur | 13:22 Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ | 13:11 Sabiq nazirə məxsus olduğu deyilən milyonluq şirkətin əmlakı satışa çıxarılır | 12:51 Mənzil satışı adı altında 172 nəfərə qarşı dələduzluq: Şirkət direktoru hakim qarşısında | 12:50 Sərxoş halda dəfələrlə "102"yə zəng edən şəxs həbs olundu | 12:49 Nağdsız ödənişlərlə bağlı yeni dövlət proqramı hazırlanır | 12:48 Azərbaycan nefti ucuzlaşıb | 12:40 Huanqın "Nvidia"ya qayıdışı onun sərvətini 34 milyard dollar artırdı | 12:27 Ceki Çan qayıdır: "Pik saatı 4" filmi uzun danışıqlardan sonra təsdiqləndi | 12:23 HPV peyvəndinin Azərbaycanda tətbiqi gözlənilir: Tanınmış həkim DANIŞDI | 12:21 Əsginasın həqiqi olub-olmadığını necə yoxlamaq olar? | 12:13 Minimum əməkhaqqı 700 manat ola bilər? – AÇIQLAMA |
Mojo.az Avto
Mojo.az Avto

ABŞ-da 1582 nəfər edam edilib, 2 333 nəfər isə hökmün icrasını gözləyir

22.02.2024 20:35 3 999
ABŞ-da 1582 nəfər edam edilib, 2 333 nəfər isə hökmün icrasını gözləyir
ABŞ ölüm hökmündən istifadə edən yeganə inkişaf etmiş ölkədir.

Bu barədə “Deathpenaltyinfo.org” portalı məlumat yayıb.

Belə ki, 1976-cı ildən 2024-cü ilin yanvar ayının 3-dək ölkədə 1 582 məhbus edam edilib. Cəzaların 1402-si iynə vurulmaqla həyata keçirilib. Ən az rast gəlinən isə asılma və güllələnmədir - hər biri 3 halda.

Təkcə ötən il 24 nəfər edam edilib. Ölüm hökmlərinin maksimum sayı 1999-cu ildə icra edilib – 98 məhbus.

Edam edilən ştatların sayına görə isə Texas 586 nəfərlə liderlik edir. Qeyd olunub ki, hazırda ABŞ-da edamı gözləyən 2 333 nəfər var. Onlardan 665-i Kaliforniya təcridxanalarında saxlanılır.

Eyni zamanda 1973-cü ildən ölüm cəzasına məhkum edilmiş 196 nəfərin işinə yenidən baxılaraq bəraət hökmü çıxarılıb.

Son xəbərlər