Mojo.az Banner
17:00 Maaş ayın sonuna çatmır: Ailə büdcəsini necə qorumaq olar?  |     16:55 Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu (VİDEO)  |     16:47 40 yaşlı Ledi Qaqa ilk dəfə ana oldu  |     16:42 1200 manatdan 36 min dollaradək - Azərbaycanda əcnəbi tələbələrə təhsil haqqı  |     16:34 Bu yay dənizdə batan tanınmış azərbaycanlılar (SİYAHI)  |     16:28 Daha çox su içdikdə orqanizmdə hiss edəcəyiniz 5 dəyişiklik (ARAŞDIRMA)  |     16:23 Ötən gün 9 odlu silah aşkarlanıb  |     16:15 Ətirli yoqurtlar qanda şəkərin səviyyəsinə necə təsir edir?  |     16:10 34 kiloqrama yaxın narkotik vasitə aşkarlandı  |     16:03 Cinayətdə şübhəli bilinən 45 nəfər saxlanıldı  |     15:58 Krımda 45 yaşlı azərbaycanlı dron hücumunda həlak oldu - FOTO  |     15:53 Azərbaycanlı bacı-qardaş Rusiyada faciəli şəkildə öldü - VİDEO  |     15:46 Ağdərədə atla minaya düşən şəxs danışdı - VİDEO  |     15:42 Bakıda dostların zarafatı məhkəmədə bitdi  |     15:34 "Real Madrid" onunla bağlı son qərarını verdi  |     15:29 Bu şəxslərin maaşı 35 faiz artacaq  |     15:23 Bu sahədə maaşlar 4 min manatdan yuxarıdır  |     14:56 Hikmət Hacıyev erməni saxtakarlığını belə ifşa etdi - VİDEO  |     14:54 Almatıda Azərbaycan Bazar günü məktəbi fəaliyyətə başlayıb  |     14:39 Yol polisi sürücülərə müraciət etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Ərzaq istehsalçılarına vergi güzəştləri: qiymətlər ucuzlaşacaq?

08.02.2024 21:31 1 281
Ərzaq istehsalçılarına vergi güzəştləri: qiymətlər ucuzlaşacaq?
Məlum olduğu kimi, Azərbaycanda xaricdən gətirilən bir sıra ərzaqlar yerli istehsalla əvəz olunacaq. Bununla bağlı qida istehsalçılarına vergi güzəştləri ediləcək.

Vergi Məcəlləsinə əsasən, idxal mallarını yerli istehsalla əvəz edəcək istehsalçı hüquqi və fiziki şəxslərin 7 il müddətinə əldə etdikləri gəlirin 50 faizi vergidən azad edilib. Onlar həmçinin həmin fəaliyyət prosesində istifadə edilən əmlaka görə əmlak vergisini, torpaqlara görə torpaq vergisini ödəməkdən azaddırlar.

Bəs, ediləcək vergi güzəştləri nəticəsində daxili bazarda ərzaqlar ucuzlaşa bilərmi?

İqtisadçı ekspert Xalid Kərimli Bakupost.az -a bildirib ki, idxal edilən bütün qida məhsulları yerli istehsal ilə əvəz edilə bilməz. Lakin bir sıra ərzaqları özümüz istehsal edə bilərik:

“Azərbaycanda əsasən, idxal inflyasiyasıdır. Yəni dünyada qiymət qalxdıqca, bizdə də qiymət artıb. Yerli istehsalın artması inflyasiyanın qarşısını müəyyən qədər ala bilər. Amma bunun nəticəsində ərzaqların ciddi şəkildə ucuzlaşacağına inanmıram. Düzdür, vergi güzəştləri qida istehsalçılarının maliyyə imkanlarını yaxşılaşdıracaq, onlara dəstək verəcək. Amma bu, xərclərin əhəmiyyətli azalması demək deyil. Yerli istehsalın olması hələ qiymətlərin ucuzlaşması anlamına gəlmir. Məsələn, heyvandarlıqda yerli istehsal var, lakin ətin qiyməti ucuzdurmu? Digər tərəfdən, avadanlıqlar xaricdən gətirilir. Qiymət ucuz olanda sahibkar istehsalı genişləndirməkdə çox da maraqlı olmur. Həmin sahibkarın dünya bazarlarına çıxmaq imkanları da olmalıdır ki, istehsalını böyütsün".
скачать dle 11.3
Mojo.az Banner